Üçtərəfli görüş sərhəddəki insidentlər fonunda mesaj kimi qəbul edilməlidir Politoloq

Analitika 10:24 27.07.2021

Bu gün Bakıda Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin ilk toplantısı keçiriləcək. Bu, üç ölkənin parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşü olacaq. Görüş zamanı "Bakı Bəyannaməsi" imzalanacaq. Toplantıdan əvvəl spikerlər Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. 

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva Eurasia Diary-yə şərh verib.  

Onun sözlərinə görə, i̇stər Azərbaycan, istər Pakistan, istərsə də Türkiyə yerləşdikləri regionlarda dərin dəyişikliklərə rəğmən, stabillik faktoru kimi çıxış edən ölkələr sırasındadırlar: Hər üç ölkənin tarixi əlaqələri, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkşafı üçün münbit əsaslar formalaşmışdır. Bu əsaslar hər üç ölkənin qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazarın və geniş iqtisadi potensialın mövcud olması, aid olduqları regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında maraqları üzərindən formalaşır. Bu üçtərəfli əməkdaşlıqdan doğan imkanlar hər üç ölkənin yerləşdiyi regionlar üçün vacib əhəmiyyətlidir. Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadi üçbucağı ölkələrinin iqtisadi imkanları, Avropa ilə Çini birləşdirəcək dəhliz imkanları hər üç ölkə üçün faydalı olacaq. Bu iqtisadi imkanlar üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsi üçün yeni imkanlar deməkdir”.

Politoloq Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin 1-ci üçtərəfli görüşündə imzalanacaq “Bakı Bəyannaməsi”nindən danışarkən bildirib ki, bu, siyasi, təhlükəsizlik, hərbi-texniki, iqtisadi, humanitar və mədəni əlaqələrin inkşafı üçün bir platforma kimi nəzərdə tutulur: “Sənəd siyasi, strateji, ticari, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələri əhatə edə bilər. Nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsi, 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verəcək geniş beynəlxalq əməkdaşlığa sahələrini əhatə edəcək. Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər, kiberterrorizmə qarşı birgə mövcud  beynəlxalq və regional hüquqi sənədlər çərçivəsində həyata keçirilməsini nəzərdə tutacaq.

Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracaq dəmiryol, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığı özündə ehtiva edə bilər”.

Yeganə Hacıyeva həmçinin əlavə edib ki, Pakistan və Türkiyə Azərbaycanın ərazilərini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayan ölkələrdir: “Azərbaycan ərazilərinin işğalı faktı BMT qətnamələrində tanınması Pakistan dövlətinin dəstəyi ilə əksini tapmışdır. 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib, "Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub". Azərbaycan öz ərazilərini isə işğaldan məhz 44 günlük Vətən müharibəsində Türkiyənin texniki, mənəvi dəstəyi ilə BMT qətnamələri çərçivəsində azad etdi”.

Politoloq Pakistanın Şuşa bəyannaməsinə qoşulma ehtimalı barədə fikir bildirərkən söyləyib ki, Pakistan nüvə silahına sahib yeganə müsəlman ölkəsidir, həm də həmin silahı daşıya bilən müasir raket sistemlərinə malikdir: “Bu fakt özlüyündə 44 günlük müharibədən sonra regional təhlükəsizliyin, siyasi, iqtisadi, məsələlərini tənzimlənməsində bir çərçivə kimi nəzərdə tutulan Şuşa Bəyannaməsini Pakistanın qoşulacağı halda daha da güclü edir. Pakistan ordusu regionun ən mükkəmməl ordularından biridir və hərbiyyənin bütün sahələrində bu ölkə ilə əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycan üçün faydalı olacaq. Şuşa Bəyannaməsi Azərbaycanın Türkiyə ilə birlikdə hərbi sənaye kompleksini inkişaf etdirmək niyyətini özündə əks etdirir, Pakistanın qoşulacağı halda bu əməkdaşlıq iştirakçılar üçün daha faydalı olacaq. Türkiyə və Pakistan arasında 1988-ci ildə hərbi təhsil və müdafiə sənayesində təcrübə mübadiləsi məqsədilə yaradılan Türk-Pakistan Hərbi Məsləhət Qrupu və 2003-cü ildən Ali Hərbi Dialoq formatı mövcuddur. Fikirimcə bu sahədə əməkdaşlığı möhkəmləndirən belə formatlar faydalıdır və bunun üçtərəfli formada tətbiqi mümkündür. Bu Türkiyə, Azərbaycan və Pakistan üçün hərbi-siyasi ittifaq üçün əsas rolunu oynaya bilər.

Hər üç ölkənin mədəni və humanitar sahələrdə əməkdaşlığın yara biləcəyi imkanlar, müsəlman ölkəsi kimi  dünyəvi, dini milli dəyərlərə sadiq, sülhpərvər fəaliyyət bəşəriyyətə faydalı ola bilər. Mədəni əlaqələrə gəlsək hər üç ölkə də dinamik inkişaf mərhələsi keçən islam ölkəsidir. İstər Türkiyə, istər də Pakistan üçün dünyanın ən müasir, ən modern islam ölkəsi olan Azərbaycanın mədəni  inkşaf təcrübəsi bir örnək rolunu oynaya  bilər. Xalqlar arasında insanlararası təmasların genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizminin gücləndirilməsi, mübadilə proqramları, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığı əhatə edəcək birgə layihə və tədbirləri əhatə edə bilər. Azərbaycan qlobal səviyyədə dinlərarası mədəniyyətin inkşafına töhfə vermiş ölkə kimi, qaynar ocaqlarda sülhün və mədəniyyətin bərqərar olması istiqamətində,  maarifçilik və təhsil sahəsində layihələrini həyata keçirən bir ölkədir. Bu fəaliyyət diggər iki ölkənin maraq və nüfuz dairələrinə aid regionlarda tətbiq edilə biləcəyi bir təcrübədir.

Pakistan və Türk şirkətlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin bərpasında iştirakı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün əməkdaşlıq vacibdir”.

Ekspert görüşün Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər fonunda baş verməsinin əhəmiyyəti barədə danışarkən qeyd edib ki, bu, əlbəttə bir mesaj kimi qəbul edilməlidir: “Necə ki, son aylarda Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi çoxsaylı hərbi təlimlər mesaj olaraq qəbul edilir. Yaxın zamanlarda bu cür təlimlərə Pakistan da qoşulacaq və üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri sentyabr ayına təyin olunub. Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç dövlət arasında ümumi koordinasiya, məsləhətləşmələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət və s. kimi məqamları da unutmaq olmaz”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Hamısı