“Türkiyəyə hörmətsizlik rəsmi Ankaranı müharibəyə vadar edə bilər” Türk ekspert - MÜSAHİBƏ

Analitika 17:57 22.07.2019

Son dövrlər Şərqi Aralıq dənizi hövzəsində enerji ehtiyatlarının aşkarlanması və Kipr Respublikası (Yunan Kipri), Yunanıstan və digər dövlətlərin iştirakı ilə dənizin dərin qatlarında aşkarlanan karbohidrogen ehtiyatların dünyaya ixracı ilə bağlı bir layihənin meydana gəlməsi dünya mətbuatında gündəmi zəbt edən əsas mövzulardan biri olub.

doğu akdeniz krizi ile ilgili görsel sonucu

Şərqi Aralıq dənizində aşkarlanan karbohidrogen ehtiyatlarının çıxarılması və ixracı layihəsində Kipr (Yunan kipri), Yunanıstan, Misir, İsrail kimi hövzə dövlətlərinin iştirak etməsi, lakin Türkiyə və Türk Kiprinin (Şimali Kipr Türk Respublikası) bu layihəyə qoşulmaması Türk tərəfində ciddi narahatlıq yaradıb. Şərqi Aralıq hövzəsində yerləşən dövlətlərin demək olar ki, hər biri ilə diplomatik böhran yaşayan Türkiyənin bu layihədən kənarda qalması, əslində regionda yaşayan türklərin haqlarının pozulmasıdır. Bu səbəbdən Kipr ətrafında enerji ehtiyatlarının müzakirəsi məsələsi uzun zamandır gərginliyə səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kipr Barış hərəkatının il dönümü münasibətilə səsləndirdiyi çıxışında region ölkələrini açıq bir şəkildə təhdid etməsi (1974-də etdiyimizi yenidən təkrarlayarıq) isə bu məsələni yenidən aktuallaşdırdı.

Mövzunun aktuallığını nəzərə alaraq Eurasia Diary Şimali Kipr Türk Mətbuat Şurasının idarə heyətinin üzvü (Kıbrıs Türk Basın Konseyi yönetim kurulu üyesi), jurnalist, siyasi ekspert Gökhan Gülərdən eksklüziv müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik:

gökhan güler ile ilgili görsel sonucu

 

“Adanın təbii sərvətlərini ələ keçirməyə çalışırlar”

-Kiprdəki enerji probleminin əsas səbəbləri nələrdir?

-1960-ci ildə yaradılan Kipr Respublikasının konstitusiyasına əsasən adanın bütün maddi və mədəni nemətləri adada yaşayan xalqlar, türk və yunanlar arasında bərabər bölüşdürülməlidir. Lakin Kipr Respublikasını yunanlar 1963-cü ildə necə silah gücünə işğal edib, dövləti unitar bir respublikaya çevirdilərsə, yenə eyni şəkildə, bu səfər fərqli metodlardan istifadə edərək adanın təbii sərvətlərini ələ keçirməyə çalışırlar. Yunan Kipri hökumətinin təktərəfli olaraq 2003-cü ildə Misir, 2007-ci ildə Livan və 2011-ci ildə də İsrail ilə beynəlxalq hüquq prinsiplərinə zidd bir şəkildə imzaladığı Xüsusi İqtisadi Zona Məhdudlaşdırma razılaşmaları əsasında müəyyənləşdirilmiş zonalar Şərqi Aralıqda yaşanan müzakirə və gərginliyin əsas səbəbidir. Çünki bu razılaşmaların heç birində Türk Kiprinin və Türkiyə Cumhuriyyətinin haqları nəzərə alınmayıb. Nəzərə alınmadığı kimi bu gün bu konvensiyalar əsasında Türkiyənin regionda kəşf edilən təbii sərvətlərdə də haqlarının olmadığı fikri irəli sürülür. Gərginliyə əsas səbəb, Türkiyəyə qarşı irəli sürülən bu haqsızlqdır.

- Bəs Türkiyənin bu haqsız münasibət qarşısında münasibəti necədir?

kıbrıs görüşmeleri ile ilgili görsel sonucu

-Türk tərəfi (Şimali Kipr Türk Respublikası və Türkiyə Cumhuriyyəti) karbohidrogen ehtiyyatlarının aşkarlanması məsələsinin gündəmə gəldiyi ilk gündən etibarən adada yaşayan hər iki xalqın maraqları əsasında “ortaq araşdırma”, “ortaq dəyərləndirmə” və “ortaq mənfəət əldə etmə” görüşünü dəfələrlə dilə gətirib və bu durumun adanın statusu ilə bağlı problemlərin həllinə vəsilə olacağını bildirib. Lakin təəssüflər olsun ki, yunan tərəfinin məsələnin müzakirə edildiyi ilk gündən bu yana nümayiş etdirdiyi qatı və uzlaşmaz mövqe təəssüflər olsun ki, sadəcə təbii qaz məsələsində deyil, Kipr probleminin həllinə də mane olur və danışıqların nəticə verməsinə əngəl törədir.

Türkiyə hər fürsətdə regionda fəaliyyət göstərən enerji şirkətləri ilə - ABŞ, İngiltərə, Fransa və İtaliya kimi ölkələrlə Cənubi Kipr hökümətinin təktərəfli elan etdiyi xüsusi iqtisadi zonanı tanımadığını və Türkiyənin (və ya Türk Kiprinin) nəzarətində olan bölgələrdə enerji kəşfiyyatı və istehsalı fəaliyyətlərinə icazə vermədiyini açıq bir şəkildə bəyan edir.

 

Məsələ təbii qaz məsələsi deyil, müstəqillik məsələsidir

Son dövr Türkiyə-Avropa İttifaqı və Türkiyə-ABŞ münasibətlərini gərginləşməsində Aralıq dənizi probleminin bir rolu varmı?

Təbii ki, var. Yunan hökuməti Kipr problemi və karbohidrogen ehtiyatları məsələsini öz lehinə həll etmək məqsədilə birtərəfli olaraq özlərinin elan etdiyi Xüsusi İqtisadi Zonada karbohidrogen yataqlarında aparılacaq kəşviyyat layihələrini, xüsusilə ABŞ-ın “Exxon-Mobile”, Fransanın “Total” və İtalyanın “Eni” şirkətlərinə verməklə ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri ilə Türkiyəni qarşı-qarşıya gətirməyə çalışır.

- Şərqi Aralıq dənizində, xüsisilə də Kiprə aid olan hissədə olan qaz ehtiyatları nə qədərdir ki, bu regionda ciddi gərginliyə səbəb olub?

Dünyada il ərzində istifadə edilən ernerji ehtiyatlarının 22%-i qaz ehtiyatlarının payına düşür. Şərqi Aralıq dənizində tapıldığı iddia edilən yataqlarda isə dünyada istehsal edilən qazın sadəcə 1,5%-i mövcuddur. Yəni, məsələ təbii qaz məsələsi deyil, müstəqillik məsələsidir. Yunanlar Kiprdəki karbohidrogen ehtiyatlarından sadəcə özlərinin fayda və mənfəət əldə etməsi üçün əlindən gələni edir. Lakin hədəf sadəcə buradakı təbii sərvətlər deyil, bütövlükdə Kiprdir. Yunanlar Kiprin təbii sərvətlərini əlindən almaqla, Şimali Kipri müstəqillikdən məhrum etməyi planlaşdırır. Kiprin müstəqilliyi isə Türkiyə və bütün dünya türkləri üçün şərəf məsələsidir. Həmçinin Kiprin müstəqilliyinin itirilməsi və Kipr probleminin yunanların xeyrinə həll edilməsi Şərqi Aralığın Türkiyənin üzünə bağlanması mənasına gəlir. Şərqi Aralıqda və Egeydə Türkiyənin passiv qalması halında Şimali Kiprdən Türkiyəyə, ya da Antalyadan İstanbula gedəcək istənilən gəmi ancaq yunanların icazəsilə hərəkət edə biləcək. Bu, illərdir bu torpaqlara və sulara hakim olmuş bir xalq üçün utanverici bir hadisə olar...

 

Mövcud yanaşmalar regionda müharibəyə səbəb ola bilər 

Durumu bu qədər kəskin analiz etdiyiniz üçün soruşmalıyam. Belə bir təhlükə mövcuddursa Türkiyə ikinci Kipr əməliyyatına başlaya bilərmi? Gərginlik müharibəyə çevrilə bilərmi?

deniz kurdu 2019 ile ilgili görsel sonucu

Gərginliyin nəzarətdə saxlana biləcək səviyyədə bir qaynar münaqişəyə çevrilməsi ehtimalı var. Bu ehtimalı yaradan səbəblər və fəaliyyətlər var. Az öncə də qeyd etdiyimiz kimi yunan tərəfi türk tərəfinin haqqını qəsb edərək elan etdiyi Xüsusi İqtisadi Zonanı beynəlxalq aləmə qəbul etdirmək üçün ABŞ, Fransa və İtaliya şirkətlərini enerji layihəsinə ortaq etməklə, bu dövlətlərələ Türkiyə arasında münasibətləri pozmağa çalışan bir oyun planlaşdırıb. Ardınca Misir və İsraili də bu oyuna daxil edib. Yunan Kipri həmçinin Qarantiya və İttifaq konvensiyasına zidd bir şəkildə Fransa ilə hərbi baza məsələsində razılıq əldə edib. Yunan Kiprinin müdafiə naziri və Fransa müdafiə naziri arasında 15 may tarixində imzalanan hərbi müdafiə əməkdaşlığı müqaviləsinə əsasən Fransa Cənubi Kiprin "Evangelos Florakis" dəniz bazasının istifadə hüququnu əldə etdi. Bu razılaşma ilə  Fransanın “Charles de Gauelle” təyyarə daşıyan gəmisinin türk əsgəri qarşısına qoyulması hədəflənməkdədir. Həmçinin razılaşmaya görə Fransız donanması Fransanın "Total" şirkətinə aid gəmi ilə qorumağı öz üzərinə götürür.

Bundan savayı ABŞ Konqresi bir neçə gün əvvəl Cənubi Kiprə tətbiq edilən silah embarqosunu ləğv edib. Bütün bunlar təəssüf ki, Kipr problemində Avropa Birliyi və ABŞ-ın bitərəfliyinin pozulması mənasına gəlir. Lakin qeyd etmək lazımdır ki, nə Aİ , nə də ABŞ bu məsələdə son sözü söyləmək, hökm oxumaq kimi beynəlxalq hüquqi səlahiyyətlərə malik deyil. Həmçinin bu dövlətlər nəzərə almalıdırlar ki, Şərqi Aralıqda yaşanan gərginliyi qəsb düşüncəsi ilə həll etmək mümkün deyil. Mövcud yanaşmalar regionda müharibəyə səbəb ola bilər. Ona görə də Qərb türk tərəfinin bu məsələdə qərarlılığını əsla yoxlamamalıdır.

Bütün bu proses isə yunan tərəfinin xeyrinədir. Yunan Kipri hökuməti  Şərqi Aralıqda maraqlarını qoruya bilmək üçün ABŞ-la Aİ ölkələrini türk tərəfinin üzərinə qaldırmağa çalışır. Bu vəziyyət umid edirik ki, bir müharibəyə gətirib çıxarmaz. Lakin ssenarini planlaşdıranlar bəllidir.

Türkiyə həm özünün, həm də “yavru vatan” Şimali Kiprin haqlarının qorunması üçün əlindən gələni edir. Həmçinin türk tərəfinin haqlarının pozulması halında qəti və konkret addımlar atmağa hazırdır.

Türkiyə Hərbi Dəniz Qüvvələri qısa bir müddət əvvəl Qara dəniz, Egey dənizi, Şərqi Aralıq dənizində 131 gəmi, 57 təyyarə və 33 helikopterin iştirakı ilə bugünə qədərki ən böyük miqyaslı təlimləri olan "Dəniz qurdu-2019"u gerçəkləşdirdi. "Mavi Vətən" və "Dəniz qurdu" təlimləri Türkiyənin Şərqi Aralıqda türk haqlarını qorumaqdakı qərarlılığının təzahürüdür.

Hazırda Türkiyənin Şərqi Aralıq dənizində 3 gəmisi var: "Fateh", "Yavuz" və "Barbaros". Bu adlar məlum olduğu kimi tarixi bir missiyaya sahibdir. "Fateh" İstanbulu, "Yavuz" Yaxın və Orta Şərqi, "Barbaros" isə bütün Şərqi Aralığı fəth etmişdir. Türkiyənin bu gəmilərə verdiyi ad,regionda əlehinə planlar quran qüvvələrə açıq bir mesajdır: “Türklərin haqlarını qorumaq üçün dənizlərdə mən varam! Cənubda mən varam! Şərqdə mən varam! Şərqi Aralıqda bizi, Türk Kiprinini nəzərə almadan iş görə bilməzsiniz!!! Yəni, Türkiyə regionda müharibə istəmir, ancaq onun haqlarına edilən hörmətsizlik rəsmi Ankaranı müharibəyə vadar edə bilər.

- Regiondakı gərginliyi nəzərə alaraq, Türkiyənin S-400 zenit kompkeslərini Şərqi Aralıqda yerləşdirəcəyini söyləmək mümkündür?

s 400 ile ilgili görsel sonucu

S-400-ün harada yerləşdirəcəyini yəqin ki, rəsmi Ankara artıq müəyyənləşdirib. Lakin regiondakı gərginlik və bir müddət əvvəl İsrail raketlərini dayandırmaq üçün atılan Suriya raketi nəzarətdən çıxdı və KKTC ərazisinə düşdü. Bu hadisə və regiondakı gərginliyi nəzərə alaraq qeyd edə bilərik ki, bu sistemlər Şərqi Aralıqda yerləşdirilə bilər. İstənilən halda Türkiyə Şimali Kipr türklərini müdafiəsiz qoymayacaq.

 

Nicat İSMAYILOV

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Hamısı