Rusiya-Nato görüşü nə vəd edir? Müharibəyə hazırlıq yoxsa...

Analitika 20:31 13.01.2022

Uzun müddətdən bəri davalı və həm də nəticəsiz qalan Rusiya-NATO görüşü dünən Brüsseldə baş tutub. Meydanda silah yarışından çox, masada ortaq dil tapmağı üstün sayan tərəflər istədikləri nəticəni əldə edə bilməsələr də, bu dəfə də narazılıqlara baxmayaraq, bir-birlərinin əlini sıxıb.  

Qeyd edək ki, bu görüş Rusiya Xarici İşlər Nazirliyinin dekabr ayında Moskva ilə Qərb bloku arasında gərginliyi azaltmağa yönəlmiş təhlükəsizlik təkliflərini müzakirə etmək üçün nəzərdə tutulub. 

Görüşün nəticələrinə gəldikdə, rəsmi Kremlin fikrinə görə bu heç də onun üçün ürək açan alınmayıb. Öz növbəsində, NATO baş katibi Yens Stoltenberq də ikibaşlı olaraq bildirib ki, alyans həm açıq qapı siyasətindən, həm də Rusiya sərhədlərində NATO-nun genişlənməsi hüququndan əl çəkməyəcək.

Bundan əlavə görüşün nəticələri ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko da açıqlama verib. Diplomat qeyd edib ki, bu amillərdən biri NATO-nun son iyirmi ildə Rusiyaya doğru mütəmadi genişlənməsidir. "Xatırladıram ki, 1997-ci ildə NATO-nun qapısını döyən Rusiya ilə həmsərhəd olan yalnız bir ölkə var idi: Polşa. Bu gün bir çox dövlətlər alyansa qoşulub və onların ərazisindən açıq şəkildə müxtəlif coğrafi məkanlardan Rusiyaya qarşı güc proyeksiyası üçün istifadə olunur”. 

Diplomat həm də belə olduğu təqdirdə Qərblə münasibətlərin daha risk altına düşə biləcəyini əlavə edib.  

"Bu, təhlükəsizliyimizi ciddi şəkildə pisləşdirir və təhlükəsizliyimiz üçün qarşı-qarşıya qalacağımız yolverilməz risklər yaradır. Əgər hadisələrin indiki, çox təhlükəli gedişatını dəyişdirə bilməsək, Moskvanın “qarşı-qarşıya gəlmək” və “təhdidlə mübarizə” siyasətini həyata keçirməkdən başqa “seçimi olmayacaq”. 

Məsələ ilə bağlı Türkiyəli siyasi analitik Göktuğ Çalışkan görüşün sonrakı nəticələri barədə, habelə rusiyalı diplomatının açıqlamasına nəzərən EDNews.net- ə danışıb. 

“İlk öncə qeyd etməliyəm ki, Qərbi narahat edən ən mühüm məsələ Rusiyanın Ukrayna sərhəddində hərbi güclənməsidir. Bu hallar ABŞ-ın peykləri tərəfindən müşahidə edilib və bu vəziyyət başda Avropa Birliyi ölkələri, ABŞ, Qərb ölkələri və NATO bu münaqişəyə qarşı addım atmağa özlərini borclu bilir. Çünki tərəflər Rusiyanın hər an hücum edə biləcəyini ehtimal edir və bu səbəbdən də daha sərt mövqe nümayiş etdirirlər. 

Bundan əlavə, danışıqlar zamanı NATO, ABŞ və Aİ Rusiyanın Ukraynaya qarşı hücuma hazırlığına cavab olaraq ağır sanksiyalar tətbiq edəcəklərini bəyan ediblər. Üstəlik Ukraynanı NATO-ya üzv etmək niyyətləri rəsmi Kremli təşviş içinə salıb. Hesab edirəm ki, Rusiyanın “bellikoz” davranışı məhz Qərbin bu tip planı ilə bağlıdır”.

Siyasi analitik görüşün nəticələrinə əsasən Qərb tərəfin Rusiya ilə bundan sonrakı əməkdaşlıq perspektivlərinə də toxunub.  

“Görüşdə Yens Stoltenberqin açıqlaması açıq bir mesaj idi. NATO hələlik heç bir nəticə əldə edilməsə də, danışıqları davam etdirmək istədiklərini bəyan edib. Çünki Qərb bilir ki, Ukraynaya hücum bütün Avropa Birliyinə təsir edə bilər. Bu səbəbdən də onlar nəticə əldə etmək üçün çalışırlar. Lakin tərəflərin ortaq zəmində görüşə müharibə ehtimalını yaratmır. Birincisi, Rusiyaya qarşı bir çox sahələrdə sanksiyalar tətbiq edilir və bütün dövlətlərdən onlara əməl etmələri xahiş olunur. Belə halda iqtisadi cəhətdən əli çox yerdən üzülən Rusiya, bəzən Qərbin də sözünü dinləməli olur. Bu, Krımın ilhaqında da özünü göstərməsə də, Afrikada öz davranışına bir qədər düzəliş etməli oldu”. 

Son olaraq ekspert qeyd edib ki, əgər Rusiya üzərinə qoyulan ağır sanksiyalar nəticə verməsə, Ukraynanın NATO-ya üzv edilməsi Qərbin növbəti planı ola bilər. 

“Belə olan halda bəlkə də müharibə ehtimalını qeyd etmək olar. Amma nəhayət, məsələnin müharibəyə gedəcəyini düşünmürəm. Düşünürəm ki, Rusiya var gücünü bərpa etdiyi halda, sanksiyalarla büdrəmək və gücünü itirmək istəməyəcək”.

Elnur Ənvəroğlu 

 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı