"Bu il Qarabağ danışıqlarında dönüş ola bilər" SƏBƏB var...

Analitika 17:18 15.01.2018
Ermənistandan sosial-iqtisadi problemlər pikk həddə çatıb. Son günlər işğalçı ölkədə hakimiyyət əleyhinə kütləvi etirazlara hazırlıq görülür. Artıq ölkədəki durumla bağlı erməni politoloqlar həyacan təbili çalır. 
 
Ermənistanın tanınmış politoloqu Levon Şirinyan bildirib ki, prezident Serj Sarkisyan baş nazir kreslosunu tutmaqla hakimiyyəti yenə öz əlində saxlamağa çalışır. Şirinyan bu səbəbdən ölkədə hər an qiyamın ola biləcəyini diqqətə çatdırıb.
 
“Biz elə bir vəziyyətdəyik ki, kataklizmlər ən gözlənilməz formada və istənilən vaxt gələ bilər. İnsanlar bahalaşmaları hiss etmirlər, çünki hələ yeni il ehtiyatları tükənməyib, amma hakimiyyət də əbəs yerə artıq indidən müzakirələrə başlamayıb. 10 gündən sonra insanlar hər şeyi öz üzərlərində tam hiss edəcəklər və onda qiyam da ola bilər. Əgər "Yelk” aksiyaları təşkil edə bilsə, onda proseslər artan xətt üzrə gedə bilər" - Şirinyan deyib.
 
Ermənistandakı durumu şərh edən politoloq Qabil Hüseynli bildirib ki, işğalçı ölkədə mövcud olan ağır vəziyyət daha da dərinləşir:
 
“Ermənistanda inflyasiya iki rəqəmlə ifadə olunmağa başlayıb. Eyni zamanda bu fonda qiymətlərin sürətlə artması müşahidə olunur. Əmək haqqı isə illərdir artmır. Belə ağır vəziyyətdə ölkədə mühacirət prosesi sürətlənib. Məhz erməni politoloqlar bunu nəzərdə tutaraq ölkədə sosial ziddiyətlərin kəskinləşməsi, əhalinin qiyama, sosial etirazlara qalxmasını proqnozlaşdırırlar. Hesab edirəm ki, belə halların baş verməsi labüddür”. 
 
Politoloq qeyd edib ki, bunlarla yanaşı ölkənin siyasi həyatında qütbləşmə var: “Hazırkı prezident Serj Sarkisyan heç bir vəchlə hakimiyyətdən getmək istəmir, baş nazir vəzifəsini özündə saxlamaq istəyir. Amma Sarkisyan erasının bitdiyini hamı söyləyir. Moskva ondan əlini çəkib. Eyni zamanda Moskva ilə İrəvan arasında əlaqələr əvvəliki kimi xoş deyil. Belə şəraitdə Sarkisyan komandasının gedəcəyi, əvəzində Karapetyanın gələcəyini söyləyənlər daha çoxdur”.
 
Q.Hüseynlinin sözlərinə görə, Sarkisyanın hakimiyyətdə qalmaq sevdası ölkəni fəlakətə aparacaq: “Bu şəraitdə Sarkisyan sona qədər siyasi mübarizəsini davam etdirmək istəyir. Bu da gərginliyi artırır. Sarkisyan və onun Qarabağ klanına olan nifrət durmadan artır. Bu ölkədə ciddi gərginliyə, qarşıdurmalara, hətta ola bilsin ki, geniş sosial etirazlara aparıb çıxarsın. Fikrimcə, qarşıdurmalar prezident seçkiləri öncəsi daha geniş vüsət alacaq”. 
 
Q.Hüseynli hesab edir ki, Ermənistanda yeni qüvvə hakimiyyətə gələrsə, bu, Qarabağ danışıqlarında dəyişikliyə səbəb olacaq: “Sarkisyan Qarabağ məsələsində qeyri-konstruktivlik nümayiş etdirir. Vəziyyət dəyişərsə, hakimiyyətə yeni qüvvələr gələrsə, onlar ölkənin iqtisadi inkişafını, əhalinin sosial rifahını göz önünə alaraq danışıqlarda müəyyən kompromislərə gedə bilərlər. Bu da Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara müəyyən qədər dönüş ola bilər”. (AzVision.az)

 

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
Fransada Olimpiya Oyunlarının məşəli alovlandırıb
09:55 08.05.2024
Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
09:49 08.05.2024
Hamısı