Türkiyə-Azərbaycan münasibətləri və “Stratfor”un yeni "blefi" Yaxınlaşma bizə nə verəcək?

Analitika 17:27 17.12.2021

Qərbin “Stratfor” analitik mərkəzi Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsinə dair qərarla bağlı məqalə ilə çıxış edib.

“Münasibətlərin tam normallaşmasına nail oluna biləcəyi bəlli deyil, çünki iki ölkədən heç biri “erməni soyqırımı”nın tanınması ilə bağlı mövqeyini dəyişmək istəmir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması iki ölkə arasında uzun müddətdir bağlı olan sərhədlərin açılmasına, hər iki ölkəyə iqtisadi fayda gətirəcək. Bu, Türkiyənin regionda təsirini əhəmiyyətli dərəcədə artıracaq. Rusiya Cənubi Qafqazda nüfuzunun azalmasının qarşısını almaq məqsədilə Ermənistan üçün daha çox şey etməli olacaq. Türkiyə isə bu dialoqdan Azərbaycanı Ermənistana qarşı nəqliyyat dəhlizləri və sərhədlərin demarkasiyası ilə bağlı tələbkar davranışdan çəkindirmək üçün istifadə edəcək. Bu addım Türkiyə ilə Qərb arasında, xüsusən də Ankara və Vaşinqton arasında münasibətlərin yaxşılaşmasına kömək edə bilər, çünki ABŞ hökuməti illərdir Türkiyəni Ermənistanla münasibətləri yaxşılaşdırmağa inandırır. Türkiyə hökumətinin maliyyə vəsaitlərinə və siyasi dəstəyə ehtiyacı var. ABŞ və Aİ Türkiyənin Ermənistanla yaxınlaşmasını bu regionda Rusiyanın qarşısının alınması kimi qəbul edərək, maliyyə yardımı edə bilərlər”.

Məqalə ümumən obyektiv olsa da, bir məqam diqqət çəkir. Məsələn, məqalədə Türkiyənin Azərbaycanın tələbkar davranışdan çəkindirə bilməsi ilə bağlı məqama toxunulur. Həqiqətənmi, Türkiyə Azərbaycanı “cilovlamaq” imkanında və fikrindədir?  

Politoloq Yeganə Hacıyeva sözügedən araşdırmada səslənən fikirlərə münasibət bildirib.

Ekspert bildirib ki, "Stratfor"un araşdırmasındakı Türkiyənin Ermənistanla münasibətlərinin yaxşılaşdırma niyyətini Azərbaycanı cilovlamaq formasında istifadə etməsi fikiri belfdir.

“Kommunikasiyaların açılması hamının marağındadır. Cənubi Qafqazda kommunikasiyaların açılmasıyla Türkiyə çox rahat şəkildə Mərkəzi Asiya bazarına çıxış əldə edir. Zəngəzur dəhlizinin açılmasıyla Ermənistan ərazisindən keçən Türkiyə öz imkanlarını genişləndirəcək. Bunun üçün xüsusi olaraq sərhədi açıb Ermənistan bazarında gəlir əldə etməyin, yəni bu ikisinin mütənasibliyində birincinin faydaları daha çoxdur.

Digər tərəfdən "Stratfor" o mənada haqlıdır ki, Türkiyəyə qarşı erməni məsələsində uzun müddətdir təzyiqlər edilir. 2008-2009-cu illərdə ABŞ, Avropa İttifaqının beş ölkəsi, həmçinin Rusiya tərəfindən bu edilən cəhdlər nəticəsində Türkiyənin sərhədləri açmaqla bağlı Sürix protokolunu imzalamasına nail olundu. Lakin Ermənistan parlamenti 2018-ci ildə protokolları ratifikasiya etmədi. Həmçinin, Türkiyədə də bu protokollar ratifikasiya olunmadı. Amma sərhədlərin açılması Türkiyənin istəyilə bağlıdır. Bu Azərbaycana dəstək anlamında bağlanıb”. 

Politoloq qeyd edib ki, ABŞ ilə Türkiyənin maraqlarının uzlaşmasında strateji bənd Ermənistan deyil, bu, Türkiyənin qonşuluğundakı kürd qruplaşmaların, PKK və s. qrupların maaliyyələşməsi, silahlanması və s. istiqamətində ABŞ-ın rolu, ABŞ-ın Yaxın Şərqdə Türkiyə ilə uzlaşması ilə bağlıdır.

“Türkiyə və Rusiyanın uzlaşdığı çox sayda region var. Çünki təəssüflər olsun ki, Qərbin həmin regionlardakı fəaliyyəti sülhü tənzimləmədi. Bura Yaxın Şərq, Şimali Afrika, qismən uzlaşdıqları Liviya və s. aiddir. Balkanlarda və Ukraynada Türkiyə və Rusiya maraqlarının uzlaşmasını sezməkdəyik. Cənubi Qafqazda faktiki uzlaşıblar. Adı sadalanan regionlarda sülh və stabillik bu uzlaşmadan asılıdır. ABŞ-ın tez-tez mövqe dəyişməsi isə Yaxın Şərqdə yaşayan xalqlar, sülh və stabillik üçün hədədir”.

Y. Hacıyeva qeyd edib ki, son bir ildə Ermənistanın addımlarını dəstəkləyən Qərbin ümumi mövqeyini gördük.

“Ermənistanın revanşist mövqeyi və törətdiyi təxribatlarda güzəştlər əldə edən tərəflər oldu. Bu tərəf Ermənistan deyil. Ermənistanın Türkiyəyə qarşı istifadə olunması, Türkiyənin müəyyən mənada güzəştlərə məcbur etmək üçün alətdir. Qondarma “erməni soyqırımı” qlobal əməliyyatı Türkiyənin regionda zəiflətmək, əlini-qolunu bağlamaq məqsədi daşıyır.

Rusiya Ermənistandan nə istəyib və ala bilməyib ki, onu Türkiyə ilə münasibətləri korlamağın hesabına istəsin? Yaxud, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırıb nəyi əldə edəcək ki, Rusiya ilə münasibətlərin ziyanına ona göz yumsun?”

Ekspertin sözlərinə görə, "Stratfor"un dediyi arzuların reallıq kimi təqdim olunmasıdır.

“Bu analitik yazılar da ideoloji mübarizə üsullarıdır. "Stratfor"un bir çox araşdırmalarında bəzi bəndlər özünü doğrultsa da əsas etibarilə bu reallığı əks etdirməyib. "Stratfor"un maaliyyəçiləri və bağlı olduğu dairələr onu deməyə əsas verir ki, onlar Türkiyə və Rusiya münasibətlərini korlamaq üçün tezis əsasında sifariş yerinə yetirirlər. İstər Rusiyadakı, istər ABŞ-dakı erməni şəbəkəsi bu istiqamətdə vuruşur. Türkiyənin Rusiya ilə münasibətdə uzlaşdığı məqamlarda faydaları daha çoxdur və gələcəkdə daha da artacaq.

Ermənistan Türkiyə ilə beynəlxalq məhkəmələrdə iddialar formalaşdırır. Beynəlxalq məhkəmə olacağı halda proseslər ermənilərin xeyrinə getməyəcək. O hadisələri özündə işıqlandıran çoxlu sayda sənədlər var. Məsələn, Böyük Britaniyanın kral kitabxanasında həmin illərdə Türkiyədə baş verənlərin sənədləşdirilməsini aparanlar var. Rusiya çar dövrünə aid sənədlər, Ermənistanın özündə baş nazirin mövcud məktubları var ki, soyqırım aktını inkar edir”.

Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib ki, yeni geosiyasi reallıqda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycanın marağında ola bilər. Bu o deməkdir ki, Türkiyə və dolayısı ilə Azərbaycanın da Ermənistana təsir etmək imkanları daha da böyüyür.

Ekspert qeyd edib ki, Türkiyə ABŞ və Avropa İttifaqı ilə bir çox platformalarda tərəfdaş olsa da, artıq 90-cı illərdəki Türkiyə deyil və artıq özünü regional lider olaraq gördüyündən xarici siyasi proseslərdə əvvəlki dövrlə müqayisədə daha müstəqil addımlar atır.

“Ermənistanla bağlı hansı təzyiqlər olsa belə, Türkiyə yenə də öz siyasi maraqlarına uyğun qərar verəcək. Güman etmək olar ki, bir neçə il əvvəl, xüsusilə futbol diplomatiyası zamanı Türkiyə ilə Ermənistan arasında normallaşdırma cəhdlərində olduğu kimi bu dəfə Türkiyə Azərbaycanın milli maraqlarını nəzərə alacaq. Çünki istənilən halda Azərbaycan Ermənistandan daha önəmlidir. Azərbaycanla Türkiyə arasında həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə, eləcə də institutsional səviyyədə, liderlərin şəxsi səviyyəsində sıx bağlar yaranıb”.

R. Hüseynov qeyd edib ki, bir çox xarici siyasi məsələlərdə olduğu kimi Ermənistanla münasibətlərin normallaşması zamanı da Azərbaycan və Türkiyə bir-birlərinin maraqlarını nəzərə alacaq: “Bu proses Azərbaycanla koordinasiyalı şəkildə də aparılacaq. Burada nəqliyyat kommunikasiya xətlərinin açılması məsələsi kimi bir çox ortaq maraqlar var. Azərbaycanın Ermənistanla məsələsində Türkiyə var, Türkiyənin Ermənistanla münasibətlərində Azərbaycan var. Bütün bu vacib faktorları nəzərə almamaq mümkün deyil”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
Hamısı