“İşarəni məsciddən gözləyin” İranın gizli Azərbaycan planı

Analitika 16:14 20.09.2021

Məscid Allahın evi, müsəlmanların müqəddəs məkanı, ibadət ocağı olduğuna görə Azərbaycan və bütün dünya müsəlmanları üçün xüsusi mənəvi dəyəri olan bir obyekt sayılır.

Vətən müharibəsinə könüllü yollanan oğulların bəziləri bu məscidlərdə yetişmiş, Bədr və ya Kərbəla məktəblərində zülmə etirazı və cihadı öyrənmiş şəxslər idi. Müharibədə “Allahu Əkbər” şüarı ilə düşmənin üzərinə şığıyan, Allahın adını çəkərək şəhadətə yürüyən aslanları təbii ki, unuda bilmərik.

Lakin təəssüflər olsun ki, bu gün bəzi məscidlər sadəcə ibadətin deyil, müxtəlif təxribatçı ideologiyaların da məkanına çevrilib. Vətən müharibəsi üçün qazi və şəhid yetişdirən məscidlər Hizbullah və İŞİD kimi terror təşkilatları üçün də heç də az əməkdaş istehsal etməyib.

Niyə məscidlərdən bu qədər danışırıq? Çünki bu gün İran və Azərbaycan arasında müşahidə edilən gərginliyin növbəti dalğası məscidlərdən başlana bilər.

Məşhur Azərbaycan filmi var, “İşarəni dənizdən gözləyin”. Bu film gənc cümhuriyyətimizə xəyanət edən bir qrup sapı özümüzdən olan baltadan bəhs edir. Bu gün çox təəssüf ki, əksər məscidlərimiz sapı özümüzdən olan baltaların “nəzarətində”dir. Ona görə də yazırıq ki, İrandan gələn təxribat üçün “işarəni məsciddən gözləyin!”

Birinci işarə ötən həftənin cümə günü, Ərdəbil məscidindən gəldi. İranın “Jirnovsnki”si, kimi tanınan, Ayətullah Əli Xameneinin siyasi sözçüsü hesab edilən Seyid Həsən Amili Azərbaycanı hədələyib və deyib: “Biz istəyirik ki, dövlətimiz SEPAH vasitəsilə İran qüdrətindən bir zərrə Azərbaycana göstərsin və desin: “Şirin quyruğu ilə oynama!”

Seyid Həsən Amili Qarabağda döyüşə getməyə hazırdır

Maraqlıdır ki, bu bəyanatdan bir gün sonra Araz boyu Azərbaycan-İran sərhədində SEPAH və İran ordusunun hərbi təlimləri keçirilib. Təlimlərdə döyüş helikopterləri və PUA-ların intensiv istifadə edilməsi diqqətlərdən yayınmayıb. Həmçinin sözügedən təlimlərdə hərbi maşınların üzərində “İsrail növbəti 25 ili görməyəcək!” şüarı əks etdirilib.

Azərbaycanın Pakistan və Türkiyə ilə (İranın etirazlarına rəğmən) “3 qardaş” təlimlərindən dərhal sonra İranın Arazboyu təlimlərə start verməsi və bunun Azərbaycan rəsmiləri tərəfindən İrana notaların təqdim olunduğu, tənqidlərin ünvanlandığı və Laçın dəhlizində Qarabağa qanunsuz yük daşıyan TIR sürücülərini həbs etdiyi bir dövrə təsadüf etməsi ekspertlər tərəfindən Tehrandan Bakıya ünvanlanan güc nümayişi və hədə kimi qiymətləndirilib.

Həqiqətən İran Azərbaycanla müharibəyə başlaya bilərmi? Və ya Arazın o tayındakı təlimlər Azərbaycana müharibə mesajı kimi şərh edilə bilərmi?

Əvvəla, oradan başlayaq ki, İran hərbi cəhətdən Azərbaycandan kifayət qədər güclü dövlətdir. Lakin Azərbaycan İran üçün nə Suriyadır, nə də Yəmən. 2001-ci ildə Xəzərdə Azərbaycanın neft tankerlərinə atəş açan və yeni bir “fiziki müdaxiləyə” hazır olduğunu göstərən İran başı üzərində Türkiyənin güc nümayişi olaraq göndərdiyi F-16-ları gördükdən və “Azərbaycana üstünə gələn qarşısında bizi görər” mesajını eşitrikdən sonra geri addım atmağa məcbur oldu.

Ona görə də, həmin hadisənin baş verdiyi 2001-ci ilin 23 avqust tarixi İranın Azərbaycan siyasəti baxımından qırılma nöqtəsi oldu. Hərbi gücü ilə Azərbaycana nəyisə diktə etmənin mümkünsüzlüyünü dərk edən İran öz maraqlarını Arazın bu tayında reallaşdırmaq üçün “yumşaq güc”dən istifadə etməyə başladı. Bəs İranın Azərbaycandakı yumşaq gücü nə idi? Təbii ki, din...

2001-dəki tanker böhranından bir il keçməmiş İran Azərbaycan və Türkiyəyə öz “yumşaq gücü”nün nə qədər effektiv olduğunu göstərdi. 2002-ci ilin iyununda Nardaranda Tehranın fətvası ilə başlanan “mini yaşıl inqilab” zamanı bu qədim Bakı kəndində qardaş qanı töküldü. Və bu gündən 2015-ci ilin noyabrına qədər Xəzər sahilindəki bu kənd İranın Azərbaycandakı əsas qalasına çevrildi. 2015-ci ilin noyabrı isə yenə qardaş qanının töküldüyü II Nardaran hadisələri olaraq tariximizə həkk olundu...

 

Beləliklə, bu gün Azərbaycan-İran münasibətləri müşahidə edilən gərginliyin hərbi müstəviyə keçməsi gözlənilmir. Çünki bu gün Azərbaycanın yanında sadəcə Türkiyə deyil, Pakistan, İsrail və Britaniya kimi böyük güclər də var. Eləcə də, İranın müdaxiləsinə nə Azərbaycanda marağı olan Rusiya, nə də İranı özünün 1 nömrəli düşməni hesab edən ABŞ razı olar.

Lakin gərginlik daha da artarsa İran yenə “yumşaq güc” metodlarından istifadə etməklə Azərbaycanda qardaşı-qardaşa qırdıra bilər. 2015-ci ildəki Nardaran hadisələrinin əsas səbəbkarı Hacı Tale Bağırovun və 2018-ci ildəki Gəncə terrorunun lideri Yunis Səfərovun İranla sıx əməkdaşlığını xatırlatmaq gələcəkdə baş verə biləcək təxribatların hansı qruplar tərəfindən törədilə biləcəyini proqnozlaşdırmağa imkan yaradır.

İranın Azərbaycanda aktiv və passiv vəzifələr ifa edən dini agentura şəbəkəsi xüsusilə məscidlərdə olduqca aktivdir. "Şeyx" Orxan Məmmədovlardan, Tovhid İbrahimovlara qədər uzanan bu şəbəkə Tehranın bir komandası, Xamaneinin bir fətvası ilə Azərbaycanda istənilən təxribatı törətməyə hazırdır. Bu təxribatların qarşısını almaq üçünsə görüləcək iş bəllidir. İşarəni məsciddən gözləyən şir quyruqlarının ya başı əzilməli, ya da onların “şir”lə bağlantıları kəsilməlidir...

Nicat İsmayılov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Hamısı