Xankəndidə kim olmasından asılı olmayaraq, söz sahibi Rusiyadır Politoloq

Analitika 16:02 24.06.2021

Xankəndidə özünü hələ də hansısa qurumun “prezidenti” sayan Araik Arutunyanın istefası tələbi ilə etirazlar davam edir. Qarabağda Arutunyana qarşı etirazlar onun seçki günü Paşinyanın qərargahını ziyarət etməsi və sonradan təbrik etməsilə başlamışdı. Separatçıların başçısı belə bir addımını Qarabağ ermənilərinin Ermənistana möhtac olduqları ilə izah edib.

Arutyunyan, “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyib və bu açıqlamasıyla maraqlı bir faktı etiraf edib. Bildiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi və separatçıların yaydığı məlumatlarda bu rəqəm bir neçə dəfə şişirdilmişdi. Bundan əlavə, hazırda hamını bir məsələ düşündürür – Qarabağda hələ də faktiki olaraq ermənilərin rəhbəri olan Arutunyan getsə, nələr baş verəcək?

Məsələ ilə bağlı Şahin Cəfərli Eurasia Diary-yə açıqlama verib.

“Arutunyan gedəcəyi təqdirdə onun yerinə böyük ehtimalla Vitaliy Balasanyan keçəcək. Əslində, müharibədən sonra Balasanyanın qondarma rejimin “təhlükəsizlik şurası”na sədr təyin edilməsilə aydın idi ki, real rıçaqları əlinə keçir. Balasanyan daha çox Rusiya ilə münasibətləri daha yaxşı olan şəxs kimi tanınıb. O, Birinci Qarabağ müharibəsində Rusiya hərbçilərinin, 366-cı alayın da köməyi ilə hərbi əməliyyatlarda çox aktiv şəkildə iştirak edib”.

Ş. Cəfərli bildirib ki, müharibədən sonra Ermənistan hökumətinin Qarabağ üzərində təsiri çox zəifləyib.

“Paşinyan hökumətinin Balasanyanla münasibətləri çox soyuqdur. Məlum olduğu kimi, hətta onlar arasında düşmənçilik münasibəti var. Hakimiyyət rıçaqları Balasanyanın əlinə keçib. Arutunyan bu vəzifədən kənarlaşdırılarsa, aydındır ki, Dağlıq Qarabağda separatçı və qondarma rejiminin bütün idarəçilik səlahiyyətləri Balasanyana keçəcək. Real vəziyyət belədir ki, rus sülhməralılarının cavabdehlik zonasında əsas güc və iradə sahibi aydındır ki, Rusiyadır. Onlar nə desə, o da olacaq”, -deyə politoloq qeyd edib.

O, Arutunyanın Qarabağ erməniləri haqda açıqlaması ilə bağlı danışarkən deyib ki, Qarabağ ermənilərinin yaşam şərtləri daha çox Ermənistanın dəstəyinə bağlıdır: “Ermənistan yardım etməsə, Qarabağ ermənilərinin öz həyatını təmin etmə imkanları çox minimaldır. Müharibədən əvvəl, işğal dövründə bir çox əkin sahələri, tarlalar ermənilərin nəzarətində idi və müəyyən qədər özlərini təmin edə bilirdilər. Amma Azərbaycan öz torpaqlarını geri qaytardıqdan sonra bunların hamısı ermənilərin əlindən çıxdı və indi daha çox kənar dəstəyə möhtacdırlar.

Arutunyanın açıqladığı 35 min rəqəmi əslində maraqlı məqamdır. Bilirsiz ki, Rusiya sülhməramlıları müharibədən sonra erməniləri bölgəyə geri qaytarırdı və müntəzəm olaraq rəqəmlər açıqlanırdı. Sonuncu dəfə Rusiya təqribən 55 min Qarabağlı erməninin geri qayıtdığını açıqlamışdı, amma indi biz görürük ki, burada 35 min erməni var. Daha əvvəl BMT-nin müvafiq strukturu da burada 30-35 min erməninin olduğunu bildirmişdi. Bu səbəbdən Arutunyanın bunu səsləndirməsi maraqlıdır və reallığa da uyğundur”.

Gülnar Səlimova

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
Hamısı