Bolqarıstanda prezident seçkiləri başa çatıb.
“Eurasia Diary” RİA Novosti-yə istinadən xəbər verir ki, seçkilərdə Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva və sabiq komandir, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev əsas səsləri toplayıblar. Belə ki, seçicilərin səslərindən 24,8 faizi Rumen Radevə, 23,5 faizi isə Tsetska Taçevaya hesablanıb.
Seçkilərdə 50 faizdən çox səs toplayan namizəd olmadığına görə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda da məhz Radevə və Taçeva mübarizə aparacaqlar.