Azərbaycan özbək jurnalistin gözü ilə: Qobustan və Xalça muzeyi 3-cü hissə - FOTOLAR

Analitika 16:09 08.08.2017

Özbəkistanın tanınmış telejurnalisti, “Turizm barədə hər şey” müəllif proqramının aparıcısı Elmira Tuxvatullina bu yaxınlarda Azərbaycanda olub.

Özbək aparıcı təəssüratlarını öz facebook səhifəsində bölüşüb.

Qeyd edək ki, yazıçı və jurnalistlərdən ibarət nümayəndə heyətinin səfəri Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyilə həyata keçirilib.

Eurasia Diary həmin yazını təqdim edir.

Qobustan

Bu Sarmışsay deyil

Bu Qobustandır! Azərbaycanda açıq səma altında muzey.

Böyük Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında, 537 hektar ərazidə arxeoloji qoruq yaradılıb.

Bir zamanlar dəniz bu dağların yamacını yuyurdu, sonra çəkilib, qayalarda isə özünəməxsus relyefin izləri qalıb.

Burada keçən əsrdə aşkar olunmuş qaya rəsmləri sayəsində Qobustan təkcə diqqət çəkmədi, həm də maraqlı turizm məkanına çevrildi.

Əgər Azərbaycanda olsanız, mütləq Qobustana gedin.

Birincisi, burda çox maraqlı muzey var. Bəzi maraqsız muzeylər kimi deyil.

Müasir, gözəl panelləri, interaktiv xəritələri  var. Zalları gəzirsən və sanki buranın ilk sakinlərinin və onların sonrakı nəsillərinin yaşadığı paleolit, mezolit, neolit və s. dövrlərə düşürsən. Onların hər biri bu qayalarda bir iz qoyub.

Biz dağ keçisi ovu, mərasim rəqsləri səhnəsini gördük – bu tarixin ən qədim,  mezolit erası dövrüdür.

Budur, atla və piyada edilən ov təsvirləri, döyüş səhnələri, kollektiv əmək, məhsul, ocaq yanında qadın.  Bu artıq bizim eranın ilk əsrləridir. Orta əsrlərə yaxın dövrdə rəsmlərin ölçüsü kiçilib, daha səliqəli olub.

Qədim rəssamların sayəsində insanın təkamül prosesini görə bilirsən.

Muzey təsirli idi. Sanki sizi tarixə aparan xatirələri vərəqləyirsiz.

İkincisi, muzeydə məlumatlar əldə etdikdən sonra,  sizi xüsusi ayrılmış nəqliyyatla qayalara doğru aparırlar.

Və burada artıq qədim dövrlərə “canlı” şahid olursan.

Bələdçi sarıdan bəxtimiz yenə gətirmişdi.

Petroqliflər haqqında danışa-danışa elə bil ki, bizi minilliklərlə geriyə, qədim labirintlərə aparırdı.

Qayaüstü rəsmlərdə burada son 10 min ildə yaşamış heyvanlar – ceyranlar, vəhşi keçilər, marallar, qabanlar, atlar, şirlər və s.  təsvir olunmuşdu. Həmçinin, quşların, balıqların, ilanların, kərtənkələlərin və həşəratların təsvirlərini də aydın görmək olurdu.

Çoxsaylı petroqriflərin arasında avarlarla birgə qayıq təsviri diqqəti çəkirdi – deməli qədim sakinlər yaxşı dənizçi olub.

Söz düşmüşkən, bu təsvirlər məşhur alim və səyyah Tur Heyerdalı maraqlandırıb və o burada bir neçə dəfə olub.

Bizə hamilə qadınların təsvir olunduğu qədim “doğum evi”ni də göstərdilər.

Bizə deyildi ki, burada bütünlükdə 7 min təsvir var.

Qədim petroqliflərdən savayı bizə ətrafına dəmir hasar çəkilmiş iri qənbər daşını göstərdilər. Onu Böyük-Daş dağının yamacından tapıblar. Bu qənbər daşının üzərində bizim əsrin I əsrinə aid latın dilində yazı var.

Onu roma legionunun zabitlərindən biri yazıb.

Təsəvvür edirsiniz, nə vaxtsa buradan roma legionerləri keçib, özlərinin avtoqraflarını qoyub, daşlarsa tarixin bu izini qoruyub saxlayıb...

Bizim Özbəkistanda da çoxlu petroqliflər var. Təkcə Sarmışsayda onların sayı 10 mindir. Bizə müasir texnologiyanın istifadə olunduğu muzey lazımdır.

Düşünürəm ki, əgər biz Sarmışsayı dünya miqyaslı məşhur turizm məkanına çevirmək istəyiriksə gərək muzey-ekskursiya işinin təşkilində Qobustandakı təcrübə ilə daha yaxından tanış olaq.

Bakıda Xalça Muzeyi

Xalça-tapmacadır.

Xalça-sirrdir.

Hər bir nümunəsində çoxlu sirli işarələr və simvollar var.

Hələ Daşkənddə olarkən düşünürdüm ki, Bakıdakı xalça muzeyinə mütləq getməliyəm.

Hər şeydən əvvəl bürünmüş xalça formasında olan binanın orijinal arxitekturası diqqətimizi çəkdi.

Təkcə forması deyil, məzmunu da maraqlı idi. Burada Azərbaycanın bütün regionlarından olan xalçalar nümayiş olunur.

Bura giriş fərdi qaydada 7 manatdır, qrupla isə 5 manatdır (bu 3$ edir).

Bələdçinin ödənişi ayrıdır.

Bizim bəxtimiz elə də gətirmədi – rus dili bilən bələdçi biz orda olarkən yox idi. Qərar verdik ki, sərgiyə özümüz baxaq.

Hətta bələdçisiz belə dörd mərtəbəli muzeyin zallarını gəzərkən biz bu əl işlərinin heyrətamiz gözəlliyini duya bilirdik.

Yalnız eksteryeri yox, binanın daxili də orijinal idi. Hər yer xalça ilə örtülüb. Mənə elə gəlirdi ki, sanki kaleydoskopa baxıram və işıqlar daim dəyişir. Bu düz bir yerə vurulan çoxsaylı naxışların nağılı idi.

Burada hər şey yaxşı düşünülüb və sərginin təhlil edilməsi zamanı diqqət yayınmır.

Zallarda işıqlar zəiflədilib, işıqlar xalçalara istiqamətləndirilib. Belədə xalçalar qiymətli daşlar kimi bərq vurur.

Burada saatlarla qalmaq və Şərqin özünəməxsus estetikasına nüfuz etmək olar.

Sərginin özü elə qurulub ki,  işıq və kölgə yavaş-yavaş bir birinə keçir və sən  gözlənilmədən nə isə yeni bir şey aşkar eləyir, nümunələrin çətin hörgülərini görməyə imkan verən sehrli aləmə baş vurursan.

Və bu zaman heyvanlar, cənnət quşları, arxaik simvolların əks olunduğu rəngarəng aləm canlanır və xalçanın səthi divar və ya tavanla birləşir.

Elə bir təəssürat yaranır ki, sanki sən iri bir sehrli xalçanın içindəsən və o səni başqa zamana apararaq özündə xalqın ruhunu daşıyan bu sənət növünün sirlərini sənə açır.

Təbriz, Gəncə, Quba, Şəki, Qarabağ, Qəbələ, Qazax, Şirvan, Bakı... Hər bir xalça- onu toxuyanın hekayəsi, xarakteri, əhval-ruhiyyəsi, energetikası, ürəyidir.

Sərgi elə təşkil olunub ki, burada xalçaçılığın ən sadə texnologiyalardan başlayaraq bütün inkişaf mərhələlərini  görmək olur.

Əvvəlcə çətənə, həsir, sonra xovsuz xalçaların bütün növləri gəlir.

Hər mərtəbədə toxuculuq dəzgahı var. Əsl dəzgahlar. Onların arxasında isə xalçaçılar işləyir. Sənətkarın əlləri millimetrlə kətan üzərində gəzdikcə bu möcüzəli prosesi izləyimiş olursan.

Stendlərdə xalçaçılığın yeni inkişaf mərhələlərini görmək olur: Kompozisiyaların tozunma ustalığı necə inkişaf edib, naxışlar necə zənginləşib, rəng çalarları daha mürəkkəb olub.

Hər yerdə xüsusi panellərdə animasiya videoları göstərilir. Onlarda xovsuz xalçaların müxtəlif növləri, toxunma texnikası nümayiş olunur.

Diqqəti çəkən məqamlardan biri də muzeydə multimedia texnologiyasından geniş istifadə olunmasıdır.

Məsələn, onlardan birində dünya muzeylərindəki Azərbaycan xalçaları barəsində danışılır.

Digərində Azərbaycan xalçalarının Avropa rəssamlarının əsərlərindəki təsviri yer alır.

Başqa biri naxışların tarixindən danışır.

Bizim Özbəkistanda çox gözəl xalçaçılıq ənənələri var.

Onları da müasir multimedia  texnologiyaları ilə təqdim etmək lazımdır.

Hətta bələdçisiz belə sərgiyə baxmaq,  xalçanın sirrini öyrənmək mümkün olsun.

Belə olanda həm də darıxmırsan!

Dadlı konfeti gözəl kağızda vermək lazımdır!

Bakıda bunu edə biliblər.

Mövzu ilə bağlı digər yazılar:

http://eurasiadiary.com/az/news/society/165693-ozbekistan-numayende-heyeti-bamf-in-ofisini-ziyaret-edib

http://eurasiadiary.com/az/news/culture/171305-azerbaycan-koleydoskopu-bamf-da-qonaq-olarken

http://eurasiadiary.com/az/news/analytical-wing/174081-azerbaycan-ozbek-jurnalistin-gozu-ile

http://eurasiadiary.com/az/news/analytical-wing/174089-azerbaycan-ozbek-jurnalistin-gozu-ile-badimcan-taksiler-qiz-qalasinin-yaninda-gorus-ve-tchert-poberi

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Hamısı