11 yanvar bəyanatı regiondakı iqtisadi sabitlik və firavanlıq üçün zəruri əhəmiyyət daşıyır Ekspertlər

Analitika 16:50 15.01.2021

İkinci Qarabağ müharibəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət rəqabətdən daha çox əhatəli, effektli və məhsuldar regional əməkdaşlığa səbəb ola bilər. Davamlı sülh, harmoniya və möhkəm təhlükəsizlik sistemi, bölgədəki iqtisadi sabitlik və firavanlığa aparan vacib şərtdir.

Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadakı dörd saatlıq görüşdən sonra növbəti üçtərəfli bəyanatı imzaladılar. Bəyanat dörd bənddən ibarətdir və Ermənistanla Azərbaycan arasındakı bütün iqtisadi və nəqliyyat kommunikasiya xətlərinin bərpasını və bölgədə təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutur.

Eurasia Diary iqtisadi əməkdaşlıq və Cənubi Qafqazdakı sülh prosesində növbəti üçtərəfli bəyanatın perspektivləri barədə ekspertlərdən şərh alıb.

Topçubaşov Mərkəzindən Rusif Hüseynov hesab edir ki, üçtərəfli bəyanat 10 noyabr sülh sazişini möhkəmləndirmək və bu yaxınlarda bölgədə növbəti genişmiqyaslı qarşıdurmanı önləmək üçün hazırlanıb.

"Görüşün yekunlarına dair sənəddə Ermənistan və Azərbaycan cəmiyyətlərini maraqlandıran bir çox məsələlərə toxunulmasa da, əsasən bölgədəki kommunikasiya xətlərinin blokdan çıxarılması məsələsi qaldırıldı”, o dedi.

Onun sözlərinə görə, Moskva Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin bərpasında daha çox maraqlıdır.

“Rusiya Ermənistana və Qarabağdakı hərbi bazasına Azərbaycandan giriş əldə etmək istəyir, Bakı isə Naxçıvan eksklavına quru dəhlizini təmin etmək istəyir. Ermənistan, istəsə, həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərini açaraq bu yeni reallıqdan faydalana bilər”, o bildirdi.

Üçtərəfli görüş daha çox gələcək iqtisadi perspektivlərə xidmət edir. Belə ki, iqtisadi sabitlik inkişafa aparan yeganə yoldur. TRT Dünya Araşdırma Mərkəzinin tədqiqatçısı Turan Qafarlı, 11 yanvar bəyanatının əhəmiyyətindən danışarkən bölgədə qarşılıqlı asılılıq və firavanlıq yolu ilə sabitliyə nail olunacağını söylədi.

Onun fikrincə, iqtisadi əlaqələr təkcə Ermənistan və Azərbaycanı deyil, digər regional gücləri də birləşdirəcəkdir.

 “Nəqliyyat yollarının bərpası Şərqi Qərblə, Şimalı Cənuba birləşdirəcək daha böyük layihələrə xidmət edəcəkdir. Bu səbəbdən Qarabağda atəşkəs əldə edildikdən sonra hər hansı iqtisadi inkişaf sülhün davamlı olmasına ümid yaradacaqdır. Beləliklə, bazar ertəsi görüşünün nəticəsi irəliyə doğru atılmış bir addımdır və bölgənin yeni iqtisadi gələcəyini müəyyən edəcək işçi qruplarının yaradılmasına gətirib çıxaracaqdır”, o dedi.

Britaniyalı jurnalist Neil Vatson, “2021-ci ilin başlanğıcında, Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistan Baş naziri arasında bu üçtərəfli görüşün keçirilməsi vacib idi”, dedi.

Vatsonun fikrincə, erməni əhalisinin əksəriyyəti sülh müqaviləsinin imzalanmasına kəskin etiraz edir və münaqişənin davam etməsini istəyirdi. O, hesab edir ki, ermənilər Azərbaycan ərazilərinin qanunsuz işğalının Ermənistan iqtisadiyyatına mənfi təsir göstərdiyini, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanmasına və Rusiyadan açıq şəkildə iqtisadi asılılığa gətirib çıxardığını başa düşməlidirlər.

Xatırladaq ki, 10 noyabr bəyanatının 9 bəndini həyata keçirmək məqsədi ilə Ermənistan, vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamət üzrə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməlidir, eyni zamanda Azərbaycan, Ermənistan və Rusiya arasında kommunikasiya əlaqələrini təmin etməlidir.

11 yanvar bəyanatının Ermənistan-Azərbaycan Sülh Prosesinə təsiri

11 yanvar bəyanatının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsirlərindən danışan Hüseynov, Ermənistan və Azərbaycanın müxtəlif məsələləri həll etmək üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəldiklərini söylədi.

“Diqqətçəkici məqam Ermənistan və Azərbaycanın vacib məsələləri həll etmək üçün birgə işçi qrupun yaradılmasıdır. Bəlkə də ekspertlər səviyyəsində yaradılacaq çox sayda birgə qruplar nəhayət düşmən əhval-ruhiyyəni azaldacaq, daha çox dialoqu inkişaf etdirəcək və danışıqlarda mürəkkəb məsələlərin həll yollarını axtaracaq”, o dedi.

Müqavilənin başlıca 'siyasi' təsiri, bunun Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə 'status-kvonun' yeni xarakterini möhkəmləndirməsidir, Vatson, üçtərəfli bəyanatın sülh prosesində zəruriliyi barədə bildirdi.

“Ermənilər indi müharibə dövründən çıxaraq müharibədən dərhal sonra yaranmış emosiya və yoxsulluq dövrünə keçirlər. Artıq güllə və kasetli bombaları deyil, diplomatiya yolu ilə gələcəyin yol xəritəsi barədə razılıq əldə olunmasına çalışırlar”, o dedi.

“20 yanvar tarixinə qədər Azərbaycan və Ermənistan Baş nazirinin müavinləri və Rusiya hökumətinin sədr müavininin rəhbərlik etdiyi işçi qrup, azad edilmiş bölgələrdə nəqliyyat əlaqələri planını hazırlayacaq və bu, öz növbəsində ekspert alt qruplarını təşviq edəcək və təlimatlandıracaq. Vəzifələrin bu cür bölüşdürülməsi Sovet İttifaqının süqutundan bəri ilk dəfə üç ölkə təmsilçilərinin ümumi fayda üçün birlikdə çalışmasına imkan verəcək”, o qeyd etdi.

Türkiyə və İranın üçtərəfli bəyanata münasibəti

Digər bir vacib məqam isə regional güclərin, xüsusən də Türkiyə və İranın İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı geosiyasi proseslərdəki rolundan ibarətdir.

Qafarlı, Türkiyənin Azərbaycanla birbaşa nəqliyyat əlaqəsinin olmasından məmnun olduğunu söylədi.

“Qarabağdan keçən köhnə dəmir yolu bərpa ediləcək və İğdırdan Naxçıvana çəkilən yeni yola birləşəcək. Türk yük maşınları və ticarət yolları, İrana tranzit ödənişləri etməyəcək və bu da iqtisadiyyatı artıma səbəb olacaq. Naxçıvan dəhlizi Bakı ilə Ankara arasındakı münasibətləri inkişaf etdirəcək və eyni zamanda Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlarını azaldacaq”, o dedi.

“Digər tərəfdən, İran, Türkiyə ilə Azərbaycan arasında böyük gəlirlərə malik tranzit rolunu da itirir. Bununla yanaşı, İran həm də Ermənistan və Rusiya ilə yeni marşrutlar əldə edəcək ki, bu uğur sayıla bilər. Buna görə də bəyanat, mürəkkəb oyunlar olmayacağı təqdirdə, adı çəkilən ölkələr üçün sərfəli sayıla bilər”, o dedi.

Hüseynovun fikrincə, həm Türkiyə, həm də İran Cənubi Qafqazın Rusiya üçün nə qədər həssas bölgə olduğunu dərk edir və onlar Moskva görüşünə və birgə bəyanata uyğun davranacaqlar.

“Türkiyə, 44 günlük müharibə boyunca Rusiyaya açıq şəkildə meydan oxuyarkən, bölgədəki kommunikasiya xətlərinin blokdan çıxarılması üçün daha çox səylərin göstərilməsini nəzərdə tutan bəyanatdan az-çox razı qalmalıdır. Meğri, Türkiyə və Azərbaycan üzərindən etibarlı və daha qısa quru dəhlizi əldə etməkdə çox maraqlı olanlar üçün ikitərəfli iqtisadi əlaqələri gücləndirə və birbaşa ticarətlərinin İran və ya Gürcüstandan asılılığını azalda bilər” o bildirdi.

Hüseynov, həmçinin bölgənin müharibədən sonrakı nizamında İranın uduzan tərəflərdən biri olduğunu vurğuladı.

“Bir çox digər aktorlardan fərqli olaraq, İran, əsasən türk əhalisinin yaşadığı şimal vilayətində daha güclü bir Türk ittifaqının yaranmasından başqa heç nə qazanmadı. Bundan əlavə, Cənubi Qafqazda inkişaf edəcək kommunikasiya xəttləri, onsuz da beynəlxalq səviyyədə təcrid olunmuş  İranı kənarda qoyaraq potensial nəqliyyat dəhlizi rolunu azaltmaqla Ermənistana, Azərbaycana, Türkiyəyə və Rusiyaya fayda gətirir”, o dedi.

11 yanvar bəyanatının tətbiqi Dağlıq Qarabağ münaqişəsinin tam həllindən asılıdır?

Bəzi ekspertlər iddia edirlər ki, Dağlıq Qarabağ münaqişəsi tam həll olunmadan Ermənistanla Azərbaycan arasında iqtisadi və nəqliyyat kommunikasiya xətlərinin açılması qeyri-mümkündür.

Qafarlı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin uğursuzluğunun səbəblərini Rusiyanın regiondakı siyasi maraqlarının davam etməsi ilə izah edib.

“Moskva qarşıdakı illərdə də münaqişədən yararlanmağa çalışacaq. Buna görə, münaqişənin tam həlli ilə yanaşı, Ermənistan və Azərbaycan arasında Rusiyanın müdaxiləsi olmadan ikitərəfli münasibətlərin yaradılması barədə razılığa gəlmək lazımdır. Bu, Qarabağda münaqişənin  tam nizamlanmasına nail olmaq üçün qarşılıqlı inamın yaradılmasında ilk addım olardı. Əks təqdirdə, bölgə Rusiyanın müdaxilələrindən və siyasi ambisiyalarından əziyyət çəkməyə davam edəcək”, o dedi.

Buna baxmayaraq, Vatson hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tam həlli Azərbaycanla Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin tam bərpa edilməsi üçün zəruri şərtdir.

Onun fikrincə İkinci Qarabağ müharibəsi və qan tökülmədən bu qeyri-mümkün olardı.

"Yaxşı olardı ki, indi tərəflər arasında real və xəyali maneələri aradan qaldırmaq üçün yenidənqurma istiqamətində danışıqlar və yol xəritələri hazırlansın", o bildirib.

Müsahibəni aldı: Yunis Abdullayev

Tərcümə: Gülnar Səlimova

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Hamısı