Çovğuna çevrilən “Qazax baharı” Rusiyanın bir vilayəti qədər müstəqil olacaq Qazaxıstan

Analitika 15:41 06.01.2022

Qazaxıstanda qazın qiymətinin iki dəfə artırılması ilə başlanan “Qazax baharı” çovğuna dönür. Sivil etirazlardan silahlı toqquşmalara, hətta vətəndaş qarşıdurmasına çevrilən qazax üsyanı Qazaxıstan Respublikasının müstəqilliyini təhdid edir, hətta sual altında qoyur.

“Qazax baharı”

Qazaxıstandakı üsyan eynilə “Ərəb baharı”na bənzəyirdi. Hökumətin hansısa bir qərarına etiraz edən qəzəbli xalq kütlələri, avtoritar rejimlər, talan edilən sərvətlər, müxalifətin olmaması, hökumətin geri addım atmasından cuşa gələn inqilabçı, yoxsul gənclərin proseslərə qatılması və etirazçıların sosial tələblərinin getdikcə siyasiləşməsi – bütün bunlar ərəb və qazax baharının ortaq cəhətləri idi.

Lakin baş tutmayan “Qazax baharı” özündən əvvəlki “Ərəb baharı”ndan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bu, ərəb dünyasında olduğu kimi inqilab yox, üsyan idi. Məmurların qanunsuzluğundan, talançılıqdan, korrupsiyadan və sosial ədalətsizlikdən cana doymuş insanlar üsyan edirdi. Bu inqilab deyildi. Çünki inqilablar adətən siyasi liderlər və ziyalılar tərəfindən idarə edilir, yönləndirilir və plan əsasında icra edilir. Qazaxıstanda isə nizamsız, lidersiz, bəlkə də hansısa gizli qüvvənin öz xeyrinə yönəltdiyi bir üsyan vardı.

Həmçinin, ərəb ölkələrindən fərqli olaraq Qazaxıstandakı Tokayev/Nazarbayev rejiminin dəstək aldığı böyük bir güc var – Rusiya. İstər “elbaşı” Nazarbayev, istərsə də ondan sonra prezident “təyin” edilən Tokayev SSRİ-dən sonra Rusiyanın təsir dairəsindən çıxa bilməyərək, Rusiyanın regional liderliyini qəbul etmiş və onun hərbi-siyasi və iqtisadi təşkilatlarında iştirak etməklə Moskvaya bağlılıqlarını bildirmişdilər. Bütün bunların əvəzində Rusiya Qazaxıstandakı siyasi hakimiyyəti qorumağı öz öhdəsinə götürmüşdü.

“Qazax baharı”nı rusların başlatdığı sadəcə bir ehtimal olsa da, üsyan zamanı Tokayevin xalqı sakitləşdirmək bəhanəsilə hökuməti istefaya göndərib, Nazarbayevi vəzifəsindən uzaqlaşdırması Moskvadan icazəsiz mümkün ola bilməzdi. Tokayev bu addımla ölkədəki bütün siyasi və iqtisadi problemlərin səbəbkarı kimi Nazarbayevi və Nazirlər Kabinetini xalqın önünə atdı. Çarəsiz və ümidsiz “Elbaşı”ya isə təyyarəsinə minib ölkəsindən qaçmaqdan başqa şansı qalmadı.

Tokayevə nəzərən tam bir siyasi-diplomatik düha olan Nazarbayev hakimiyyətdə olduğu illərdə ölkəsini gücləndirmiş və Rusiyadan asılılığı xeyli azaldaraq, müstəqilliyi möhkəmləndirmişdi. O, Qazaxıstanda Rusiyaya məxsus Semipalatinsk nüvə sınaq poliqonunu bağlamış,  mülayim və çağdaş türk millətçiliyinin əsas dəstəkçisi olmuş, qazax dilini rəsmi şəkildə birinci dərəcəli dövlət dili elan etmiş, qazax pulunun üzərindən rus yazısını çıxartmışdı. Qısası, Nazarbayev ölkəsinin güclənməsi ilə Rusiya qorxusunu azaltmış bir lider idi. 2019-cu ildə istefa verməklə hakimiyyətdən getmiş kimi görünsə də, dövlətin zirvəsində post qurmuşdu. “Qazax baharı” isə Rusiya üçün daha müstəqil Nazarbayevi, daha loyal Tokayevlə dəyişməyə fürsət yaratdı.

Lakin Nazarbayevin Təhlükəsizlik Şurasının katibi vəzifəsindən kənarlaşdırılması, onun ölkəni tərk etməsi və heykəllərinin devrilməsi də qəzəbli xalq kütlələrini sakitləşdirə bilmədi. Tokayev özünün də devrilə biləcəyindən qorxmağa başladı. Son çarə Putinin təklifi idi: Ölkəyə KTMT qoşunları daxil olmalı, vətəndaş qarşıdurmasını durdurub, əmin-amanlığı təmin etməli idi.

Tokayev Dövlət Təhlükəsizlik Xidmətinin rəisini və şəxsi mühafizə dəstəsinin komandirini vəzifədən qovmuşdu. Çünki qvardiyaçılar bir güllə atmadan etirazçılara təslim olmuş, DTX-nın silahları üsyançıların əllərində peyda olmuşdu. Ölkə daxilində güvənəcəyi zabiti qalmayan Tokayev son çarəni ölkəni ruslara tapşırmaqda gördü. Və 5 yanvar axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyan acı xəbəri verdi:

«Qazaxistan Respublikasının prezidenti K.J. Tokayevin müraciəti əsasında və xarici təsirlər səbəbindən Qazaxıstan Respublikasının milli təhlükəsizlik və suverenliyinə təhlükə yarandığı üçün KTMT Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik haqqında Razılaşmanın 4-cü bəndinə əsasən bu ölkədə vəziyyəti normallaşdırmaq və sabitləşdirmək məqsədilə Qazaxıstan Respublikasına KTMT-nin sülhməramlı qüvvələri göndərilir".

Bu gündən etibarənsə Qazaxıstanda KTMT sülhməramlıları fəaliyyətə başlayıb. Hazırda bu sülhməramlıların tərkibində Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan hərbi bölmələri yer alır. Bəlkə də bu dəqiqələrdə Almatada və digər şəhərlərdə KTMT qoşunları daxilindəki erməni və rus bölmələri ürək rahatlığı ilə qazax türklərinə atəş açır. Hazırda olmasa da, bu, sabah baş verə bilər.

Beləliklə, “Qazax baharı” bir andaca çovğuna dönür. Elə bir çovğun ki, Qazaxıstan respublikasının bütün müstəqilliyini dondura bilər. Bu üsyan dalğasını güllə-boranla, KTMT/Rusiya yardımları ilə yatıran Tokayevin bundan sonra xalqdan dəstək alması və ən əsası Rusiyanın iradəsindən kənar addımlar atması qeyri-mümkündür. Əvvəllər də Rusiyadan qismən asılı olan Qazaxıstanın bu gündən etibarən Rusiyanın bir vilayəti qədər müstəqil olacağı acı bir gerçəkliyə çevrilməkdədir.

Qazaxıstanda güclü olan Rusiya, “Qazax baharı” ilə Qazaxıstanı olan Rusiyaya çevrildi. Bu gün Abılay Xanın övladları rus və erməni əsgərinin əlindəki silahın nişangahındadır. Və nə yazıqlar ki, bunu təşkil edən də qazax türklərinin lideri Qasım-Comart Tokayev oldu.

Nicat İsmayılov

Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO

Xəbər xətti

Ceyhun Bayramovun ATƏT sədri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
12:55 14.05.2024
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT
12:51 14.05.2024
Naxçıvan əhalisinin sayı açıqlandı
12:43 14.05.2024
Azərbaycanda bu şəxslərin maaşı ARTIB
12:31 14.05.2024
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
12:24 14.05.2024
DİN əhaliyə MÜRACİƏT EDIB
12:15 14.05.2024
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
12:00 14.05.2024
Nigar Arpadarai: COP29-a hazırlıq tam sürətlə gedir, bütün komanda səfərbərdir
11:52 14.05.2024
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
11:38 14.05.2024
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
11:33 14.05.2024
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
11:30 14.05.2024
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
11:17 14.05.2024
İlham Əliyev: "Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb"
11:13 14.05.2024
Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib
11:07 14.05.2024
“Trendyol Azərbaycan” daşıma qiymətlərini ARTIRDI - AÇIQLAMA
11:00 14.05.2024
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
10:59 14.05.2024
Azərbaycan XİN-dən İsrailə TƏBRİK
10:49 14.05.2024
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO
10:42 14.05.2024
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Bu gün ölkə ərazisində hava necə olacaq?
09:49 14.05.2024
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
09:45 14.05.2024
Azərbaycanda ixrac edilən qazın həcmi AÇIQLANDI
09:35 14.05.2024
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:15 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Hamısı