Azərbaycan hansı Sərkisyanla danışıq aparacaq 9 apreldən sonrakı sual

Analitika 12:22 09.04.2018

Bu gün Ermənistan parlamenti baş nazir seçəcək. İşğalçı ölkənin konstitusiyasına edilən dəyişikliklərə əsasən, aprelin 9-dan sonra Ermənistanda parlament idarəetmə sistemi tətbiq ediləcək. Bu sistemə görə Milli Məclisin formalaşdırdığı hökumətin başçısı-baş nazir ölkədə əsas söz sahibi olacaq.

Yeni sistemdə prezident dövlət başçısı hesab edilir, lakin konstitusiya həyata keçirildikcə, 101 üzvdən ibarət Milli Məclis ölkənin əsas hakimiyyət orqanına çevrilir. Ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Milli Məclis tərəfindən seçilir. Prezident 7 il müddətinə Milli Məclis üzvləri tərəfindən seçilir. Yeni idarəetmə sistemində ölkə prezidenti, əslində ali baş komandan vəzifəsindən məhrum olur. Müharibə şəraitində isə bu vəzifəni baş nazir icra etməlidir. Silahlı Qüvvələr Hökumətə tabedir və hökumətin qərarı ilə hərəkətə gətirilir. Təxirəsalınmaz hallarda isə baş nazir müdafiə nazirinin təklifi ilə qərar qəbul edir və dərhal hökumət üzvlərinə məlumat verir.

Silahlı Qüvvələrdə ən yüksək vəzifəli hərbi qulluqçu baş nazirin təklifi ilə respublika prezidenti tərəfindən təyin edilən baş qərargah rəisidir. Qeyri-müharibə şəraitində baş qərargah rəisi baş nazirə tabedir, müharibə zamanı Silahlı Qüvvələrə ali baş komandanı qismində baş nazir rəhbərlik edir. Konstitusiya dəyişikliyindən sonra martın 2-də Ermənistanda yeni prezident seçilib. İşğalçı ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan hakim Respublika partiyasının namizədi olaraq alterntivsiz seçki ilə prezident kürsüsünə əyləşdirilib.

Serj Sərkisyanın prezidentlik müddəti məhz aprelin 9-da başa çatır. Bundan sonra prezident vəzifəsində martın 2-də seçilmiş Armen Sərkisyan əyləşəcək. Ancaq Armen Sərkisyan prezident seçilsə də, Konstitusiya dəyişikliyinə görə, əsas səlahiyyət prezidentdə yox, baş nazirdə olacaq. Aprelin 9-da səlahiyyət müddəti başa çatacaq hazırkı prezident Serj Sərkisyan baş nazir olmaq istəyir. Onun baş nazir olacağına da şübhə yoxdur.

Bəs, 9 apreldən sonra Azərbaycan birinci şəxs qismində Qarabağ danışıqlarını hansı Sərkisyanla - prezident, yoxsa baş nazirlə aparmalı olacaq?

Politoloq Elşən Mustafayev ile ilgili görsel sonucu

Politoloq Elşən Mustafayev bildirib ki, hər hansı fövqəladə hadisə baş verməyəcəyi halda Serj Sərkisyan baş nazir olacaq. Yeni dəyişikliyə görə, gücləndirilmiş baş nazir səlahiyyətləri ilə ölkəni yenə də o idarə edəcək. Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanın  siyasətini də o müəyyən edəcək. Çünki bütövlükdə idarəetmədə, komandada elə bir dəyişiklik yoxdur: “Gələcəkdə ola biləcək prezidentlərin görüşünə gəlincə isə, onsuz da son illər bu görüşlərin dinamikası kəskin aşağı düşüb. İnanmıram ki, bundan sonra daha sıx görüşlər olsun. Amma prezidentlərin görüşü olacağı halda şübhəsiz ki, yeni seçilmiş prezident Armen Sərkisyan ölkəsini təmsil edəcək. Onsuz da yeni prezident qeyri-rəsmi baş nazirin tapşırıqlarını yerinə yetirəcək və hər hansı özfəaliyyətlə məşğul olmayacaq. Qarabağ  konflikti ilə bağlı Serj Sərkisyan komandasının əvvəlki mövqeyini  görüşlərdə davam elətdirəcək. Bunun belə olması Serj Sərkisyana indiki halda daha çox sərf edir. Çünki  problemlə bağlı Ermənistanın mövqeyində hər hansı dəyişiklik olmayacaq və onlar dünyaya göstərməyə çalışacaqlar ki, danışıqlarda Ermənistan tərəfinin indiyə qədər olan mövqeyi Serj Sərkisyanın hadisələrə şəxsi mövqeyinin olmasından  qaynaqlanmır. Çünki yeni prezident də eyni siyasəti davam elətdirir və guya bu erməni xalqının mövqeyidir. Amma bütün dünya dövlətləri çox yaxşı bilir ki, əslində heç nə dəyişməyib, hakimiyyət yenə də əvvəlki klan tərəfindən idarə olunur və Serj Sərkisyan da bu klana rəhbərlik edir”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə  bildirib ki, böyük ehtimalla, Ermənistanda prezident və parlament seçkisindən sonra bu ölkəni Qarabağ danışıqlarında prezident yox, baş nazir təmsil edəcək: “Çünki Ermənistan Konstitusiyasına edilən dəyişikliyə görə, bu ölkədə seçkidən sonra əsas fiqur prezident yox, baş nazir olacaq. Yəni Azərbaycan prezident Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını gələcəkdə Ermənistan prezidenti ilə deyil, baş naziri ilə müzakirə edəcək. Buna baxmayaraq, Ermənistan üçün məsələnin mahiyyəti dəyişir. Keçmiş illərdə Serj Sərkisyan Qarabağ danışıqları barədə heç kimə hesabat vermirdi. İndi isə baş nazir olduqdan sonra o danışıqların gedişatı barədə daima parlamentə hesabat vermək məcburiyyətində qalacaq. Bu, Azərbaycan üçün də yeni situasiya yaradır. Ona görə də fikrimcə, Azərbaycan parlamentinin də Qarabağ danışıqlarında rolunun artırılmasına ehtiyac var. Heç olmazsa, ildə bir dəfə qapalı iclasda danışıqların gedişatı haqqında deputatlara məlumat verilməlidir. Bunu xarici işlər naziri də edə bilər”.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də bildirib ki, danışıqlar eyni vəzifəni tutanlar arasında deyil, ölkə rəhbərləri arasında gedir. Ermənistanın yeni Konstitusiyasına görə, ölkənin rəhbəri baş nazirdir. Ona görə də Qarabağla bağlı gələcək danışıqlar Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək: “Aydın məsələdir ki, Ermənistanda Konstitusiya dəyişikliyi əslində Serj Sərkisyanın hakimiyyətdə qalması üçün edilib. Bu isə yeni heç nə vəd etmir. Yenə eyni prinsiplə, eyni siyasətlə rastlaşacağıq”.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
İlham Əliyev: Şuşa bu şərəfli ada layiq görülüb - VİDEO
14:23 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Hamısı