Dünyaca məşhur amerikalı aktyor Stiven Siqal Rusiya vətəndaşı olub.
“Eurasia Diary” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, aktyor Rusiya konstitusiyasının müvafiq maddəsinə əsasən, ölkə vətəndaşlığına qəbul edilib.
Xatırladaq ki, 2013-cü ildə fransız aktyor Jerar Depardye də Rusiya vətəndaşlığını qəbul edib.