Seçkilərdə əsas məsələ Paşinyan deyil, ölkədəki geosiyasi dəyişikliklərdir Tofiq Zülfüqarov

Analitika 17:19 21.06.2021

“Ermənilər anlayırlar ki, Ermənistanın dövlət kimi sağ qalmağının yeganə yolu Qərbə inteqrasiyadır”. Bunu Eurasia Diary-yə Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərinin nəticələrini və bundan sonrakı prosesləri şərh edən sabiq xarici işlər naziri və politoloq Tofiq Zülfüqarov bildirib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin nəticələri ilə bağlı məruzəsinə görə, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası səslərin 53.92 % - ni yığaraq seçkilərin qalibi olub. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku səslərin 21.01 %-ni və ölkənin sabiq təhlükəsizlik naziri Artur Vanetsyanın “Mənim Şərəfim” bloku səslərin 5.23 %-ni yığaraq parlamentdə ikinci və üçüncü yerə yiyələniblər.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri barədə qərar İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətindən sonra qəbul edilib. Bu müharibədə Ermənistanın 4000-dən çox hərbiçisi ölüb. Ağır məğlubiyyət Ermənistanda ciddi siyasi böhrana yol açdı və növbədənkənar parlament seçkilərinin keçirilməsinə gətirib çıxardı.

Nikol Paşinyanın erməni xalqının əksəriyyətinin etimadını yenidən qazanması çox təəccüblüdür. Son 20 ildə Ermənistan ordusunu Koçaryan-Sarqsiyan cütlüyünün qurmasına baxmayaraq, ordu məhz  Paşinyanın hakimiyyəti dövründə məğlub olub və bu məğlubiyyəti də onun adı ilə bağlayırlar.

Axı xalq niyə məğlub olmuş liderə səs versin ki?  Görəsən, hasnı səbəblərə görə, Ermənistan cəmiyyəti Paşinyana yenidən etimad göstərdi?

Tofiq Zülfüqarov Ermənistanda hal-hazırda gedən siyasi prosesləri geosiyasi dəyişikliklər ilə əlaqələndirib. Onun qeyd etdiyinə görə, Ermənistan artıq Rusiya üçün əhəmiyyətini itirib: “Regionda artıq iki ildir gedən geosiyasi dəyişikliklər Ermənistana da təsirini göstərib. Bildiyimiz kimi, Ermənistan uzun müddət Rusiyanın cənuba doğru irəliləməsində və Qafqazda təsirinin saxlanmasında layihə rolunu oynayıb. Lakin regionda hazırki siyasi proseslər göstərir ki, Ermənistanın artıq Rusiya üçün heç bir əhəmiyyəti qalmayıb. Moskva Ermənistana olan maraqlarını itirməyə başlayıb. Bunun nəticəsi olaraq Rusiyadan tamamilə asılı qalan Ermənistanın inkişafı zəifləməyə başlayıb. İstər iqtisadi məsələlər, istərsə də hərbi məsələlərdə Ermənistanın heç bir irəliləyişi müşahidə olunmur. O cümlədən, bu ölkədə demoqrafik problem yaşanır”.

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistanın dövlət kimi sağ qalmasının yeganə yolu Qərbə integrasiyadır.

“Ermənistan cəmiyyəti başa düşməyə başlayıb ki,  Ermənistanın dövlət kimi sağ qalmaq ümidi Qərbə inteqrasiya etmək yoludur. Bu siyasi ismaric artıq Paşinyan qruplaşması tərəfindən icra edilməyə başlanılıb. Lakin Ermənistanı Rusiya ilə bağlayan bir neçə amil var. Bu amillərdən biri ölkənin təhlükəsizlik məsələsi ilə bağlıdır” – deyə keçmiş xarici işlər naziri bildirib.  

“Ermənistan dövlətçiliyinin yaxın layihəsi olan “Miatsum”, yəni Azərbaycan torpaqlarını özünə birləşdirmək layihəsindən Rusiya ilə bağlantı qurmaq kimi istifadə olunurdu. Təbii ki, Ermənistanın Rusiyanın asıllığından azad olmaq üçün bu düşüncədən hər-hansı formada əl çəkməsi lazımdır” – T.Zülfüqarov əlavə edib.  

Poliloloq onu da bildirib ki, Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində erməni xalqı “Miatsum” kimi ağır və əzablı yükdən azad olundu: “Ağır məğlubiyyətə baxmayaraq, Ermənistan cəmiyyətində əksəriyyət Paşinyanın partiyasına səs verməklə ona etimad etdiyini göstərdi. Əslində qalsa, seçkilərdə əsas məsələ Paşinyan deyil, ölkədə gedən geosiyasi dəyişikliklərdir. Paşinyanın rəhbərliyi altında Ermənistan qərbyönümlü siyasəti davam etdirəcək”.

Digər önəmli məqam isə erməni xalqı Paşinyana etimad göstərməklə uzun müddət erməni millətçiliyinin özəyi olan Qarabağ məsələsini bir kənara atmaqla iqtisad-sosial rifahı, demokratiyanı və qonşuları ilə xoş münasibətləri qurmaq ehtimalıdır. Görəsən, həqiqətənmi, erməni xalqı bundan sonra qonşuları ilə dostluq münasibətləri və əməkdaşlıq qurmağa can atacaq?

Politoloq bu məsələyə fərqli yanaşıb. O erməni xalqının şüurlu şəkildə Qarabağ məsələsindən imtinası etməsini mümkün hesab etmir.

“Bu məsələyə çox fərqli yanaşmaq lazımdır. Ermənilərin birdən-birə ayılıb Qarabağdan imtina etməsinə inanmaq sadəlövhlük olardı. Bunun bir səbəbi var və səbəb çox sadədir. Ermənistan cəmiyyəti başa düşür ki, Koçaryan, Sarqsiyan və digər qüvvələrin təklif etdiyi revanş fikirlər təhlükəli olmaqla yanaşı, mənasız və əsassızdır. Ermənistanın heç bir siyasi, iqtisadi və hərbi potensialı yoxdur. Azərbaycan və Türkiyə Ermənistandan qat-qat güclüdür. Ermənilər onu da anlayırlar ki, Rusiya onlardan ötrü nə Türkiyə, nə də Azərbaycan müharibə aparası deyil. Ona görə, ermənilər məcburiyyət qarşısında seçim etməyə qalıblar” - deyə politoloq fikrini tamamlayıb.

Yunis Abdullayev

Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO

Xəbər xətti

Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
Hamısı