Putin Paşinyanla müharibəyə başlayır Bakının “Rus NATO-su”na qoşulması...

Analitika 11:22 21.08.2018

Rusiya KİV-i Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ətrafında başlayan müzakirələrdən yazdı; düşmən ölkədə əksinqilab təlaşı artır; erməni nəşri: “Erməni xalqı döyüşü qəbul edəcək, ölkənin Kremlin qəyyumluğuna qayıdışına imkan verməyəcək...”

Rusiya ilə Ermənistanın yeni rəhbərliyi arasında hökm sürən qarşılıqlı etimadsızlıq ab-havası davam edir. Sabiq prezident Robert Köçəryanın qısa müddətli həbsdən sonra azadlığa çıxması vəziyyəti bir qədər də tündləşdirib. Eyni zamanda Moskvanın qərbyönlü Paşinyan iqtidarına qarşı hansısa ssenarinin işə salındığı haqda ehtimalları gücləndirib. Erməni və Rusiya KİV-də getmiş təhlili yazılardan öncə bu qənaət hasil olur.  

***** 

“Köçəryanın İrəvanın xarici siyasəti ilə bağlı narahatlığı - Moskvanın narahatlığıdır, əsla Köçəryanın yox”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə armenianreport.com portalındakı dünənki baş məqalədə deyilir.

“Ermənistanda heç kimin gözləmədiyi inqilab baş verdikdən sonra ölkənin ən mənfur siyasi xadimlərindən biri, yeri müttəhimlər kürsüsü olan, çoxdan güllənmə maddəsini haqq eləmiş Robert Köçəryan hakimiyyətə qayıtmaq və ”məxməri inqilab"ın bütün cücərtilərini və uğurlarını məhv eləmək niyyətindədir. Bu zaman o, öz məramını belə izah edib ki, guya ölkənin xarici siyasəti ilə bağlı narahatdır". “Hesab edin ki, mən artıq qayıtmışam” deyib Köçəryan" - məqalədə bildirilir.

Paşinyan putin ile ilgili görsel sonucu

Baş nazir Nikol Paşinyan az öncə çıxışlarının birində “Rusiya Ermənistandakı yeni vəziyyətə adaptasiya olunmalıdır” ifadəsini işlədib. Bu da ilk növbədə Moskvaya ünvanlı ultimativ bir mesajdır ki, Ermənistanda guya müstəqil hakimiyyətin varlığı və onun yeni daxili-xarici siyasəti ilə Kreml hesablaşmalıdır. Paşinyan iqtidarının əsas rəqibləri, xüsusən də təzəcə Moskvanın müdaxiləsi ilə azadlığa çıxan Köçəryan elə bu bəyanatdan yapışıb. Daşnaklara məxsus telekanala verdiyi müsahibəsində Köçəryan həmin sözlərə görə Paşinyanı siyasi naşılıqda ittiham edib.

Bu kontekstdə məqalə müəllifi daha sonra yazır: “Bizim xalqda yəqin ki, Köçəryan qədər nifrət doğuran ikinci siyasətçi yoxdur. Hətta Serj Sərkisyana ondan az nifrət edirlər. Və bunun səbəbləri var. Söhbət təkcə 1 mart 2008-ci il qırğınından gedir. Hamımız xatırlayırıq ki, Köçəryan mütləq hakimiyyətə 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsindən sonra nail olub. Nə vaxt ki, onun qeyri-leqal əmiri ilə əsas siyasi rəqibləri - parlamentin o vaxtkı spikeri Karen Dəmirçyan və o vaxtkı baş nazir Vazgen Sərkisyan güllələndilər. Məhz Köçəryanın dövründə ölkədən kütləvi köç başladı. Onun idarəçilik illəri Ermənistanda durğunluq və tiraniya ilə, repressiya və korrupsiyanın güclənməsi ilə, vətəndaş azadlıqları və şəxsiyyət hüquqlarının məhvi ilə müşayiət olundu. Ən əsası, Köçəryan Ermənistanı Rusiyanın forpostuna çevirdi və bu illər ərzində öz hakimiyyətini məhz süngü ucunda qoruya bildi”.

Köçəryan ile ilgili görsel sonucu

Nəşr Köçəryanın məhz “Rusiyanın Ermənistandakı nüfuzuna ciddi zərbə vurulduğu vaxt” siyasətə qayıdışını təsadüfi saymır: “Ermənistanın yeni hakimiyyəti daha Moskvanın ”kiçik qardaşı" olmaq istəmir, Odur ki, yavaş-yavaş da olsa, inamlı şəkildə Qərblə, o sırada Avropa Birliyi ilə, NATO və ABŞ-la yaxınlaşma kursu götürüb. Bu isə Kremli narahat etməyə bilməz. Bu üzdən o, Ermənistanı öz orbitində saxlama üçün “Köçəryanın qayıdışı” adlı layihəni reanimasiya edib. Heç təsadüfi deyil ki, Köçəryan siyasətə İrəvanın xarici siyasətindən narazılıq şüarı ilə qayıdır. Əslində isə Köçəryanın ölkənin xarici siyasət kursu ilə bağlı narahatlığı Moskvanın narahatlığıdır, əsla Köçəryanın yox. Əgər Rusiya Ermənistanda əksinqilab həyata keçirsə, o zaman onun  başında Köçəryanı oturdacaq. Bununla həm Ermənistanı öz orbitində saxlayacaq, həm də əlaltısını müttəhimlər kürsüsündən xilas edəcək. Ancaq Moskvanın əlaltısı öz kürsündə duruş gətirə biləcəkmi? Çətin. Bunu artıq “məxməri inqilab” göstərdi. Bizim geri çəkilməyə yerimiz yoxdur. Demək, erməni xalqı döyüşü qəbul edəcək və ölkənin Kremlin qəyyumluğuna qayıtmasına imkan verməyəcək".

*****

Ancaq Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı ciddi iradə ortaya qoysa, doğrudanmı ermənilər buna müqavimət göstərmək gücündədirlər. Tarix göstərir ki, yox. Əlbəttə, Azərbaycan üçün Xocalı canisinin hakimiyyətə qayıdışı yaxşı heç nə vəd eləmir. Necə deyərlər, “ilanın ağına da lənət, qarasına da”. Biz köçəryanların, sərkisyanların hakimiyyət dönəmində Qarabağ məsələsinin necə qəlizə salındığını da yaxşı bilirik.

ktmt ile ilgili görsel sonucu

Bu mənada əslində Paşinyan iqtidarı hələ ki “bağlı boğça” sayıla bilər. İkinci yandan, Nikol Paşinyanın qərbyönlü kursu hansısa məqamda bizə hərb yolu torpaqlarımızın daha bir qismini azad eləmək fürsəti də yarada bilər. Köçəryanın dövründə isə Rusiya buna imkan verməz. Hər halda, görünən budur ki, Moskvanın “Köçəryan layihəsi”, deyəsən, işə düşüb, Moskva Köçəryan tərəfdə Paşinyana qarşı müharibəyə qoşulub. Bu da Azərbaycan üçün yeni situasiya anlamına gəlir. Bu fonda isə Bakıda “Rus NATO-su” sayılan KTMT-yə Azərbaycanın mümkün üzvlüyü ilə bağlı deputat Əli Hüseynlinin təklifi Rusiyada maraqla qarşılanıb.

*****  

“Diqqətçəkicidir ki, Azərbaycanın KTMT-yə üzvlüyü haqda ölkədə açıq diskussiya başlayan kimi Ermənistanın ”xalq baş naziri" Nikol Paşinyan prezident Vladimir Putinə zəng edib. Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər “ikitərəfli əlaqələrə dair gündəmin bəzi aktual məsələləri”, həmçinin ümumi inteqrasiya birliklərində, o sırada KTMT çərçivəsində qarşılıqlı uzlaşma məsələlərini müzakirə ediblər".

Bu fikir dünən Rusiyanın rosbalt.ru nəşrində Azərbaycanın “Rus NATO-su”ma qoşulmasının mümkünlüyü haqda təhlili məqalədə yer alıb. Məqalədə deyilir: “Putin-Paşinyan söhbəti haqda kasad informasiyaya rəğmən, bir şeyi qeyd eləmək lazım gəlir: məhz KTMT mövzusu xüsusi diqqətdə olub. İndi İrəvanda oturub fal açırlar, görəsən, Paşinyan Putinlə danışıq zamanı Azərbaycanın təşkilata mümkün üzvlüyü və Rusiyanın ona reaksiyası məsələsini qaldırıbmı? Lragir.am erməni nəşri isə bu xüsusda erməniləri sakitləşdirməyə çalışıb. ”Azərbaycanın üzvlüyü KTMT-də qüvvələr balansını türk amilinin xeyrinə dəyişəcək, o üzdən Putin çətin ki, bu məsələni ciddi müzakirə eləsin. Hərçənd keçici oyunlar istisna deyil. Odur ki, yaranmış vəziyyətdə İrəvan əlini daima nəbzdə saxlamalıdır ki, proseslərin mühüm inkişafını qaçırmasın. Görünür, məhz bu məqsədlə də Paşinyan Putinə zəng edib" - lragir yazıb. Nə demək olar? Bəxtiyar o kəsdir ki, inanır və ya başqasını oynadır" - rosbalt.ru əlavə edib.

Bu oyunda kimin udub, kimin uduzduğunu isə tezliklə biləcəyik. Çünki gerisayım artıq başlayıb...   

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Hamısı