Prezidentin Zəngəzur bəyanatı yaranmaqda olan yeni vəziyyətin anonsudur Əlimusa İbrahimov

Analitika 17:21 15.07.2021

Prezident İlham Əliyev iyulun 14-dəşəhid ailələri və müharibə əlilləri ilə görüşdə növbəti dəfə Zəngəzur məsələsinə toxunub. Adətən daha diplomatık çıxış edən prezidentin Zəngəzurla bağlı budəfəki bəyanatı daha açıq və kəskin idi. Prezident bildirdi ki, Şərqi və Qərbi Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır.

Prezidentin sözlərinə görə, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatında göstərilir ki, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar, Zəngəzur, Göyçə mahalı və İrəvan bizim doğma torpağımızdır: “Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil”.

Həmçinin, Prezident qeyd edib ki, əgər kimsə münaqişə həll olunmayıb deyirsə, onlar çox yanlış və təhlükəli yoldadırlar: “Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.

Politoloq Əlimusa İbrahimov Eurasia Diary-yə açıqlamasında bildirib ki, İlham Əliyev indiyədək bir neçə dəfə, xüsusilə də müharibədən sonra çıxışlarında Zəngəzur məsələsini qaldırıb və Zəngəzurun Azərbaycan torpaqları olduğunu deyib: “Prezidentimiz tərəfindən təxminən son bir ayda Zəngəzur məsələsi daha yüksək səviyyələrdə qaldırılıb. Azərbaycanın iqtisadi zonalara bölünməsi və Zəngəzura daxil olan torpaqların burada yer alması məsələnin əhəmiyyətinin getdikcə daha da artdığını göstərir. Prezidentin son çıxışında həm Şərqi, həm də Qərbi Zəngəzur Azərbaycan torpaqlarıdır və bütün qaçqınlar qaytarılmalıdır deməsi yaxın gələcəkdə yaranmaqda olan yeni vəziyyətin anonsu kimi hesab edilə bilər”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Ekspertin sözlərinə görə, Şərqi və Qərbi Zəngəzur torpaqları Azərbaycan torpaqlarıdır: “İndiki halda bu mesaj kimə istiqamətləndiyini təhlil etdikdə cavabı aydın görürük. Bildiyiniz kimi, Ermənistanda parlament seçkilərinə qədər ikitərəfli, üçtərəfli danışıqlar həyata keçirilirdi və 10 Noyabrda imzalanmış Bəyanatın maddələri yerinə yetirilirdi. Amma parlament seçkiləri ərəfəsində bu Bəyanatın maddələrinin yerinə yetirilməsi dayandırıldı və görünən bu idi ki, parlament yenidən formalaşdırıldıqdan və hökumət qurulduqdan sonra bu danışıqlar davam etdiriləcək. Son zamanlar Ermənistanda gedən prosesləri diqqətlə izlədikdə belə məlum olur ki, onlar müəyyən qədər bu bəyanatdan irəli gələn məsələləri həyata keçirməkdə bir qədər ləng hərəkət edirlər və 30 ildə olduğu kimi yenə danışıqları uzatmaq fikrindədirlər. Məqsəd  bəyanatdan irəli gələn məsələlərin həyata keçməməsidir. Xüsusən də, Ermənistanda mövcud olan qüvvələr bunun həyata keçməsini istəmirlər və bunun üçün Paşinyana mane olmağa çalışırlar. Bu gün onlar Qarabağ klanı başda olmaqla tez-tez bəyanat səsləndirirlər ki, müharibə bitməyib və Dağlıq Qarabağın statusu həll olmayınca müharibə davam edəcək və yenidən danışıqlar masasına qayıtmaq, ATƏT-in Minsk Qrupunu bərpa etmək istəyirlər və s”.

Ə. İbrahimov qeyd edib ki, bu gün Prezidentin Zəngəzurla bağlı bəyanatı həmin qüvvələrə, eyni zamanda Ermənistana xaricdən dəstək vermək istəyən Fransa, ABŞ, Rusiya kimi qüvvələrə bir mesajdır: “Yəni ki, siz Dağlıq Qarabağın statusunun müəyyən olunmasından danışırsız, amma Şərqi və Qərbi Zəngəzur, İrəvan, Göyçə Azərbaycan torpaqlarıdır. Və bu torpaqlar bizim ola-ola hələlik onların iddiasını etməsək belə, siz heç zaman unutmamalısınız ki, müəyyən zaman kəsiyində Azərbaycan bu torpaqlara iddia edə bilər. Bu bəyanat Qarabağda yenidən müharibəni alovlandırmaq istəyən qüvvələrə bir mesajdır ki, əgər siz müharibənin bitmədiyini elan edirsinizsə, biz onda Zəngəzur torpaqlarının da Azərbaycana qatılması məsələsini qaldıra bilərik”.

Ekspert Prezidentin çıxışında qaçqın məsələsinə toxunması haqda danışarkən bildirib ki, burada 10 Noyabr Bəyanatında 30 il bundan öncə Birinci Qarabağ müharibəsində Qarabağdan qaçqın düşən bir milyondan artıq Azərbaycan vətəndaşından söhbət gedir: “Təbii ki, Qarabağdan qaçqın düşən vətəndaşlarımızı orada tam yerləşdirmədən İrəvandan, yaxud da ki, Zəngəzurdan digər torpaqlardan qaçqın düşən vətəndaşlarımızın yerləşdirilməsindən söhbət gedə bilməz. Qarabağa qaçqınların qaytarılmasında bir problem yoxdur. Xankəndində müharibədən öncə 15 minə yaxın Azərbaycan vətəndaşı yaşayırdı və təbii ki, bütün qaçqınların qaytarılması dedikdə Xankəndindən olan qaçqınların qaytarılması nəzərdə tutulur. Təsəvvür edin ki, Azərbaycanın 15 minə yaxın vətəndaşı Xankəndinə yerləşdirilir və onlar ermənilərlə bir yerdə yaşayır. Ermənilərin hazırda etiraz etdiyi məsələ budur. Əgər ermənilər buna razılıq verməsələr Prezidentin də dediyi kimi bizim əlimizdə başqa vasitələr də var və biz bundan istifadə edəcəyik”.

Politoloqun sözlərinə görə, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil və ya imzalamaqdan boyun qaçırmaq üçün müəyyən addımlar atır: “Hesab edirəm ki, onu buna məcbur etmək üçün Rusiya ilə birgə işləmək lazımdır. Çünki Ermənistan təkcə özü deyil, xaricdə kimlərəsə arxalanıb sülh müqaviləsi imzalamaqdan imtina edir. Bildiyiniz kimibir tərəfdən Rusiya, digər tərəfdən Amerika və Avropa onun arxasında durub. Avropa və Amerika hələ yetərincə dəstəkləyə bilmir və bu imkanları yoxdur. Ancaq Rusiyanın 30 ildə olduğu kimi Ermənistana təsir etmək üçün həm nüfuzu, həm mexanizmləri var. Azərbaycan ordu quruculuğunu daha da inkişaf etdirməli,  Türkiyə ilə əlaqələri genişləndirməli və hər zaman müharibəyə və işğalda olan torpaqlarımızı azad etməyə hazır olduğunu göstərməlidir. Bundan sonra Ermənistanın sülh müqaviləsi imzalamaqdan, Azərbaycan və Türkiyə ilə münasibətlər yaratmaqdan başqa çarəsi  olmayacaq. Təbii ki onların digər çıxış yolu yoxdur. Onlar Azərbaycanla müharibə aparmaq iqtidarında deyillər və bu yolu seçməyəcəklər. Məhz buna görə də prezidentimiz üzünü onlara tutub olmayan yolu göstərilməsini onlardan tələb edir”.

“Prezident “Biz hərbi yolla bu məsələni artıq həll etmişik, siz məsələni hansı yolla həll etmək istəyirsiz göstərin, görək sizin yolunuz yaxşıdır, yoxsa bizim artıq nail olduğumuz yol” dedi. O, biz hər an hər şeyə hazır olmalıyıq və hazırıq deməklə Ermənistana deyil, daha çox onu müharibəyə sövq edən və müharibəyə qızışdıran qüvvələrə mesaj verir. Ermənistanda Azərbaycanın qüdrətini və hər şeyə qadir olduğunu çox gözəl başa düşürlər. Siz nahaq yerə Ermənistanı yenidən müharibəyə təhrik etməyin, biz hər zaman hər şeyə hazırıq və hazır olacağıq deməklə, həmin qüvvələri konstruktiv yola, mövcud olan yollardan ən düzgününü seçməyə dəvət edir” – deyə politoloq fikrini tamamlayıb.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
Hamısı