"Eurasia Diary" xarici KİV - ə istinadən məlumat verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar noyabrın 24-dək qəbul ediləcək.
Qeyd edək ki, "Şübhəm yoxdur ki, vizasız rejimə dair sənəd imzalanacaq və Avropa Parlamenti tərəfindən ratifikasiya olunacaq. Mən hətta bunun hansı tarixədək baş verəcəyini də açıqlaya bilərəm – noyabrın 24-dək. Çünki həmin gün Ukrayna-Avropa İttifaqı sammiti baş tutacaq. Biz isə əvvəlcədən sənədlərin adıçəkilən tarixədək hazırlanması barədə razılığa gəlmişdik”, deyə P.Poroşenko bildirib.