Mixail Magid
Publisist, Yaxın Şərq üzrə mütəxəssis
Hərbi nöqteyi nəzərdən Azərbaycan düzgün siyasət yürüdür. Media və KİV-də Rusiyanın t-90 tanklarının və TOZ-Solntsepek sistemlərinin Azərbaycana verilməsi haqda çox sayda məlumat var. Rusiya ilə yanaşı Azərbaycan İstraildən də anti-raket sistemləri və dronları alır.
2016-ci ildə baş verən aprel döyüşləri Azərbaycanın Ermənistanla münaqişədə daha güclü olduğunu nümayiş elədi. Ancaq Azərbaycan son zərbəni vurmağa tələsmir və bunun həm siyasi, həm də hərbi səbəbləri var.
İlk öncə, dağlıq ərazilər hərbi əməliyyatların aparılmasını çətinləşdirir. Azərbaycan öz gücünu və silahlarını daha da inkişaf etmək üzərində çalışır. Həmçinin, Ermənistan Rusiyanın himayəsi altındadır və bu səbəbdən Azərbaycan Rusiyanın zəifləməsini gözləyir.
Rusiyanın iqtisadiyyatı artıq islahatlara və müasirləşməyə qadir deyil. Afrika ölkələriylə eyni səviyyədə olan korrupsiya, dağıdıcı sanksiyalar, dövlət şirkətlərinin zərərsizliyi bunun üçün böyük bir maneyədir. İqtisadiyyatçı A.Movçanın fikrincə, Rusiya artıq silah və müasir texnologiyanı xaricdən ala bilməyəcək.
Rusiyanın bu cur zəifləməsi onun dəstəyi ilə yaranan Dağlıq Qarabağ, LDXR, Abxaziya, Osetiya və Prednestrovye kimi tanınmayan respublikaların məhv olunmasına gətirib çıxaracaq.
Mənim fikrimcə, bu halda Azərbaycan, Gürcüstan və Ukraynadan ibarət hərbi blok yaranacaq. Moldovanın bura daxil olub-olmayacağını əminliklə söyləyə bilmərəm, çünki onun heç kimlə mübarizə aparmaq istəmədiyi aydın görünür. Zənnimcə, bu muharibə eyni zamanda bir neçə cəbhədə baş verəcək ki, bu halda Rusiya müdaxilə göstərə bilməyəcək. Bu dövlətlərin əsas məqsədi Rusiya müdaxiləsinin qarşısını mümkün qədər tez almaq və tanınmayan dövlətlərin ərazilərini mümkün qədər tez ələ keçirməkdir.