Regionda təklənən Türkiyə Yunanıstan demarşıyla üz-üzə Qardaş ölkəyə necə yardım etməli?

Analitika 17:01 21.10.2021

Türkiyə son dövrlər Aralıq dənizi regionunda təklənir. Aralıq dənizi hövzəsində yerləşən Yunanıstan, Yunan Kipri, Fransa, Suriya, İsrail və Misirlə çox ciddi diplomatik problemləri olan Türkiyəyə qarşı qeyri-rəsmi bir siyasi alyansın yarandığı görünməktədədir. Bu alyansın ilk ciddi işartıları Yunanıstanla yaşanan gərginlikdən sonra üzə çıxmaqdadır.

Türkiyəyə qarşı müharibə mesajı

Aralıq dənizi regionda rəsmi Ankaranın son dövrlər ən çox münasibətlərinin gərginləşdiyi ölkə Yunanıstandır. Yunanıstan Türkiyənin NATO-dakı müttəfiqi olsa da tərəflər arasında Kipr problemi, adalar məsələsi, dəniz sərhədlərinin müəyyənləşdirilməsi və s. problemlər hələ də qalmaqdadır. Aralıq dənizində hərbi varlığını artıran Türkiyədən çəkinən Fransa və ABŞ Yunanıstanı ona qarşı dəstəkləməklə həm rəsmi Ankaraya qarşı bir geosiyasi sədd yaradır, həm də regionda qüvvələr balansını tarazlaşdırmağa çalışır.

2021-ci ilin 28 sentyabrında Yunanıstan Fransa ilə müdafiə və təhlükəsizlik əməkdaşlığına yönələn Strateji Ortaqlıq Müqaviləsini imzaladı. Bu müqaviləyə görə Yunanıstana qarşı hansısa hərbi hücum zamanı Fransa öz hərbi qüvvələri ilə onu dəstəkləyəcəkdi. Üstündən bir ay keçməmiş, 14 oktyabrda Yunanıstan bu dəfə ABŞ-la bənzər bir müqavilə imzalamağa nail oldu. ABŞ yeni müqavilə əsasında Yunanıstanda hərbi varlığını gücləndirmək və yunan hərbi bazalarından istifadə etmək imkanını qazandı. Yenə müqavilədə tərəflərə qarşı hansısa hərbi hücum baş verəcəyi halda hərbi dəstəyin göstərilməsi bəndi yer aldı. Müqaviləni imzalayan Yunanıstan Xarici İşlər naziri Nikos Dentias açıq şəkildə ölkəsinin Türkiyə tərəfindən Şərqi Aralıqda müharibə ilə təhdid edildiyini bildirdi.

Yunanıstanın NATO-dakı iki böyük müttəfiqi ilə imzaladığı təhlükəsizlik müqavilələri Türkiyəyə qarşı yönələn bir diplomatik mesajdır: “Əgər Türkiyə və Yuannıstan arasındakı gərginlik müharibə mərhələsinə keçərsə Qərb yunanlara hərbi-siyasi dəstək verəcək”.

ABŞ və Fransa Türkiyəyə qarşı Yunanıstanı silahlandırır

Yunanıstan bir ildən çoxdur ki, Türkiyə ilə müharibə riskini nəzərə alıb ordusunu müasir silahlarla təchiz edir. Qeyd edək ki, son dövrlərdə ciddi maliyyə böhranıyla üzləşməsinə və iqtisadiyyatı 10%-ə qədər daralmasına rəğmən Yunanıstan son 11 ilə nəzərən bu il silahlanmaya rekord səviyyədə pul xərcləyib. Şərqi Aralıq və Egey dənizində Türkiyə ilə ötən il yaşanan və hazırda da davam edən gərginliklərdən sonra rəsmi Afina 2021-ci il üçün öz müdafiə xərclərini 5 dəfə artırıb. Belə ki, Yunanıstanın 2016-cı ildə hərbi xərcləri 3,31 milyard, 2017-də 3,163 milyard, 2018-də 3,189 milyard, 2020-ci ildə 3,39 milyard, 2021-ci ildə isə 5,49 milyard dollar olub. Dövlət rəsmiləri bu artımın səbəbinin Türkiyədən gələcək təhdidlərə qarşı dövlətin özünü qorumaq refleksini gücləndirmək məqsədilə izah ediblər.

Bu məqsədlə Yunanıstan NATO ölkəsi kimi F-35 təyyarələrini almaq üçün müraciət edib və ABŞ senatı 23 iyulda bu müraciəti qəbul edib. 14 oktyabrdakı müqavilədən sonra ABŞ-ın Yunanıstana F-35 qırıcılarını satması gözlənilir. (Qeyd edək ki, Yunanıstana F-35 satılmasıyla bağlı müraciəti qəbul edən ABŞ, Türkiyəni 2021-ci ilin aprelində rəsmi şəkildə F-35 proqramından çıxardığını elan edib. Buna səbəb kimi Türkiyənin Rusiyaya məxsus S-400 zenit raket komplekslərini alması göstərilib).

Eyni zamanda Yunanıstan Fransaya məxsus “Rafale” qrıcılarının da alıcısıdır. Bu ilin yanvar ayında Fransa və Yunanıstan arasında 2,3 milyard avroluq müqavilə imzalanıb və 2023-cü ilədək yunanlara 40-a yaxın qırıcının çatdırılacağı bildirilir.

Beləliklə, Yunanıstan ABŞ və Fransa istehsalı qırıcıların hesabına öz Hərbi Hava Qüvvələrini gücləndirir. Belə bir dövrdə ABŞ F-35-lərin əvəzində Türkiyəyə modernizasiya olunmuş F-16-ları satmağı təklif edir. Yeni nəsil və çox effektiv qırıcıların yunanlara verilməsi, türklərə isə köhnə nəsil təyyarələrin “sırınma”sı onu deməyə əsas verir ki, ABŞ Türk Silahlı Qüvvələrinin lokomotivlərindən biri sayılan Hərbi Hava Qüvvələrinin qəsdən zəiflətməyə cəhd edir. Əvəzində yunan ordusunu gücləndirən ABŞ regionda Türkiyənin xeyrinə olan qüvvələr balansını tarazlaşdırmağa çalışır. S-400 məsələsi sadəcə bəhanədir. Diqqət yetirsək görərik ki, S-400-lərdən əvvəl də ABŞ Türkiyəyə öz istehsalı olan Patriot zenit raket komplekslərini satmaqdan imtina etmişdi. Məsələ heç Türkiyənin Rusiya ilə əməkdaşlığı da deyil, ABŞ və Qərb üçün əsas problem Türkiyənin Aralıq dənizindəki hegemonluğudur.

Beləliklə, Türkiyə hazırda Aralıq dənizində çətin vəziyyətə düşüb. Müttəfiqi ABŞ regionda Türkiyəni Yunanıstanla əvəz edib. Bir tərəfdən ABŞ, digər tərəfdən İsrail və Fransadan dəstək alan Yunanıstan Türkiyənin Aralıq dəniziylə bağlı siyasətinin qarşısındakı bir səddə funksiyasını icra edir.

Türkiyənin üzləşdiyi diplomatik problemin həllinə Azərbaycan tövhə verə bilər

Aralıq dənizində təklənən Türkiyənin tək çıxış yolu İsraildir. İsrail ABŞ-ın regiondakı əsas müttəfiqi olmaqla birlikdə ərəb ölkələri və Yunanıstanla sıx əməkdaşlıq edir. Bu baxımdan İsrail regionda oyun qurucu dövlətlərdən biridir.

Hazırda isə İsrailin Xarici İşlər naziri müsəlman dövlətlərlə münasibətləri normallaşdırmağın tərəfdarı olan 2 il sonra Baş nazir postuna keçəcək Yair Lapiddir. Lapidin varlığı Türkiyə-İsrail münasibətlərini normallaşdırmaq üçün fürsət yaradır. Təbii bu məsələdə hər iki ölkənin müttəfiqi Azərbaycana da iş düşür. Azərbaycan iki müttəfiqi arasında körpü ola, tərəfləri bir araya gətirərək uzlaşdıra bilər. Prezident İlham Əliyevlə Ərdoğanın və İqtisadiyyat naziri Mikayıl Cabbarovla Lapidin şəxsi əlaqələri yüksək səviyyədədir. Bu da diplomatik vasitəçi kimi Azərbaycan üçün əlverişli imkanlar yaradır.

Lakin təbii ki, sözügedən vasitəçilik Ərdoğanın siyasi iradəsi və arzusundan asılıdır. 2023 seçkilərinə indidən hazırlaşan Ərdoğan dindar elektoratını itirmək bahasına İsrail Baş naziri Bennetlə bir masada oturub, əl sıxışacaqmı? Bunu ancaq özü bilir...

Nicat İsmayılov

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Hamısı