Azərbaycan-Qətər əlaqələri dostluqdan strateji tərəfdaşlığa

Analitika 16:53 18.10.2021

Sovet imperiyası dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan bütün dünya dövlətləri ilə öz əlaqələrini qurmağa başladı.

Xarici siyasətində Azərbaycan üçün bütün istiqamətlər əsas olsa da, müsəlman ölkələri ilə münasibətlər Bakı üçün həmişə prioritet olub. Ərəb Liqası və İslam Konfransı ölkələri ilə diplomatik, iqtisadi və mədəni əlaqələri hər il genişləndirəm ölkəmiz bir neft ixracatçısı kimi Körfəz ölkələrinin və Şimali Afrikadakı ərəb-müsəlman dövlətləri ilə çox sıx əlaqələr qurdu.

Müsəlman dünyasının bütün tale yüklü problemlərinin həllinə öz töhfəsini Azərbaycanın hətta bəzi ərəb dövlətləri ilə xüsusi sıx münasibətləri yarandı. Bu ölkələrdən ən əsasının Qətər olduğunu desək, heç də yanılmarıq. Çünki dünyanın ən zəngin və inkişaf etmiş ölkələrindən olan Qətərin rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasında sıx dostluq əlaqələrinin təməli hələ mərhum prezident Heydər Əliyevin vaxtında atılmışdı. Daha sonra İlham Əliyevin prezidentliyi illərində bu möhkəm təməllər üzərində sıx dostluq münasibətləri yarandı. Qətər əmiri Təmim bin Həməd Al Tani  ilə dəfələrlə görüşən İlham Əliyev bu zəngin ölkənin Azərbaycanla bütün beynəlxalq tribunalarda və siyasi platformalarda bir-birini necə müdafiə etdiyindən danışmışdır. Qətər əmiri də öz növbəsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulamış və Qətər xalqının həmişə Azərbaycanın yanında olduğunu bildirmişdi.

Azərbaycan-Qətər diplomatik əlaqələri 14 sentyabr 1994-cü ildə qurulub. Hər iki ölkənin geniş tərkibli diplomatik missiyası Bakıda və Dohada strateji münasibətlərimizin daha da möhkəmlənməsi üçün öz fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov ölkəmizin xaricdəki elçiləri içərisində ən fəallarından biridir. Dohadakı səfirliyimizin təşəbbüsü və təşkilatçılığı ilə mütəmadi olaraq Azərbaycanı tanıdan, mədəniyyətimizi, ədəbiyyatımızı və elmimizi təbliğ edən müxtəlif kütləvi tədbirlər, sərgilər, dəyirmi stollar və digər mərasimlər təşkil olunur. Qeyd edək ki, Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Al Hinzab cənabları iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Səfir Feysal bin Abdullah Al Hinzab cənabları Azərbaycan Dövlət Xəbərlər Agentliyinin (Azərtac) idarə heyətinin başçısı Aslan Aslanovla görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Bununla yanaşı cənab səfir «APA» xəbərlər agentliyinin müdiri xanım Vüsalə Mahir qızı və « Trend» xəbərlər agentliyinin müdiri cənab İlqar Hüseynovla da görüşüb maraq doğuran məsələləri müzakirə ediblər.

Bildiyimiz kimi 12 oktyabr 2020-ci ildə Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər. Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Səfir bildirib ki, qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Azərbaycanın tarixi və mədəniyyət paytaxtı Şuşaya da səfər edən cənab səfir Şuşaya gələrkən yolboyu şahidi olduğuqları tikinti-quruculuq işlərinin sürətinin onları çox sevindirdiyini deyib.

Cənab səfirin energetika naziri Pərviz Şahbazov ilə görüşünü xüsusi qeyd etmək lazımdır. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə enerji keçidi prosesində təbii qazın atmosferə daha az karbon emissiyası atması nəzərə alınaraq keçid yanacağı kimi vacib rolu qeyd olunub. İki ölkə arasında bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib.

Qətərin dünyaca məşhur media korporasiyası Əl-Cəzirə müharibə dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün bir sıra reportajlar və proqramlar hazırladı. Qətər şirkətləri torpaqlarımız azad olunandan sonra ölkəmizə sərmayə qoymağa hazır olduqlarını bəyan etdilər. Qardaş Qətər dövlətinin və onun xalqının Azərbaycanın ən əsas həssas probleminə bu cür münasibəti millətimizin qəlbində bu ölkəyə qarşı xüsusi məhəbbət yaradır.

Biz Azərbaycan prezidenti İlham Əliyevin azad olunduqdan sonra səfər etdiyi Şuşadakı erməni vəhşiləri tərəfindən dağıdılmış məscidin fonunda etdiyi çıxışı heç vaxt unutmamalıyıq.

"Ermənistan müsəlman ölkələri ilə heç vaxt dost ola bilməz. Axı bu müqəddəs məscidi bu günə qoyanlarla necə dost olmaq olar? Bu riyakarlıqdır! Ermənistanla dost olan müsəlman ölkələri öz xalqları qarşısında cavab versinlər".

Şərqşünas Həşim Məmmədov

 

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Hamısı