Xəzər dənizi ətrafında ehtimallar

Analitika 10:00 08.02.2022

Son araşdırmaların nəticələrinə görə, bir neçə ildən sonra Xəzər dənizinin səviyyəsi 9-18 metr enəcək. Bu barədə Alman və Holland alimlərinin “Nature” elmi jurnalında dərc etdirdikləri məqalədə bəhs edilir.  

Elmi məqalədə alimlərin irəli sürdükləri proqnozlara görə, XXI əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsi 9-18 metrə qədər azala bilər. Bu isə suyun səthinin 23%-dən, 34%-dək  kiçilməsi, Xəzərin şimali və Türkmən şelfləri tamamilə quruyacağı, dənizin cənub və mərkəzi hissələrində də sahil xəttinin xeyli geri çəkiləcəyi deməkdir. Qaraboğazgöl körfəzinin isə tamamilə səhraya çevrilmə ehtimalı var.  

Qeyd edək ki, bu barədə ilk dəfə 2018-ci ildə “Nature” jurnalı NASA-nın bir qrup tədqiqatçısının araşdırmasını dərc edib. Onların gəldiyi qənaətə görə, əgər Xəzərin səviyyəsinin azalması indiki templə davam edərsə, hazırda 78.000 giqaton suyu olan Xəzər dənizi 3000 ildən sonra tamamilə quruyaraq, Aral dənizinin vəziyyətinə düşə bilər.

Haşiyə: Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür.

Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu  da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Dənizdə suyun səviyyəsinin aşağı düşməsi təhlükəlidir?

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin  hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.

Xəzər dənizinin sadəcə Azərbaycan üçün coğrafi bir üstünlük, füsunkar bir gözəllik olmadığı, eyni zamanda zəngin neft və qaz yataqları ilə ölkə iqtisadiyyatının şah damarını təşkil etdiyi hərkəsə məlumdur.

Qlobal məsələ ilə bağlı coğrafiyaçı alim Məsud Alməmmədli EDNews-a açıqlamasında Xəzərdəki problemin çox ciddi və təhlükəli olduğunu, dəniz səviyyəsi ilə bağlı verilən proqnozların reallaşa biləcəyini qeyd edib.

“Xəzər dənizinin səviyyəsinin enməsi heç də kiçik bir problem deyil. Onun sahəsi 1990-cı illərdən bəri ildə bir neçə santimetr olmaqla azalır. Səviyyənin enməsi isə ekoloji, iqtisadi, siyasi problemlər yarada bilər. Bu problemlər Xəzər ətafında yaşayan 100 milyona yaxın insanın həyatına birbaşa təsir edə bilər”.

Xəzərdə dəniz səviyyəsinin enməsi Bakı, Aktau, Həştərxan, Türkmanbaşı kimi strateji limanlarının giriş-çıxışına da mənfi təsir göstərəcək. Dəniz səviyyəsi endikcə limanlar kənarda qalacaq və gəmilərin limana yaxınlaşmasında problemlər yaranacaq. Bu isə dəniz nəqliyyatı və logistika sektorunu tənəzzülə uğradacaq.

Alim həmçinin qeyd edib ki, məsələnin ekoloji faktoru isə  dənizin altından çıxmış quru (torpaq) duzlarla zəngin olmasıdır.

“Bu torpağın tərkinbində olan duzlar küləyin eroziyası nəticəsində bir sahədən digərinə daşına və ətrafda şoranlaşmaya, bitkilərin inkişafına mənfi təsir göstərə bilər. Üstəlik bu, Xəzərdəki canlıların da həyatı üçün təhlükə yaratması ehtimal olunur” – deyə, alim qeyd edib.

“Mən düşünürəm ki, bu problemə daha ciddi yanaşmaq və bu mövzuda müzakirələri daha artırmaq lazımdır. Düzdür, elmi mənbələrə əsaslanaraq deyə bilərik ki, 1800-cü illərdə Xəzərdə suyun səviyyəsinin  indikindən aşağı olduğu bildirilir. Lakin qeyd etmək istərdim ki, indi arada 200 il fərq var. 200 il əvvəl dünya əhalisinin sayı bir milyard indi isə 7.8 milyard insandır. Eynilə Xəzəryanı ölkələrdə də əhalinin sayı durmadan artır. Bu isə Xəzər suyunun daha geniş istifadə edilməsinə səbəb olub. Üstəlik elmi texniki tərəqqi də Xəzər dənizindən müxtəlif məqsədlərlə istifadə edilməsinə səbəb olub ki, bu da suyun səviyyəsini endirib. Yəni, indi Xəzər əvvəlki səviyyəsinə nəinki qayıtmaya bilər, əksinə enmələr daha da arta bilər”.

Bəs, Xəzərin səviyyəsində müşahidə edilən çəkilmə sərhədlər və balıqçılıq hüququ ilə bağlı yeni müqavilələrin bağlanmasına, ölkələr arasında siyasi münasibətlərdə gərginlik yarada bilərmi?

Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti Lidiya Parxomçik Azvision.az saytına müsahibəsində məsələ ilə bağlı bunları deyib:

- Xatırlayırsınızsa, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulur ki, dövlət dəniz sərhədinin başlanğıc nöqtəsi müəyyənedilmə üsulu ayrıca müqavilə ilə tənzimlənən ilkin düz xətlər olmalıdır. Bu paraqraf Konvensiyada təsadüfi deyil. Biz artıq müəyyən etmişik ki, dənizin səviyyəsindəki dalğalanmalar Xəzərin normal vəziyyətidir. Sahil xətti daim dəyişir, bu da onu ərazi sularının sərhədi kimi “təsbit etməyi” qeyri-mümkün edir. Elə buna görə də, xəritəçəkmə üçün sahil və ya adalardakı ilkin nöqtələrin koordinatlarını birləşdirərək, müəyyən etmək lazımdır ki, birbaşa ilkin xətlər alınsın. Başlanğıc nöqtələri elə seçilir ki, dəniz səviyyəsinin qalxması/enməsi Xəzər dənizinin bölünməsinə dair ikitərəfli və çoxtərəfli sazişlərə yenidən baxılması zərurətinə səbəb olmasın. Qazaxıstan artıq 2017-ci ildə hökumətin müvafiq fərmanında təsbit edilmiş baza səviyyələrinin müəyyən edilməsi metodologiyasına dair qərar qəbul edib. Bununla belə, region ölkələri hələ ki baza səviyyələrinin müəyyən edilməsi metodologiyasını formal şəkildə təsbit edən beştərəfli saziş üzrə razılığa gəlməyiblər. Deməli, “Xəzər beşliyi” hələ bu məsələni de-yure həll etməyib. Xəzərin statusunun müəyyən edilməsi məsələsində olduğu kimi, bu problemin həlli də ciddi səylər tələb edəcək və onilliklər çəkə bilər.

Nicat İsmayılov

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
Hamısı