Kolumbiya prezidenti Huan Manuel Santos dünən Marksist FARC üsyançıları ilə aralarındakı atəşkəs sazişini ilin sonunadək uzadıb. Dövlət başçısı seçicilərin referendumda qəbul edilməsi çətin olan razılıqları rədd etməsindən sonra 50 il davam edən müharibəyə son qoya bilmək üçün sülhün bərpasına çalışır.
Santos deyib ki, ikitərəfli atəşkəs razılığının müddətinin dekabrın 31-nə qədər artırmaq qərarı müddətin başa çatması və ya son söz deyil.
Kolumbiya prezidenti atəşkəsin müddətinin uzadılmasına sülh razılığına dəstək məqsədi ilə Boqota şəhərində yürüş keçirən tələbə rəhbərləri ilə görüşdükdən sonra qərar verib.
“Həmvətənlərim, biz istəyimizə nail olacağıq. Biz bu zorakılığa həmişəlik son qoya biləcəyik ki, didərgin düşən insanlar evlərinə dönə bilsin. Hər kəs başa düşür ki, sülhlə inkişaf, iş yerləri yarana bilər” – deyə Kolumbiya prezidenti Huan Manuel Santos bildirib.
Qərar Santos və onun komandasının atəşkəs razılığının əleyhinə səs verən insanlardan təkliflər aldığı vaxta təsadüf edir. Sülh razılığı az sayda adam tərəfindən rədd edilib.