Koronavirus, karantinlər və qarşıdan gələn ikinci dalğa

Dünya ölkələri iqtisadiyyatını yenidən dirçəltmək, uzunmüddətli maliyyə itkilərinin qarşısını almaq üçün məhdudiyyətləri vaxtından əvvəl yumşaldırlar.

Analitika 11:28 25.05.2020

Hökumətlər koronavirusun yayılmasının qarşısını almaq üçün qoyulmuş sərt məhdudiyyətləri tədricən yumşaldırlar. Bununla yanaşı bəzi ölkələrdə infeksiyanın sayı artmaqda davam edir.

Bu addım, iqtisadiyyatı dirçəltmək və dolanışıqları təmin etmək zərurətindən irəli gəlir, ancaq post-koronavirus dövründə normal həyata qayıdış çox uzun və çətin bir yoldur.

Bu istiqamətdə universal yanaşmanın olmamasına baxmayaraq, əksər ölkələr iqtisadiyyata zərər vurmamaq üçün ciddi sosial məsafə qaydaları ilə formalaşan yeni yaşayış tərzini tətbiq edirlər.

Ancaq müalicə üsulu və ya peyvənd olmadığı təqdirdə, mütəxəssislər, karantin rejimindən tam çıxma nəticəsində indiyədək beş milyondan çox insanın yoluxduğu və 330.000-dən çox insanın ölümünə səbəb olan koronavirusun ölümcül ola biləcəyi barədə xəbərdarlıq edirlər.

"Hal-hazırda, virusun artması səbəbi güman ki, məhdudiyyətlərin yumşaldılmasından qaynaqlanır", Texas A&M Texarkana Universitetinin virusoloqu Bencamin Neuman Əl-Cəzirəyə söyləyib.

Doğrudan da, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəfələrlə ölkələri koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasından dolayı ehtiyatlı olmağa çağırmışdır, məhdudiyyətlərin vaxtından əvvəl qaldırılılmasının virusa yoluxmada vəziyyətin nəzarətdən çıxmasına və  ikinci dalğanın yaranmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdir.

Son həftələrdə, dünyada karantindən çıxma strategiyaları ilə bağlı müzakirələrin getdiyi bir zamanda mütəxəssislər müvafiq tövsiyyələr hazırlayıblar.

Yoluxucu Xəstəliklərin Tədqiqi və Siyasəti Mərkəzinin (CIDRAP) alimləri  yaxın gələcəkdə COVID-19-un inkişafına dair bir sıra proqnozlar açıqlayıblar.

Üç ssenari mövcuddur

Minnesota Universitetinin alimləri keçmişdə yaşanmış qrip infeksiyaları ilə müqayisəli şəkildə SARS və MERS-ə aid məlumatları istifadə edərək, pandemiyanın iki ilədək davam edəcəyini və əhalinin 60-70 faizinə qədərində immunitet yarananadək dayandırılmasının mümkün olmadığını deyiblər.

Peyvəndin bu il hazır olmayacağı ehtimalı yüksək olduğundan CIDRAP birinci ssenarisində ilk dalğanın, ardınca isə daha kiçik təkrar dalğaların olacağını və gələn il azalacağını proqnozlaşdırır. Bu dalğalar coğrafi cəhətdən dəyişəcək və onların intensivliyi vaxtaşırı yenidən tətbiq olunacaq karantin tədbirlərindən asılı olacaq.

Digər bir, daha optimist versiya, ilk dalğadan sonrakı yoluxmanın "zəif alovlanması" və təkrarlanmasını proqnozlaşdırır. Bu proqnoza görə  güman ki, yumşaldıcı tədbirlər görülməyəcək.

Ən pis ssenari, 2020-ci ilin sonuna qədər daha böyük ikinci dalğanın, gələn il isə bir və ya bir neçə kiçik dalğanın olacağıdır. Bu, 1918-1919-cu illərdə təxminən 50 milyon insanın ölümünə səbəb olan qrip pandemiyası, eləcə də 2009-2010 H1N1 pandemiyası zamanı qeydə alınan tendensiyaya əsaslanır.

"Pandemiyanın hər hansı ssenarisindən asılı olmayaraq, ən azı 18-24 ay ərzində COVID-19 virusunun aktivləşməsinə hazır olmalıyıq”. Bunu alimlər 30 aprel tarixində yayımlanan hesabatda bildiriblər.

ÜST  pandemiyanın necə inkişaf edəcəyini məlum olmadığını vurğulayaraq ümumilikdə üç mümkün nəticəni gözləyir: İnsandan insana ötürülmənin tamamilə dayanması; təkrarlanan, böyük və ya kiçik epidemiya dalğaları; və davamlı aşağı səviyyəli yoluxma.

"Ən çox ehtimal olunan ssenari daha sonra aşağı səviyyəli yoluxma ilə müşayiət olunan təkrarlanan epidemiya dalğalarının olmasıdır", deyə ÜST-ün sözçüsü Tarik Yasarevic Əl-Cəzirə-yə bildirib.

Peyvənd yarışı

Mütəxəssislər COVID-19 xəstəliyinin yüksək yoluxma dərəcəsi və yoluxmuş  insanlarda asimptomatik böyük faizin olduğunu söyləyirlər.

"Hazırda  önəmli olan simptomları olan və olmayanlar arasında müsbət halların sayını qiymətləndirməkdir", Neuman dedi.

Əksər mütəxəssislər pandemiyanın öz-özünə  bitməyəcəyinə və yalnız peyvənd əldə edildikdə həll olunacağına inanırlar.

"Koronavirus sosial məsafəyə baxmayaraq yoxa çıxmadı və peyvənd olana qədər yayılmağa davam edəcək", - deyə Cohn Hopkins Universitetinin Səhiyyə Təhlükəsizliyi Mərkəzinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Ameş Adalja Əl-Cəzirəyə bildirib.

"Peyvənd olmasa, ikinci və hətta üçüncü dalğa olacaq. Məlumdur ki, koronavirus payız və qışda daha sürətlə yayılır”.

Hal-hazırda dünyada COVID-19 əleyhinə ən azı 90 vaksin hazırlanır, onlardan bir neçəsi artıq klinik sınaq mərhələsindədir. Lakin mütəxəssislər peyvənd sınaqlarının ən azı bir ildən 18 aya qədər davam edəcəyini deyirlər.  

“ABŞ-da peyvəndin hazırlanması və bütün təhlükəsizlik sınaqlarından keçməsi prosesi 7-10 il çəkir. Ən tez dörd ilə, Ebola əleyhinə əldə edilən peyvənd olub. COVID-19 üçün peyvəndin isə bir neçə ay ərzində əldə edilməsi təklif olunur. Bunun üçün yeganə yol təhlükəsizliyi müəyyən qədər göz ardına almaq və ya əvvəllər bu kimi bir viruslarla keçirmədiyimiz sınaqları keçirməkdir”, - yoluxucu xəstəliklər üzrə mütəxəssis, Mayo Klinikasının Peyvənd Araşdırması Qrupunun rəhbəri Qregori Poland Əl-Cəzirəyə söyləyib.

Tövsiyələr

Öz növbəsində, CIDRAP tədqiqatçıları qlobal səhiyyə orqanlarını yaxın iki il ərzində peyvəndin olmadığı və kütləvi yoluxma ilə davam edən ssenarini planlaşdırmağa çağırıblar.  

Onlar, həmçinin hökumətləri baş verən epidemiyanın yüksələcəyi zaman qarşısını almaq üçün profilaktik tədbirləri görmək və səhiyyə sahəsində olanların təhlükəsizliyini təmin etmək üçün strategiyalar hazırlamağa çağırıblar.

"Hökümət rəsmiləri pandemiyanın tezliklə bitməyəcəyi və insanların yaxın iki il ərzində xəstəliyin vaxtaşırı yenidən baş qaldırmasına hazır olmaları barədə xəbərdar etməlidir", hesabatda deyilir.

Aysəba Umudlu

“Əl-Cəzirə”nin müxbiri  

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Hamısı