Paşinyanın separatçı rejimi danışıqlar masasına oturtmaqda məqsədi Moskvanın Azərbaycana təzyiqi ... - ÖZƏL

Analitika 15:26 12.06.2018

Nikol Paşinyan baş nazir seçilənədək Dağlıq Qarabağ münaqişəsinin həlli yolu Azərbaycana beş rayonun qaytarılması şərti ilə Ermənistanla barışığın əldə olunması idi. Rusiya meylli siyasət yürüdən Serj Sarkisyan, baş nazir seçildikdən sonra bu şərtə əməl edəcəyini demişdi. Paşinyan isə baş nazir seçildikdən sonra Dağlıq Qarabağ qondarma rejiminin danışıqlarda üçüncü tərəf kimi iştirak etməli olduğunu deməklə danışıqların sıfır nöqtəyə gətirilməsinə səbəb olur. Məsələ ilə bağlı politoloq Elçin Mirzəbəyli Eurasia Diary-ə açıqlama verib.

- Necə düşünürsünüz, bu qərar Paşinyana nümayişçi ruhuna sadiq qalmasını göstərmək üçündür yoxsa bu onun qəti mövqeyidir ?

- Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi bir neçə dəfə dəyişib. O, Erməni Milli Konqresində təmsil olunduğu zaman eks-prezident Levon Ter-Petrosyanın münaqişənin tənzimlənməsi ilə bağlı baxışlarını bölüşür və kompromislərə hazır olmanın zəruriliyini vurğulayırdı. Ümumilikdə isə Paşinyan özünün həm jurnalist kimi fəaliyyəti, həm də siyasi karyerası dövründə Dağlıq Qarabağ probleminə ən sonuncu məsələ kimi yanaşıb. Onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa fikirlərinə çox nadir hallarda rast gəlmək mümkündür. Dağlıq Qarabağla bağlı bəyanatlar Nikol Paşinyanın dilindən əsasən 2016-cı ilin aprel döyüşlərindən sonra səslənib. Bu bəyanatlarda da diqqət daha çox Azərbaycanın öz silah arsenalını gücləndirməsinə yönəlib. Ermənistanda keçirilən son parlament seçkiləri zamanı isə Paşinyan daha çox müxalif düşərgədə özünə rəqib saydığı keçmiş sədri Levon Ter-Petrosyanı tənqid etməyə çalışıb. Bu tənqid də əsasən siyasi xarakter daşıyıb və Ter-Petrosyanla yanaşı Robert Köçəryan və Serj Sarkisyanın fəaliyyətini də əhatə edib. Paşinyanın Azərbaycanın öz hərbi gücünü artırması ilə bağlı açılamaları da əsasən Rusiyanın tənqidi üzərində qurulub. Burada bir məqamı da xüsusi vurğulamaq yerinə düşər. Nikol Paşinyan 2012-ci ildə Ermənistan parlamentinə Erməni Milli Konqresinin xətti ilə seçilib. 2013-cü ildə isə öz partiyasını yaradıb. Paşinyanın siyasi baxışlarındakı ziddiyyət bu 1 il ərzində baş verib. Paşinyanin Rusiyaya qarşı ritorikası bundan sonra güclənib və o, rus dilinin tədrisinin və Ermənistan telekanallarında rus dilində verilişlərin yayımının dayamdırılması tələbi ilə çıxış edib. 2017-ci ildən başlayaraq isə, Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından və bütövlükdə postsovet məkanındakı bütün hərbi, siyasi və iqtisadi inteqrasiya layihələrindən çıxması məsələsini gündəmə gətirib.

Paşinyanın nümayişçi ruhu haqqında Ermənistan mediası və bəzi xarici KİV-lərin yayımladığı portret yazıları isə əsasən təbliğat xarakterlidir. Paşinyan hər kəsin gözü qarşısında siyasi baxışlarını və obrazını bir neçə dəfə dəyişib. Onun “ütülü siyasətçi” obrazından “nümayişçi”, “etirazçı” obrazına keçidi də sadəcə siyasi texnologiyadır. O kütlənin psixologiyasını yaxşı bilir və bu psixologiyaya uyğun şəkildə də obrazını dəyişməyi bacarır. Paşinyanın işğal altında olan Azərbaycan torpaqlarında formalaşdırılmış separatçı bölgə ilə bağlı mövqeyi isə əsasən danışıqlar prosesinin pozulmasına yönəlib. Paşinyan öz mövqelərini möhkəmləndirmək üçün vaxt qazanmaq və bu müddət ərzində “Ermənistanda demokratik islahatların, korrupsiyaya qarşı real mübarizənin aparıldığı” barədə xüsusilə də Qərb dairələrində rəy formalaşdırmaq istəyir. Paşinyanın bütün addımları PR xarakterlidir və bu addımların erməni diasporu və lobbisinin, eləcə də onlara yaxın olan qərb institutlarının təlimatı ilə atıldığı ehtimalı kifayət qədər çoxdur.

- Kremlin ABŞ yönümlü siyasi xətt götürən Paşinyana bu məsələdən sonra sərt reaksiya verməməsi nə ilə izah oluna bilər ?

- Paşinyanın davranışları Kreml üçün hələlik təhlükəli həddə gəlib çatmayıb. Digər tərəfdən Moskva prosesləri nəzarətdə saxlamaq imkanında olduğunu, Ermənistanın heç bir halda onun təsir dairəsindən çıxa bilməyəcəyini düşünür. Bunun üçün kifayət qədər əsaslar da var. İlk növbədə genişmiqyaslı əməliyyatların başlanması perspektividir. Müharibə təhlükəsi Ermənistanın başı üzərindən “Domokl qılıncı” kimi asılıb. Digər amil Ermənistandakı hərbi baza və Ermənistanın bütövlükdə Rusiyanın hərbi nəzarətində olması. Başqa bir faktor isə Ermənistanın bütün strateji sahələrinin Rusiyanın dövlət və özəl şirkətlərinin əlində cəmləşməsi ilə bağlıdır. Paşinyanın Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb olunması ilə bağlı avantürası isə Moskvanın Azərbaycana təzyiq göstərməsi üçün lazımdır. Çünki Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, xüsusilə də Cənub axınını tarixin arxivinə göndərən Cənub dəhlizi Moskvanı ciddi şəkildə narahat edir. Şübhəsiz ki, rəsmi münasibətlər müstəvisində Rusiya bu narahatlığı büruzə verməməyə çalışır. Lakin Kremlin əhval-ruhiyyəsini əks etdirəm KİV-lərdə yayımlanan şərhlərlə tanış olmaqla gerçək münasibətin nədən ibarət olduğunu müəyyənləşdirmək olar.

- Belə demək olarmı ki, Qarabağ münaqişəsi bumeranq effekti yaradaraq Rusiyanın regionda nüfuzunun azalmasına səbəb olacaq ?

- Rusiya üçün nüfuz tarixin bütün dövrlərində olduğu kimi ən sonuncu məsələdir, yaxud köməkçi vasitədir. Rusiya “nüfuz” və bu kimi digər məsələlərdən əsasən qərb institutlarının təbliğatına alternativ olaraq, informasiya müharibəsinin elementlərindən biri kimi istifadə edir. Bunun onda nə qədər yaxşı alındığı, yaxud alınmadığı başqa bir müzakirənin mövzusudur. Reallıq isə ondan ibarətdir ki, Kremlin təhdid, zor və təxribat üzərində qurulan klassik üslubunda dəyişiklik baş verməyib. Bu dəyişikliyin daha güclü təhdid, zor və təxribat siyasətinin qarşılığında baş verməsi mümkündür. Rusiyaya qarşı son dövrdə atılan addımlar sübuta yetirir ki, bu ölkənin rəqibləri artıq onun öz dilində danışmağı da öyrəniblər.

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Hamısı