Qərb Qorbaçovu faydalı axmaq hesab edirdi İrlandiyalı tarixçidən Qara Yanvar barədə şərh

Analitika 15:39 20.01.2021

Bu gün Azərbaycan xalqı Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri olan “Qara Yanvar” gününü qeyd edir.

Otuz bir il əvvəl, 19 yanvarda Sovet İttifaqının mərkəzi hökuməti ölkəmizdə fövqəladə vəziyyət elan edərək Sovet qoşunlarını Bakı şəhərinə və Azərbaycanın digər ərazilərinə yeritdi. 20 yanvar gecəsi Sovet qoşunlarının komandanlığı altında Bakıda yaşayan günahsız mülki vətəndaşlara divan tutuldu. Əsgərlərə qarşılarına çıxan hər kəsə atəş açmaq əmri verildi. Bir gecə ərzində kişilər, qadınlar və uşaqlar da daxil olmaqla 140-dan çox mülki şəxs Sovet təcavüzünün qurbanına çevrildi, yüzlərlə insan yaralandı. Çox sayda yaşayış obyektləri, nəqliyyat vasitələri və avtobuslar Sovet tankları tərəfindən məhv edildi.

Bir çox ekspertlərin fikrincə, 20 yanvarda Sovet İttifaqının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik bütün insanlığa qarşı bağışlanmaz cinayət hesab edilməlidir.

İrlandiyalı tarixçi Patrik Uolş Eurasia Diary-yə 20 yanvar tarixində baş verən Sovet vəhşiliyi və Qorbaçovun fəlakətə sürükləyən siyasəti haqqında şərh verib.

Onun sözlərinə görə, 20 yanvarda Bakıda baş verənlər mənasız bir qırğın idi.

“Sovet İttifaqı öz hərəkətlərini Bakıda icmalar arasında şiddət hallarının baş verməsi ilə əsaslandırdılar. Lakin bu zorakılıqla Sovet qüvvələrinin kütləvi qırğını arasında elə bir əlaqə yox idi”, o dedi.

“Bu, İngilislərin Hindistanda Amritsar kimi hadisələr zamanı tətbiq etdiyi “administrativ qırğın”adlanan hal idi. “Administrativ qırğın” dövlətin əhalini passiv vəziyyətə salmaq məqsədilə bir hadisədə böyük zorakılıq tətbiq etdiyi haldır. Qara Yanvar məhz belə bir hadisə idi”,  o qeyd etdi.

Uolş, Azərbaycan xalqının öz müstəqilliyini qazanmaq üçün Sovet müstəmləkəçiliyinə qarşı müqaviməti haqda bildirdi ki, Azərbaycan xalqını motivasiya edən ilk növbədə SSRİ-nin 1920-ci ildə Qarabağda separatizmə qarşı həlli dəstəkləməkdən imtina etməsi oldu.

“Qorbaçov yanlış siyasəti ilə millətçiliyi təşviq edirdi. O, Qarabağdakı və Ermənistandakı azərbaycanlıları qoruya bilmədi, bu isə dövlətin əsas vəzifəsidir. Azərbaycanlıları istiqlaliyyətinə qovuşduran da budur. SSRİ açıq-aydın parçalanırdı və müstəqillik zərurətə çevrildi”, o bildirdi.

İrlandiyalı tarixçi, eyni zamanda qərb ictimaiyyətinin Sovet rəhbərliyinin Bakıda törətdiyi qətliamları bu günə qədər pisləməkdən çəkindiyini də qeyd etdi.

Onun fikrincə, Sovet İttifaqının sonuncu Baş katibi Mixail Qorbaçov, SSRİ-nin dağıdılmasına çalışan qərb liderlərinin maraqlarına xidmət edən əlverişli fiqur idi.

“Qərb Qorbaçovu sevirdi. Onu qərb dünyasının əsas düşməni olan güclü dövlətin dağılmasına kömək edən faydalı axmaq hesab edirdi. Onu tənqid etməkdən çəkinirdilər, çünki o, belə bir yaxşı iş görürdü və uyğun reaksiya vermək istəmirdilər”, o dedi.

"Bir də irqçilik elementi var idi, çünki bu, Almaniya, Polşa, Çexoslovakiya və ya Macarıstanda olsaydı, heç vaxt unudulmazdı", o əlavə etdi.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
Hamısı