"Eurasia Diary" "Reuters"-ə istinadən məlumat verir ki, Tailand baş naziri Prayut Çan-Oça kral Bhumibol Adulyadejin ölümü ilə əlaqədar məmurlar üçün birillik matəm elan edəcək.
Bununla bərabər, ölkənin bütün vətəndaşları üçün 30 günlük matəm dövrü qüvvədə olacaq. Bu müddətdə ölkənin bütün qeyd olunası bayramları bir aylığa təxirə salınacaq, bütün dövlət binalarında və məktəblərdə bayraqlar aşağı salınacaq.
Xatırladaq ki, Tailand kralı Bhumibol Adulyadej bu gün 89 yaşında vəfat edib. IX Rama kimi də tanınan mərhum taxt-tac sahibi səltənətin başına 1946-cı il iyunun 9-dan gəlmişdi.