"Ermənistan BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir" Cenevrədəki ekspert

Analitika 09:21 05.08.2020

Beynəlxalq hüquq üzrə professor, Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT-nin Cenevrə ofisindəki nümayəndəsi, İnsan Hüquqları üzrə Alt Komissiyanın keçmiş üzvü Osman Əl-Həcc Ermənistanın Azərbaycanla sərhədinin Tovuz istiqamətində son hərbi təxribatı ilə bağlı məqalə yazıb. EDNews.net xəbər verir ki, məqalənin müəllifi beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu qeyri-qanuni işğal edən Ermənistana təzyiq göstərməyə çağıraraq, baş verənləri hüquqi baxımdan izah etməyə çalışıb.

"İyulun 12-də, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son hərbi qarşıdurma çox sayda insan ölümünə, hərbçilərin, mülki şəxslərin yaralanmasına, eləcə də binalarda və həyətyanı sahələrdə ciddi dağıntılara səbəb oldu.

Bu hadisə beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının diqqətini öz  evlərindən - Ermənistanın özündən, habelə Qarabağdan və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın digər bölgələrindən didərgin düşmüş bir milyon azərbaycanlının taleyinə yönəltməlidir. Bu insanlar 1989-cu ildən bəri həm Ermənistanın özündə, həm də Ermənistan tərəfindən işğal edilmiş yerlərdə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkün və qaçqın vəziyyətinə düşüblər.

Bu hərəkətlər qanunun hər şeydən üstün olduğu bir dövrdə qəbuledilməzdir və günahsız insanlara zülm etdikləri üçün, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini, xüsusilə də bu sənədin preambulasını və 2 və 3-cü maddələrini, Humanitar Hüququn Prinsiplərini, Beynəlxalq İctimai Hüququ, 1951-ci il Qaçqınların statusuna dair Konvensiyanı və insan hüquqları prinsiplərinə hörmət etmək öhdəliyini pozduğuna görə qınanılmalıdır. Bütün bu beynəlxalq sənədlər dövlətlər arasında problemlərin sülh yolu ilə, danışıqlar, barışıq, arbitraj və Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dəstəyi ilə və ya neytral dövlətlərin vasitəçiliyi və Beynəlxalq Ədalət Məhkəməsinin tələbi ilə həll edilməsini tövsiyə edir.

Qeyd edim ki, bu, Ermənistan tərəfindən Azərbaycanın hərbi və mülki şəxslərinə, əmlakına və ərazisinə qarşı yönəlmiş ilk belə addım deyil. Keçən əsrdə də eyni münasibəti sərgiləmişdilər. Təəssüf ki, Azərbaycanla qonşu olan Ermənistan Respublikası yaxşı münasibətlər qurmaq və dinc şəraitdə hər iki xalqın mənafeyi naminə öz xalqının azərbaycanlılarla birgə faydalı inkişafını təşviq etmək əvəzinə düşmən olmağı üstün tutdu.

Ermənistan azərbaycanlıları öz torpaqlarından sıxışdırıb çıxararaq, beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə hörmət etmədən, Azərbaycanın böyük bir ərazisinə əsgərlərini yerləşdirməyi seçdi.

Bu hadisədən əvvəl Ermənistanı barışa üstünlük verməyə, beynəlxalq və humanitar hüquqa hörmət etməyə, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasına icazə verməyə təşviq etmək və inandırmaq üçün beynəlxalq ictimaiyyətə çağırış edildi, axı iki dövlət arasında münaqişə 1989-cu ildən bəri davam edir.

Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatlarının həmsədrlik etdiyi, eləcə də Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə, Ermənistan və Azərbaycanın üzv olduğu ATƏT-in Minsk Qrupu Ermənistanı qaçqın problemini humanitar yolla həll etmək və əsgərlərini Azərbaycan torpaqlarından geri çəkməyə inandırmaq üçün bir çox görüşlər keçirib, lakin danışıqlar indiyədək nəticəsiz qalmışdır.

Azərbaycan və Ermənistan prezidentlərinin ikitərəfli görüşündə, Azərbaycan Prezidenti Ermənistan Prezidentinə qaçqın və məcburi köçkün probleminin humanitar yolla həllini təklif edib, ancaq bunda da konkret nəticə əldə olunmayıb.

Bundan əlavə, BMT Təhlükəsizlik Şurası, Azərbaycan və Ermənistan arasında zorakılığın qarşısını almaq və sülhü möhkəmləndirmək üçün 1993-cü ildə dörd qətnamə (1) qəbul etmişdir. Bu qətnamələr iki dövlət arasındakı münaqişənin ərazi bütövlüyü çərçivəsində, qaçqın və məcburi köçkün problemlərinin həlli, habelə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması yolu ilə həllini nəzərdə tutur. Ancaq, təqribən 30 il keçsə də, Ermənistan hökuməti hələ də Təhlükəsizlik Şurasının yuxarıda göstərilən qətnamələrinə, beynəlxalq və humanitar hüquqa, qanunlara və mehriban qonşuluq prinsiplərinə uyğun hərəkət etməkdən imtina edir.

Beləliklə, Ermənistan BMT Təhlükəsizlik Şurasının və BMT sisteminin nüfuzuna xələl gətirir, bu qəbuledilməzdir və qınanılmalıdır.

Beynəlxalq birliyin və BMT Təhlükəsizlik Şurasının beynəlxalq və humanitar hüquqa hörmətlə yanaşması üçün Ermənistana təzyiq göstərməsinin vaxtı çatıb."

Osman Əl-Həcc Cenevrə Universitetinin Beynəlxalq Hüquq üzrə doktorudur və Cenevrədə beynəlxalq münasibətlər üzrə ali təhsil alıb.

Əvvəllər Livanda, Tripolidə Jinan Universitetində professor kimi çalışıb və Universitetin İnsan hüquqları Mərkəzinin prezidenti olub. Bundan əlavə, professor Əl-Həcc, 1994-cü ildən 1997-ci ilə qədər BMT-nin ayrıseçkiliyə qarşı və azlıqların müdafiəsi üzrə alt Komissiyasının məruzəçisi kimi fəaliyyət göstərib. 2009-cu ildən 2015-ci ilə qədər İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə İşçi Qrupun müavini vəzifəsində çalışmışdır.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
Hamısı