ABŞ-ın müdafiə naziri Eşton Karter oktyabrın 21-də Türkiyəyə rəsmi səfər edəcək.
"Eurasia Diary"nin xarici mətbuata istinadən verdiyi xəbərə görə, Karter 20-27 oktyabr tarixlərində İŞİD-lə mübarizə aparan dövlətlər və NATO-nun müdafiə nazirləri səviyyəsində toplantısına qatılmaq üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Belçikaya səfər edəcək.