Azərbaycanın torpaqları işğaldan azad etməsi Cənubi Qafqazın əvvəlki nizamını pozdu ekspert

Analitika 11:42 27.10.2020

Eurasia Diary redaksiyası rusiyalı politoloq, tarix elmləri doktoru İqor Pankratenko ilə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məsələləri müzakirə edib.

Ekspert 27 sentyabrdan bu günədək olan ümumi vəziyyət barədə bunları qeyd etdi:

“Separatçılar və onların havadarlarının (İrəvanın) silahlı təxribatlarını dəf etmək əməliyyatı Azərbaycan ordusunun uğurla davam edən əraziləri işğaldan azad etmə kampaniyasına çevrildi.

İkincisi, "Qarabağın Türkiyə ilə Azərbaycanın dişlərini qıracaq qalaya çevrilib" deyənlərin proqnozları düz çıxmadı, bu da proqnoz verənlərin səviyyəsindən xəbər verir. Bundan əlavə, döyüş meydanında Azərbaycan ordusu düşmən üzərində taktiki və texniki üstünlük nümayiş etdirir. Ermənistan ordusu köhnə qaydada aparılan müharibəyə hazırlaşırdı, ancaq Azərbaycan silahlı qüvvələri müasir müharibə aparmaq qabiliyyətini nümayiş etdirir.

Üçüncüsü, İrəvanın geniş anti-Türkiyə və anti-Azərbaycan koalisiyası yaradılması ümidləri doğrulmadı, eləcə də onu dəstəkləyən beynəlxalq koalisiya qurulacağına dair ümidləri tamamilə boşa çıxdı".

Pankratenkonun tərəflər arasındakı silahlı qarşıdurmanın müddəti və nəticələri barədə hansı proqnoz verə biləcəyi soruşulduqda, o bunu qeyd etdi:

"Proqnoz vermək istəmirəm, çünki bu artıq vacib deyil. Başqa şey daha vacibdir - Azərbaycanın torpaqları işğaldan azad etməsi Cənubi Qafqazda təxminən 30 ildir mövcud olan əvvəlki nizamı pozduğunu açıq və aydın göstərir.

Yeni siyasi gerçəkliyin, yeni xarici sistem oyunçularının və yeni tarazlığın formalaşmasının vaxtı gəlib, bunu dərk etmək lazımdır – kiminsə xoşuna gəlsə də, gəlməsə də".

Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişənin necə həll ediləcəyindən danışan politoloq vurğuladı:

“Bakının hərbi uğurları diplomatik yollarla möhkəmləndirilməlidir.

Digər bir məsələ tərəflərin fərqli imkanlarla danışıqlar masasına oturmasıdır. Artıq Bakı "ərazilər müqabilində sülh" konsepsiyasından çıxış edərək öz şərtlərini diktə edə bilər.

İrəvan belə bir fürsətdən məhrumdur, uduzan tərəfdir və yalnız Fransanın köməyinə ümid edə bilər”.

Redaksiyamız müəyyən şirkətləri öz maraqları naminə işləməyə məcbur edən erməni lobbilərinin davranışlarına diqqət çəkib. Kanada şirkəti olan Bombardier Recreational Products, erməni lobbisinin təzyiqi altında, Türk İHA-ları üçün ehtiyat hissələri tədarük etməkdən imtina edib, eyni zamanda alman təchizatçı şirkətləri. Erməni lobbisi bəzi fransız jurnalistlərə təzyiq göstərdilər və onlar bu təzyiqlər altında yalnız Ermənistanın maraqları naminə çalışırlar. Bununla bağlı Pankratenko bildirdi:

"Kanada Bombardier Recreational Products (BRP) ilə bağlı məsələyə gəlincə, həmıya məlumdur ki, şirkət Kanada səlahiyyətlilərinin təzyiqi altında "özünü ayağından vurmaq" məcburiyyətində qaldı. Qərarın Türk İHA istehsalçıları üçün mühüm nəticələri olmayacaq və belə görünür ki, özləri də bu məhsulları istehsal edə bilərlər.

Almanlara gəldikdə isə, onlar erməni lobbisinin təzyiqlərini dəf edə biləcəklər.

Mediaya gəldikdə isə, erməni diasporası informasiya müharibəsinə xüsusi önəm verir. Burada qorxulu heç nə yoxdur, bir daha mətbuat azadlığı və söz azadlığı ilə bağlı hekayələrin dəyərini görmüş olduq".

Müsahibəmizin sonunda, Ermənistan hərbi rəhbərliyinin erməni əsgərlərinin Azərbaycan ordusuna məxsus hərbi forma geyinməsinə icazə verməsi və eyni zamanda Azərbaycan əsgərlərinin meyitləri ilə təhqiramiz davranışın nümayiş etdirilməsini müzakirə etdik.

Rusiyalı politoloq İqor Pankratenko söhbətin yekununda dedi:

"Burada hər şey çox sadədir. Cəbhədəki vəziyyət nə qədər pisdirsə, erməni təbliğatçıları o qədər aqressiv və kobud olurlar. Artıq o qədər saxta xəbər yayıblar ki, "Azərbaycan əsgərinin formasını geymiş erməni əsgərlər" xəbəri sensasiya deyil.

Məsələ burasındadır ki, bu təbliğatı aparanlar, eyni vaxtda özləri üçün problem yaradırlar. Sonradan erməni əsgərləri özününkülərə “erməni hərbçisinin formasını geymiş Azərbaycan əsgəri” deyə şübhələnərək atəş açanda təəccüblənməsinlər.

Sədrəddin Ağcayev

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Hamısı