“Məni zorlayanlar rahatca gəzir, dolaşır" - boşnak qadın Avropada müsəlman soyqırımı

Analitika 16:15 11.07.2019

Bu gün Srebrenitsa soyqırımının il dönümüdür. Burada yaşananlar dünya müsəlmanları üçün ən ağır və ən rüsvayçı hadisələrdir.

SSRİ bloku dağıldıqdan və Yuqoslaviya Respublikası parçalandıqdan sonra bu dövlətlərin ərazisi etnik münaqişələr mərkəzinə çevrildi ki, ən qanlı etnik savaşlar da məhz Bosniyada baş verdi.

 

Soyqırım əməliyyatı - “Krivaya – 95”

ratko mladić ile ilgili görsel sonucu

 

Yuqoslaviya parçalandıqdan sonra müstəqillik qazanan boşnaklar tarixi qonşuları serblərin hücumlarına məruz qaldılar. Serblərin hədəfi bütün Bosniyanı işğal etmək və bu regionu müsəlman boşnaklardan təmizləmək idi.

1 mart 1992-ci ildən serblərlə boşnaklar arasında qarşıdurma müharibəyə çevrildi.

Müharibə getdikcə şiddətləndi və müsəlmanlara qarşı saysız-hesabsız qətliamlar törədildi. Lakin 1995-ci ilin yay aylarında, artıq müharibənin başlamasından üç il keçməsinə baxmayaraq hələ də düşmənlərindən hərbi cəhətdən daha üstün olan serblər müsəlmanların dirənişi qıra bilməmişdi. Müsəlman boşnakların lideri Aliya İzzetbeqoviç bir yanda xalqının hüquqlarını beynəlxalq tribunalardan dilə gətirir, dünyanı serb istilasına və təcavüzünə məruz qalan boşnaklara yardım etməyə çağırır, bir yandan da gənc boşnak əsgərlərlə birgə səngərlərdə gecələyirdi. Aliya İzzetbeqoviçin durmadan təmas xəttindəki əsgərlərlə görüşməsi və savaşda birbaşa iştirak etməsi boşnakların mübarizə əzmini daha da gücləndirirdi.

Nəticədə serb rəhbərliyi  müharibəni tez bir zamanda uğurla başa vurmaq üçün “Krivaya – 95” hərəkatına start vermək qərarına gəldilər. Bu əməliyyatda plan bəlli idi. Müharibənin taleyini həll etmək və Bosniyanın içərilərinə doğru irəliləmək üçün Srebrenitsanın ələ keçirilməsi zəruri idi. Lakin bu plan sadəcə Srebrenitsanın ələ keçirilməsi üçün hazırlanmamışdı. Serblər boşnakların mübarizə əzmini qırmaq üçün kütləvi qırğından, soyqırımdan istifadə etməyə qərar vermişdilər. Bu taktikadan Xocalıda ermənilər də azərbaycanlılara qarşı istifadə etmiş və sözügedən qeyri-insanı taktika dirəniş göstərən əhalidə inamsızlıq, xaos və panika yaratmağa kömək etmişdi. Beləliklə, serblər də bu qanlı üsuldan istifadə etməyi qərara aldılar...

İlgili resim

Hollandlar boşnakları serblərə təhvil verdi

 

1995-ci ilin iyulun 11-də “Krivaya – 95” əməliyyatı başlandı. Artıq iki ildir mühasirədə olan Srebrenitsa çox müqavimət göstərə bilmədi. Qəsəbə işğal ediləndə əhalinin böyük bir qismi BMT-nin Srebrenitsaya yaxın Potocari vilayətinə axın etdilər.

Çünki bu vilayətdə hələ 1993-cü ildən bu yana BMT-nin “Sülh Gücü” qoşunları yerləşdirilmiş və ərazi təhlükəsiz bölgə elan edilmişdi. 1995-ci ilin 11 iyulunda sözügedən qərargahda 400-dən çox hollandiyalı əsgər mövcud idi.

Əməliyyat başladıqdan sonra qərargahdakı əsgərlər əraziyə axın edən əhalini təhlükəsiz bölgəyə buraxdılar və əhalini sakitləşdirdilər. Lakin bir neçə saat sonra serb generalı Radko Miladiçin tələbi ilə hollandlar dinc əhalini serblərə bir güllə belə atmadan təslim etdi.

hollandalılar boşnak ile ilgili görsel sonucu

O günlərdə BMT qərargahında xidmət edən holland əsgərlərdən biri olan Van den Bogert illər sonra BBC-yə müsahibə verir və hadisənin şokundan hələ də ayılmadığını, baş verənlərin onun psixoloji durumuna təsir etdiyini bildirir.

“Əvvəlcə qərərgah rəisi serblər tərəfindən təhdid edildi. Sonra bizə dedilər ki, buradakı insanlara bir neçə suallar verib buraxacayıq. Əvvəlcə kişiləri ayırdılar, daha sonra yüzlərlə insanı maşınlara yığıb oradan uzaqlaşdılar. Biz heç nə edə bilmədik. Növbəti günlərdə bildik ki, minlərlə insanı günahsız yerə qətlə yetiriblər. Bu məni çox sarsıtdı, əlimdən, əlimizdən heç nə gəlmədi” – deyə Van den Bogert gözyaşları içərisində qeyd edib.

 

8372 nəfər dinc sakin öldürüldü

İlgili resim

Nəticədə serblərin xüsusi təyinatlı qüvvələri (əqrəblər) minlərlə insanı əsir götürdü. 500-ə yaxın kişi yerindəcə öldürüldü. Ümumilikdə 10 gündən çox davam edən qətliam nəticəsində 8372 nəfər dinc sakin öldürülüb. (Bu sakinlərdən sadəcə 6500-nün kimliyi müəyyən edilib) Soyqırımın əsas günahkarı qismində serb general Ratko Miladiç Hollandiyanın Lahey vilayətində keçirilən məhkəmədə günahkar bilinərək ömür boyu həbsə məhkum edildi.

Bosniya savaşında baş verənlər sadəcə qətliam və soyqırım kimi izah edilə bilməz. Burada rəsmi olmayan məlumatlara görə 20-30 minə yaxın qadın cinsi zorakılığa məruz qalıb.

 

“Burada hər gün məni döydülər, işgəncə verdilər, axşam olub, hava qaralanda başıma nələrin gələcəyini bilirdim...”

İlgili resim

Bu sözləri NBC kanalına müsahibəsində Srebrenitsada ələ keçirilən və bir aya yaxın işgəncə və cinsi zorakılığa məruz qalan bir boşnak qadını deyib. Onun sözlərinə görə hər axşam yüzlərlə əsir edilmiş boşnak müxtəlif işgəncələrə və cinsi zorakılığa məruz qalıb.

Bosniya savaşında və Srebrenitsa hadisələrində zorakılıqlarla üzləşmiş boşnak qadınlar haqqında onlarla sənədli film çəkilib, kitablar yazılsa da hələ də bu qadınlara işgəncələr vermiş müharibə günahkarları məsuliyyətə cəlb edilməyib. Srebrenitsa hadisələrindən sonra serb ordusundan olan sadəcə 70 zabit istintaqa cəlb edilib (NBC). Yəni, bu qədər qırğını və işgəncəni sadəcə 70 nəfərmi etmişdi?

“Məni zorlayanlar rahatca gəzir, dolaşır. Mən bəzən onların şəkillərini müxtəlif sosial şəbəkələrdə görürəm. Bir neçəsinin şəxsi hesabı “facebook” qarşıma çıxıb”.

Bu sözlər yenə bir xarici televiziyaya müsahibə verən boşnak xanıma məxsusdur.

 

Hadisənin soyqırım kimi tanınmasına Rusiya əngəl oldu

Bütün bunlar müqabilində üzərindən 24 il keçməsinə baxmayaraq hələ də BMT bu hadisələri  soyqırım kimi tanımır. Qeyd etmək lazımdır ki, bu məsələ BMT-də bir neçə dəfə gündəmə gətirilib. Sonuncu dəfə, 2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının toplantısında yenidən bu məsələ qaldırılsa da Rusiyanın veto qoyması ilə faciə soyqırım kimi tanınmadı. Təbii ki, Rusiyanın boşnak-serb savaşına serblərə dəstək verdiyini xatırlasaq, nə üçün soyqırım aktına veto qoyduğunu anlaya bilərik.

Ürək ağrısı ilə yazdığımız və müsəlman tarixinin üz qarası olan Srebrenitsa hadisələrini dərin kədər, hüzn və utancla anırıq. Srebrenitsada boşnakların hayqırtısını kimsə duymadı, ya da çox gec duydu. Srebrenitsadakı qətliamlara heç bir müsəlman dövləti “dayan” demədi. (Türkiyə rəhbərlərinin dəstək mesajları və hərbi yardımları istisnadır) Ona görə də bu hadisələrdən sonra boşnakların əfsanəvi lideri Aliya İzzetbeqoviç aşağıdakı ibrətamiz və tükürpədici sözləri dilə gətirib:

aliya izzetbegoviç ile ilgili görsel sonucu

“Və hər şey bitdiyi zaman xatırlayacağımız şey düşmənlərimizin sözləri deyil, dostlarımızın səssizliyi olacaq”...

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
Hamısı