QƏRB SÜLH PROSESİNİ POZMAQ İSTƏYİR

Analitika 10:58 07.12.2020

44 günlük müharibəni tamamlayan 10 noyabr bəyanatını Qərb həzm edə bilmir. 30 ilə yaxın müddətdə 3 nizamlanma planı ilə yadda qalan ATƏT-in Minsk qrupu bu gün – müharibə bitəndən sonra sanki qəflət yuxusundan ayılıb. Bu illər ərzində öz dindaşı olan Ermənistanı danışıqlar prosesində müdafiə etməsi, onun işğalçılıq siyasətinə uyğun addımlar atması, hətta 1998-ci ildə “Ümumi dövlət” planını hazırlamaqla, Azərbaycanı konfederasiyaya çevirmək və Qarabağda erməni işğalını legitimləşdirmək cəhdləri bu formatın tərəfsizliyinə şübhəni artırmışdır. Əslində, elə həmin ildən bu formatın “persona non grata” elan edilməsi daha məqsədəuyğun hesab edilə bilərdi. Lakin həmin vaxt ölkəmizin Avroatlantik məkana yaxınlaşması belə bir təəssürat oyadırdı ki, neftimizi bölüşdüyümüz Qərb gec-tez bizi bu bəladan xilas edəcək. Amma İkinci Qarabağ müharibəsindən sonra bir daha əmin olduq ki,  Qərbə bizim sərvətlərimiz lazımdır, problemlərimizin həlli yox. Bu illər ərzində onlar neftimizi sovurmuş, bizi Rusiya və İranla üz-üzə qoymağa çalışmış, işğal altında olan torpaqlarımızı Ermənistana bəxşiş etməyə səy göstərmiş, yeganə havadarımız olan Türkiyə ilə aramızda “sanitar kordon”unu daha da genişləndirməyə çalışmışlar. Deməli, bu illər ərzində Ermənistan açıq, ATƏT-in Minsk qrupunun həmsədrləri isə beynəlxlaq vasitəçi adı altında gizli düşmənimiz kimi fəaliyyət göstərib.

Rusiya istisna olmaqla, iki həmsədr – ABŞ və Fransa Qərbi təmsil edir və 10 noyabr bəyanatından sonra nizamlanma posesindən kənarda qalıb. Əks-həmlənin ilk həftəsində Fransa prezidenti “Dağlıq Qarabağın yenidən işğal edilməsinə imkan verməyəcəyik” deməklə öz ermənipərəst simasını ortaya çıxartdı. Az sonra isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özü ilə Türkiyə arasında siyasi qarşıdurmanın tərkib hissəsinə çevirən Fransa rəsmi heç bir əsas olmadan Ankaranı münaqişəni eskalasiya etməkdə, münaqişə zonasına Suriyadan muzdlu döyüşçülər cəlb etməkdə suçlandırdı. ABŞ-ın başı isə hərbi əməliyyatlar dövründə prezident seçkilərinə qarışsa da Vaşinqtonda humanitar atəşkəsin bərpası haqqında danışıqlara ev sahibliyi etmiş və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırmışdır. Prezident seçkilərinə iki həftə qalmış Tramp administrasiyasının bu işə baş qoşması seçkiqabağı erməni elektoratlarının rəğbətini qazanmağa ölçülən bir addım idi. 23 oktyabr Vaşinqton görüşünün bu ehtiyacdan irəli gəlməsini təsdiqləyən fakt Trampın “Danışıqlarda tərəqqi var. Bizim Ermənistanla çox yaxşı münasibətlərimiz var. Orada yaxşı insanlar yaşayır” fikirləri hesab edilir. Sonradan ABŞ-da prezident seçkilərinin nəticələri ətrafında davam edən qeyri-müəyyənlik rəsmi Vaşinqtonun münaqişə ilə ciddi məşğul olmasına imkan vermədi. D.Tramp üçün hazırkı şəraitdə Ağ Ev uğrunda mübarizə Qarabağ münaqişəsi ilə məşğul olmaqdan qat-qat önəmlidir.

Digər tərəfdən, Türkiyə onun NATO-dakı müttəfiqi, Azərbaycan isə bir neçə transkontinental layihələrdə və qlobal antiterror əməliyyatlarında tərəfdaşı hesab edilir. Belə olan təqdirdə, ABŞ-ın kimin xeyrinə seçim etməsi də olduqca çətindir. Fransadan fərqli olaraq, Türkiyənin Cənubi Qafqaza de-yure daxil olması ABŞ-ı bir o qədər də hiddətləndirmir, sadəcə onun Rusiya ilə sıx hərbi əməkdaşlıq kursu həyata keçirməsi narazı salır. M. Pompeo NATO-nun XİN səviyyəsində keçirilmiş tədbirində Türkiyənin Liviya, Suriya, Şərqi Aralıq dənizi və Cənubi Qafqaz regionunda NATO həmrəyliyini və dəyərlərini pozmaqda suçlandırdığı halda, M. Çavuşoğlu ABŞ-ın dövlət katibini qeyd edilən ərazilərdə Türkiyəni dəstəkləməməkdə, Dağlıq Qarabağ münaqişəsində isə Ermənistana üstünlük verməkdə  ittiham edib. Hətta çıxışlarının birində R.T.Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədrlərini, onlardan biri olan ABŞ-ı Ermənistanı silahlandırmaqda tənqid etmişdir.

10 noyabr bəyanatının imzalanmasından sonra offsayd vəziyyətinə düşən ABŞ və Fransa Qarabağda sülh prosesini pozmağa çalışır. Onları Rusiyanın bu münaqişəni təkbaşına həll etməsi və nizamlanma prosesinə Türkiyəni cəlb etməsi qane etmir. Məhz bu səbəbdən 10 noyabr bəyanatından sonra ABŞ və Fransa həmin sənəd və Türkiyənin rolu ilə bağlı əlavə detallar barədə S.Lavrovdan informasiya istəmişlər. Noyabrın 25-də Fransa Parlamentinin yuxarı palatası olan Senatın “Artsak Respublikasının tanınması zərurəti haqqında” qətnamə və onun ardınca, dekabrın 3-də Fransa Milli Məclisinin də qondarma “DQR”in tanınmasına çağıran qanun layihəsi qəbul etməsi sülh prosesini pozmaq, BMT Təhlükəszilik Şurasının məlum dörd qətnaməsinə məhəl qoymamaq, BMT və ATƏT-in prinsiplərinə zidd getmək, beynəlxalq hüquqi missiya olan vasitəçiliyə qara yaxmaq mənasına gəlir. Azərbaycan Prezidenti haqlı olaraq münaqişənin həll olunduğu bir vaxtda həmsədr ölkələrdən biri olan Fransanın belə bir sənəd qəbul etməsini təxribat adlandırıb.

Bundan əlavə, separatizmi legitimləşdirməyə cəhd göstərən həmin sənəd münaqişəyə dini xarakter verməklə (həmin sənəddə ermənilər – Avropada, Şərqdə və bütün dünyada təhdid altında olan xristian milli azlıq kimi göstərilir) onun əsl mahiyyətini ört-basdır etməyə, Qərbi (xüsusən də, Avropa İttifaqının Niderland və Belçika kimi ölkələrini) Türkiyə və Azərbaycana qarşı səfərbər etməyə istiqamətlənib. Şübhəsiz ki, burada daha çox siyasi təzyiqlərin son bir neçə ildə Şimali Afrikada, Suriyada, Şərqi Aralıq dənizi və Cənubi Qafqaz regionunda rolunu və mövqelərini möhkəmləndirən Türkiyəyə yönəldiyi heç bir şübhə doğurmur.

Rusiya Cənubi Qafqazda sülh prosesinin pozulmasına imkan verməyəcəyini bəyan etməklə, münaqişənin gələcək həlli perspektivlərini ATƏT-dəki həmsədrlərlə deyil, məhz Türkiyə ilə birlikdə həll edəcəyinə vurğu edib. ABŞ və Avropa İttifaqının Rusiya və Türkiyəyə olan soyuq münasibəti hər iki dövləti qarşılıqlı əməkdaşlığa məhkum edib. Xüsusən də, Qərbin Rusiyaya təzyiqlərinin artması onu Türkiyəyə daha çox sığınmağa sövq edir. Ermənistan-Azərbaycan münaqişəsində Rusiya-Türkiyə əməkdaşlığı ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoya və ya onun həmsədr tərkibini ya dəyişdirə, ya da genişləndirə bilər. Daha başqa bir ssenari isə region ölkələrinin iştirakı ilə yeni təhlükəsizlik formatının təsis edilməsi ola bilər.

Zəfər Nəcəfov,

beynəlxalq münasibətlər üzrə ekspert

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
Hamısı