Heyvan müdafiəçiləri Mosvada “Eko Veşnyaki” heyvan sığınacağındayeni kütləvi məzarlıq aşkarlayıb.
Bu barədə İnterfaksa məlumat verən “Zoopravo” təşkilatının rəhbəri Anastisiya Fedyuninin bildirib ki, hadisə yerinə polis çağırıblar.
Bu ilin aprelində “Zooprava”nın fəalları sığınacaqda 40 it və pişiyin öldürülməsi ilə bağlı məlumat yaymışdılar. Heyvan müdafiəçiələri o vaxt aksiya keçirmiş və bu zaman sığınacağın mühafizəçiləri ilə onların arasında qarşıdurma yaranmışdı.
Bundan sonra polis heyvanlara qarşı qəddar rəftarla bağlı cinayət işi qaldırmışdı.