Jirinovskinin Türkiyədəki inauqurasiyaya dəvət almasının sirri iki rəy

Analitika 10:27 09.07.2018

Elxan Şahinoğlu: “Ərdoğan ondan istifadə etməyi özünə qəbahət saymır”; Əhəd Məmmədli: “Bu, rus siyasətində Jirinovskinin əhəmiyyətini göstərir”

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün 8-9 iyul tarixlərində Türkiyədə səfərdə olacaq. Axar.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ərdoğan şəxsən Jirinovskiyə dəvət göndərib. RLDP-dən olan digər deputatlar da səfər zamanı partiya liderinə yoldaşlıq edəcəklər.

Hər zaman türk dünyası barəsində sərsəm fikirlər səsləndirən Jirinovskini Türkiyə rəhbərinin andiçməsinə dəvət etməsi maraq doğurub. Kremlin “təlxəyi” sayılan rus siyasətçinin belə bir dəvət alması Azərbaycanda da müzakirələrə yol açıb. Bu istiqamətdə ən müxtəlif mövqelər səslənməkdədir. Çoxları hesab edir ki, bu dəvət daha çox hazırda ən yüksək səviyyədə olan Türkiyə-Rusiya münasibətlərindən doğur. Bunun əksini düşünənlər də az deyil.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ərdoğan Jirinovskidən istifadə etməyi özünə qəbahət saymır: “Jirinovski türkoloq olsa da, türk dünyasını sevmir, ona nifrət edir. Ancaq Jirinovski həm də pulgir siyasətçidir. O bir müddət əvvəl Türkiyəyə dəvət edilmişdi. Türkiyədə yüksək səviyyədə qəbul edildi, hətta prezident Rəcəb Təyyub Ərdoğanla görüşü də təşkil olundu. Buna qədər ”Türkiyə dağıdılmalıdır", “İstanbul ələ keçirilməlidir” deyən Jirivonski Ərdoğanla görüşdən sonra başqa mahnı oxumağa başladı. Jirinovski artıq Türkiyəni Rusiyanın müttəfiqi adlandırır və bu ölkə ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini dilə gətirirdi. Bu, Ərdoğanın xeyrinə idi. Jirinovski siyasi kloun olsa da, onun Rusiyada kifayət qədər tərəfdarı var və partiyası həmişə parlamentdə yer qazanır. Onu bəzən Kremlin “danışan dili” də adlandırırlar.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Ona görə də Ərdoğan Jirinovskidən istifadə etməyi özünə qəbahət saymır. Buna baxmayaraq, onu nəzərə almaq lazımdır ki, Jirinovskinin ipinin üstünə odun yığmaq da mümkün deyil. Məsələn “Rossiya 1" telekanalında ”Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı. Jirinovski proqramda deputatını müdafiə etməkdənsə, Baqdasarovun “məhv edilməlidir” sərsəmləməsinə “razıyam” cavabını verdi. Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü. Halbuki, Jirinovski Türkiyəyə getdiyi kimi Azərbaycana da dəvət edilmiş və prezident İlham Əliyevlə görüşmüşdü. Odur ki, Jirinovski kimilərə etibar yoxdur. Ancaq yəqin Ankarada düşünürlər ki, ondan hələ istifadə etməyə dəyər. Bir gün Rusiya-Türkiyə münasibətlərindən yenə nəsə sual meydana gəlsə, istisna etmirəm ki, Jirinovski yenidən əsl simasını ortaya qoyacaq və Türkiyəni düşmən dövlət adlandıracaq".

Əhəd Məmmədli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Ərdoğanın Jirinovskinin kimliyini yaxşı tanıdığını bildirdi: “Bu - bir siyasətdir. Jirinovski təlxək də olsa, Kremlin təlxəyidir. Kremlin təlxəyi də özlüyündə ciddi və önəmli statusdur. Orta əsrlərdə Avropada rəsmən kralın təlxəkləri var idi. Bu təlxəklər əsilzadələrdən də olur. Kral demədiyi sözləri, mesajları onların dili ilə dedizdirir, etdirirdi. Ərdoğan da əslində Jirinovskinin kim olduğunu yaxşı bilir və bu aspektdən Jirinovskini dəvət edib. Jirinovski həmçinin Türkiyə və türk dünya üzrə ekspertdir. Təcrübəli agentdir. İllərdir agent olaraq Türkiyədə də fəaliyyət göstərir. Həm də unutmayaq ki, rus parlamentində təmsil olunan üçüncü partiyanın sədridir. Bütün bunlar rus siyasətində Jirinovskinin əhəmiyyətini göstərir. Təbii ki, bu dəvət həmçinin, Türkiyə-Rusiya münasibətlərinin yaxınlığından da xəbər verir. Türkiyə çalışır ki, Rusiya siyasətinin üst düzəyində mövqelərini möhkəmləndirsin. Yəqin bu andiçmədə Rusiya heyəti böyüklüyü ilə seçiləcək. Bu bir daha Türkiyə-Rusiya münasibətlərinin yaxın olduğunu göstərəcək. Amma yenə də unutmayaq ki, Jirinovski dünən düşmən, bu gün dost, sabah yenə də düşmən olacaq. Kreml nə istəyirsə, onu da edəcək. Jirinovski Kremlin istəyi ilə bu gün dost, sabah yenə də düşmən libası geyinəcək”.

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Hamısı