Dağlıq Qarabağda sülhün bərpası üçün zaman lazımdır Analitik

Analitika 12:03 02.05.2020

Artıq 25 ildir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar aparılır. 1994-ci ildən bəri uzun müddətli danışıqlar prosesi Ermənistan və Azərbaycan mətbuatında, eləcə də dünya mediasında geniş şəkildə işiqlandırılır. Danışıqlar prosesində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun həmsədrləri tərəfindən önəmli addımlar atılıb. Münaqişənin həll olunmasına istiqamətlənən təkliflər irəli sürülüb və sənədlər tərtib olunub. Bu təkliflərin və sənədlərin bir qismi hələ də qüvvədədir. Lakin bu günə qədər danışıqlar prosesində heç bir müsbət nəticə əldə olunmayıb. Azərbaycana məxsus olan Dağlıq Qarabağ ərazisi hələ də erməni işğalı altında qalmaqda davam edir.

Qafqaz Siyasi Analitik Mərkəzinin siyasi analitiki Əhməd Əlili münaqişənin həllində vacib rol oynayan bir neçə yanaşmaya toxunub və bu barədə fikirlərini EDNews.net analitik portalına bildirib.

Politoloqun fikrinə görə ATƏT-in Minsk Qrupunun formalaşması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları daha da intensivləşdirdi.

“Danışıqlar prosesində ATƏT-in Minsk Qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün üç önəmli təklif ortalığa qoyulub.  Bu təkliflərdən ikisi Ermənistan tərəfindən, biri isə Azərbaycan tərəfindən rədd olunub. Birinci təklif “Paket həll planı”, ikincisi isə “Mərhələli həll planı” adlanır. Bu iki təklif  Ermənistan tərəfindən qəbul olunmamışdır,” deyə Ə.Əlili bildirir.

Politoloq həmçinin üçüncü təklifə də toxunaraq bəzi açıqlamalar verdi.

“Üçüncü təklifə gəldikdə isə Azərbaycan tərəfindən inkar edilmiş ümumi dövlət planıdır. Hər iki plan uğursuzluğa düçar olduqdan sonra Rusiyanın sabiq Xarici İşlər Naziri Yevqeni Primakov ümumi dövlət yaradılmasını təklif etdi. Primakovun təklifinə görə Dağlıq Qarabağ erməniləri və Azərbaycanın digər əraziləri bərabərhüquqlu formada dövlət olacaqlar. Yəni Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın digər ərazilərinə bərabər səlahiyyətlərə sahib olunması nəzərdə tutulurdu. Təbii ki, Azərbaycan bu həll planına yox dedi. Digər təkliflərə gəldikdə isə - paket həll və mərhələli həll variantları Ermənistan tərəfindən rədd edilib,” deyə politoluq əlavə etdi. 

Paket həll planı

Politoloq Əhməd Əlinin sözlərinə görə paket həll planı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aid olan məsələlərin birlikdə həll edilməsinə yönəldilib. Yəni bu planda bir-birinə zidd olan iki məsələ - Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağın statusu eyni zamanda həll olunur.

“Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən Dağlıq Qarabağ ermənilərinə ən yüksək yerli özünüidarəetmə statusu təklif edilmişdir. Hətta Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın diplomatik missiyalarında xüsusi statusla təmsil olunmağı belə nəzərdən keçirilirdi,”- deyə politoloq vurğuladı. 

Əhməd Əlili ona da bildirdi ki, paket planında Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın qanunvericiliyinə uyğun olaraq müəyyən ərazidə özünümüdafiə batalyonu yaratmaq imkanı da var idi.

“Paket həll planında  Azərbaycan tərəfindən Dağlıq Qarabağ ermənilərinə bu cür geniş səlahiyyətlər verilirdi. Lakin Azərbaycanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağ ətrafı rayonların qaytarılması və Ermənistan qoşunlarının öz sərhədlərinə çəkilməsi əsas vacib şərtlər olaraq qalırdı,”- Əhməd Əlili qeyd edib.

Mərhələli həll planı

Mərhələli həll planında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan iki məsələnin addımbaaddım həll olunması nəzərdə tutulur. Öncə Azərbaycanın ərazi bütövlüyü bərpa olunur, yəni Dağlıq Qarabağ ətrafı rayonların bir qismi Azərbaycana qaytarılır və daha sonra isə Laçın korridoru ermənilərin ixtiyarına verilir. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyən olunması düşünülür.

Analitikin sözlərinə görə, mərhələli planla Dağlıq Qarabağın statusunu hazırki zamanda həll etmək mümkün deyil.

“Dağlıq Qarabağın statusu Qarabağın erməni və azərbaycanlı icması tərəfindən birgə həll olunmalıdır. Dağlıq Qarabağda ermənilər təkbaşına heç bir imtiyaza sahib ola bilməz. Onlar özlərini bu ərazilərin sahibi kimi göstərmək istəsələr də, bu mümkün olmayacaq. Ona görə ki, Dağlıq Qarabağda azərbaycanların sənədləşmiş yaşayış yerləri mövcud olub. Dağlıq Qarabağın azərbaycanlı icması Dağlıq Qarabağın müqəddaratının həll olunmasında tam hüquqlu şəkildə çıxış etməlidir,” -deyə analitik bildirib.

Dağlıq Qarabağın statusunun həll olunması müddətinə gəldikdə isə politoloq qeyd etdi ki, statusun müəyyən olunması 30 və ya 50 il davam edə bilər.

“Bizə vaxt lazımdır ki Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar birgə yaşasınlar və birgə yaşayış formasını onların özləri müəyyən etsinlər,”- o, belə dedi.

Qeyd etmək lazımdır ki, Rusiyanin Xarici İşlər Naziri Serqey Lavrov bu yaxınlarda verdiyi bəyanatda mərhələli həll planının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında önəmli rola malik olduğunu vurğulayıb.

Yunis Abdullayev

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı