İranın ziyanın yarısından dönüşü Tofiq Zülfüqarovdan şərh

Analitika 14:59 21.10.2021

Son günlər İranın mövqeyində bir qədər yumşalma hiss olunur.

Oktyabrın 20-də İran, yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan etdi. İran rəsmisinin açıqlamasında bildirildi ki, Azərbaycan ərazi bütövlüyünə hörmət olaraq qeyd olunan hallar Ermənistan ərazisindən Qarabağa gedişə cəhd edən İran vətəndaşlarının istisnasız olaraq hamısına aiddir. Bunun ardınca bu gün səhər saatlarında Azərbaycan tərəfi humanist addım ataraq Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iki iranlı sürücünü ölkələrinə qaytarıb.

Bununla yanaşı, bəzi şəxslər İran tərəfinin bu yumşalmasının Azərbaycan və Türkiyənin İran yüklərinə qoyduğu məhdudlaşdırma ilə bağlı olduğunu deyir. Deyilənə görə, İran, Rusiya və Qara dənizə çıxışının məhdudlaşdırılmasından qorxur.  

Eyni zamanda Ermənistanın İranla yaxın zamanlarda Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması haqqında razılaşma imzalayacağı barədə fikirlər dolaşır. Qeyd edilir ki, İran Zəngəzur dəhlizinə alternativ olaraq “Qafqaz dəhlizi” adlandırdığı bu layihəni gerçəkləşdirməyə çalışır və bu layihədən Azərbaycanla Türkiyəni uzaq tutmağa çalışır. Zəngəzur dəhlizinə alternativ axtaran İranın “3+3” formatına qatılmayacağı barədə fikirlər dolaşır. İran Türkiyəyə qarşı Rusiya, İran və Ermənistan birliyini formalaşdırmağa çalışsa da Rusiya regional əməkdaşlıqda İrana deyil, Türkiyəyə üstünlük verib. Və Rusiyanın mövqeyindən belə anlaşılır ki, “3+3” formatına qatılmayanlar Cənubi Qafqazın geoiqtisadi layihələrindən kənarda qalacaqlar.

İranın mövqeyinin dəyişməsi ilə bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov EDNews.net-in suallarını cavablandırıb.

T. Zülfüqarov hesab edir ki, İranın mövqeyinin dəyişməsindən öncə hiss olunurdu ki, mövqe lazimi şəkildə düşünülməmişdi və əslində, bu davamlı olarsa İrana daha çox zərər dəyəcək, nəinki digərlərinə: “Düşünürəm ki, İranda sağlam qüvvələr bu məsələyə müdaxilə edib. İranın rəhbərliyində həm bizə qarşı olan, həm də bizə dostluq münasibəti bəsləyən insanlar var. Bunun nəticəsində hiss olunur ki, məsələ təzədən qiymətləndirildikdən sonra daha konstruktiv mövqe formalaşıb və mövqeyin əsas məzmunu ondan ibarətdir ki, tərəflər gərək dialoq başlatsın, narahatlıq doğuran problemlər müzakirə yolu ilə həll olunsun. Digər məsələlər isə ikinci dərəcəlidir”.

Politoloqun sözlərinə görə, hazırda “Qafqaz dəhlizi” heç bir aktuallıq kəsb etmir. Çünki indiki zamanda Zəngəzur dəhlizi bərpa olunsa İran çox rahatlıqla şimala yol tapacaq, Rusiyaya Federasiyası ilə yol asanlaşacaq və şimaldan - Rusiya və Skandinaviya ölkələrindən birbaşa Fars körfəzinədək olan dəmir yolunun bərpa olunması nəticəsində İranın böyük tranzit xeyirləri olacaq. O cümlədən, digər iştirakçılar - Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə də bu imkanlardan istifadə edəcək”.

T. Zülfüqarov bildirib ki, İranın “3+3” formatına qatılmaması mövzusu da aktual deyil: “Bu ehtimalı bəlkə də müzakirə etməyə ehtiyacı yoxdur. İran bu formata qatılmasa ən azından yuxarıda qeyd olunan tranzit imkanlarından məhrum olar. “3+3” formatına qatılmaq hamı üçün sərfəlidir, çünki bu elə formatdır ki, hər bir tərəfin burada ən azı kommunikasiyalar baxımdan xeyiri ola bilər”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Hamısı