Rusiya, Türkiyənin Qarabağda islamlaşdırma cəhdləri təsəvvürünü yaratmağa çalışır ekspert

Analitika 10:18 26.11.2020

Kəlbəcər 27 illik işğaldan sonra yenidən Azərbaycanın tərkibinə daxil edildi. 10 noyabr bəyannaməsinə əsasən növbəti boşaldılmalı olan rayon Laçındır. Burada deməliyik ki, Qarabağa rus sülhməramlılarının gəlməsi və ermənilərin rayonları tərk etməsi fonunda diqqət çəkən hadisələr baş verir. Politoloq Engin ÖzerEurasia Diary”yə müsahibəsində bu və digər məqamlara aydınlıq gətirib.

O, Rusiyanın sülhməramlı ordusunu Qarabağda yerləşdirməsinin səbəblərindən danışarkən bunun bir neçə strateji səbəbi olduğunu qeyd edib. 

“Birincisi, hazırda erməni əhalisi Rusiya tərəfindən tərk edildiyini və ona xəyanət olunduğunu düşünür. Rusiyada iki milyonluq erməni diasporu yaşayır və bu ciddi etimadsızlıq yaradır. Rusiya sülhməramlı gücü ilə erməniləri ölümdən xilas edən rolunu oynayır. İkincisi, Rusiya bölgədə olmazsa bu boşluğu Türkiyə dolduracaq. Lakin Rusiya səhvən Türkiyəni bölgədən çıxararsa, onun yerinə bura Fransa və ABŞ daxil olar”, E. Özer bildirib.

Rus sülhməramlı zabiti öz müsahibəsində rusların Qarabağda əsas məqsədinin xristianları qorumaq olduğunu bildirib. Ekspert öz növbəsində qeyd edib:

“Rus mediasında elə bir təbliğat aparılır ki, sanki azərbaycanlılar kilsələrə zərər vurur. Ancaq hamımız bunun əksi olduğunu bilirik. İşğaldan azad edilmiş ərazilərdəki məscidlərin vəziyyəti hamıya məlumdur. Rusiya əhalisinin 13%-nin müsəlman olmasına baxmayaraq, provaslav təbliğatı aparılır və din məsələsində tərəf tutulur. Rus mediasında da vəziyyət eynidir. Yalnız Maksim Şevçenko müsəlman məscidlərinin donuz tövləsinə çevrildiyini gündəmə gətirməklə həqiqəti söyləyir. Rusiya mediasında, xüsusilə Semyon Peqov olmaqla, Suriyadan bölgəyə terroristlərin gətirildiyi iddia edilərək təbliğat aparılır. Halbuki, Rusiyanın bir çox yerindən Ermənistana terroristlərin gətirildiyini bilirik. Rus mediasında fəaliyyət göstərən ermənilər məsələni din savaşına çevirməyə çalışırlar. Provaslavların, ortodoksların qoruyucusu rolunu oynayan Rusiya beynəlxalq hüququn təmamilə Azərbaycanın yanında olması, Rusiyanın beynəlxalq arenada olduqca gücsüz vəziyyətə düşməsi və digər səbəblərdən dolayı dərhal Azərbaycanın savaşına müdaxilə edə bilmədi. Yəni bu, Paşinyana hirsli olmasıyla əlaqəli deyil”, E. Özer vurğulayıb.

Politoloq ermənilərin Kəlbəcər və Ağdamı tərk edərkən törətdiyi vandallıqlar barədə danışarkən buna rus sülhməramlıların müdaxilə edəcəyi təqdirdə çox böyük təxribatın yarana biləcəyini qeyd edib.

Ekspertin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinə qarşı Avropada çox ciddi reaksiya var. Rusiya, Türkiyənin Azərbaycan vasitəsilə orada islamlaşdırma cəhdlərinin olacağı təsəvvürünü yaratmağa çalışır. Buradakı kilsələri qorumağı özünə missiya seçib. Bunu Suriyada da etmişdi. Bir çox bölgəyə oradakı tarixi abidələri qorumaq vəzifəsilə girmişdi. Bu arqumenti Rusiya dünyanın bir çox yerində istifadə edir və istifadə edə biləcəyi başqa arqument də yoxdur. Qarabağda xristian ermənilərini və tarixi abidələri qoruyur. Mövzunu bilməyən insanlara azərbaycanlıları radikal insanlar kimi qələmə verərək, Türkiyə ilə bərabər kilsələrə ziyan verməyə gəlirlər təsəvvürünü yaratmağa çalışır. Bu, Rusiyanın orada mövcudluğu üçün əsas yaradır. Qərbin simpatiyasını qazanır və qərbdə Rusiya əleyhinə fikrin yaranmasının qarşısını almış olur”, deyə E. Özer qeyd edib.

Ortodoks dünyasında böyük parçalanmanın olduğunu deyən ekspert, Rusiyanın bu bölgələrdə keçmiş Sovet İttifaqı dönəmindəki hakimiyyətini kilsə üzərindən yönəltməyə böyük güc itirdiyini və bu siyasətin özünü doğrultmadığını bildirib.

"Rusiyanın erməni kilsəsi üzərində gücə malik olacağı və bunu istifadə edə biləcəyini düşünmürəm. Rusiyanın din mövzusunu gündəmə gətirməsi Çar Rusiyası dövründəki siyasətinə bənzəyir və bunun uğurlu olacağını hesab etmirəm. Qafqazda qüvvələr balansı çox həssasdır və burada dərin kök salmış problemlər var. Buna görə Rusiyanın din üzərindən siyasət yürütməsi həm Ermənistan, həm də Azərbaycan tərəfində əks reaksiya yarada bilər. Rusiya danışıqlarında əvvəlcə Sovetlərlə əlaqəli siyasət yürüdürdü, ancaq sülhməramlılar bölgəyə girdikdən sonra xristianlığın qoruyucusu siyasətini yürüdür. Bu düzgün siyasət deyil”, E. Özer fikrini tamamlayıb.

Müsahibəni aldı: Gülnar Səlimova

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Hamısı