Xocalıya neçə kilometr məsafə qaldı? Ermənilərin qorxulu yuxusu gerçəkləşir...

Analitika 16:20 15.03.2022

Ukraynada müharibə başlar-başlamaz azərbaycanlı və erməni ekspertlərin bir gözü də Xankəndinə yönəldi. Ukraynada “Əfqanıstan bataqlığı”na düşən rus ordusunun Qarabağdan çıxması (yaxud passivləşməsi) və ya rus diplomatiyasının diqqətinin Qarabağdan Kiyevə doğru yönəlməsi Azərbaycanın Xankəndi məsələsində loru dildə desək əl-qolunu aça bilərdi. Üstəlik, 22 fevralda Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış müttəfiqlik müqaviləsinin 18-ci bəndində Bakının separatçılıq əleyhinə fəaliyyətinin Moskva tərəfindən dəstəklənməsi açıq şəkildə qeyd olunurdu.

Azərbaycan üçün Xankəndi ilə bağlı ciddi addımlar atmağa fürsət yaradan digər məqamlarsa separatçı rejimin rəhbəri Arayik Aruyutunyanla Paşinyan arasında müşahidə edilən gərginlik, Ermənistanın Türkiyə ilə diplomatik təmaslar qurması, Azərbaycanla sülh müqaviləsini imzalamaqla bağlı cəhdlər etməsi və Paşinyanın “Dağlıq Qarabağ” ritorikasını dəyişməyə başlaması idi.

Erməniləri təşvişə salan  Azan...

Bütün bunların fonunda bir andaca Azərbaycan qondarma rejimlə üzbəüz qaldı. Arutunyanın güvəndiyi dağlara qarlar yağdı, Putinin başı Ukraynaya, Paşinyanın başı Türkiyəyə qarışdı. Artıq Bakı Qarabağı tam şəkildə terrorçulardan təmizləmək üçün düyməyə basa bilərdi...

Basdı da, Qarabağ ermənilərinə qarşı psixoloji müharibəyə start verildi. 26 fevralda, Xocalı faciəsinin  30-cu il dönümündə Ağdam və Şuşadakı məscidlərimiz ətrafından üzü Xankəndi və Xocalıya doğru səsucaldıcılar vasitəsilə azan verildi. Xocalıda qətlə yetirilmiş sakinlərimizin ruhuna xitab edən azan bizə nə qədər rahatlıq verirdisə separatçıları da bir o qədər qıcıqlandırırdı.

Sadəcə azanla da bitmədi, növbəti günlərdə Xankəndi səmasında Xan Şuşisnkinin “Qarabağ şikəstəsi” səsləndi.

Qarabağ ermənilərində qorxu, vahimə pik səviyyəyə çatmışdı. Çox keçmədi ki, Qarabağ səmasında ucalan muğam səsi güllə səsləri ilə əvəz olundu. Xüsusilə 8 martdan etibarən ardıcıl surətdə regionda atəşkəs pozulur. Atəşi pozan ermənilər ordumuzun cavab tədbirləri ilə üzləşirlər. Ermənilərin bu “canfəşanlıqları” elə özlərinə baha başa gəldi, atışma zamanı Qarabağa gedən qaz-boru kəməri zədələndi.

 Hazırda separatçılar bildirir ki, artıq 1 həftədir ki, Xankəndi, Xocavənd, Xocalı ərazilərində təbii qaz təchizatı dayanıb. Onlar iddia edir ki, zədələnmiş qaz-boru kəməri olan ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdiyi üçün təmir işləri apara bilmirlər.

Nikolun “panika”sı...

Qarabağ ermənilərinin qaz və işığının kəsilməsi, müşahidə edilən hərbi hərəkətlilik, atəşkəsin pozulması Qarabağın erməni icması ilə birlikdə Paşinyanı da təşvişə salıb. Son günlər Paşinyan telefon vasitəsilə bir çox dövlətin rəsmiləri ilə apardığı telefon danışıqları zamanı regionda yeni müharibə təhdidinin formalaşdığını bildirib. Bu səbəbdən də  Nikol tez-tələsik Kanadanın Baş naziri Castin Trüdo və ABŞ-ın Xarici İşlər Naziri Entoni Blinken ilə Qarabağda yaranmış gərginliyi müzakirə edib.

Xankəndidəki erməni jurnalistlərinin yaydığı məlumata görə isə qondarma DQR qoşunları təmas xəttində tam hazır vəziyyətə gətirilərək mövqe tutublar. Yerli erməni sakinləri isə qorxu içərisindədir. Qondarma rejimin “Təhəlükəsizlik Şurası” isə deyilənləri təkzib edərək, xalqı təşvişə düşməməyə çağırıb.

Təklif olunan sülh müqaviləsi və cavab...

Belə bir vəziyyətdə sülh danışıqlarına başlamaq üçün Azərbaycan Ermənistana 5 maddəlik sülh paketi təklif edib. Maddələrdə əsasən tərəflərin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi vurğulanıb. Bu təklifə isə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan belə cavab verib:

"Əslində, 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında sazişi imzalayan hər iki ölkə artıq bir-birinin ərazi bütövlüyünü tanıyıb və bir-birlərinə qarşı ərazi iddialarının olmadığını etiraf ediblər. Təklifdə qeyd olunan maddələr mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. Erməni tərəfi üçün “Dağlıq Qarabağ” ermənilərinin hüquq və azadlıqlarının aydın şəkildə təmin edilməsi və statusun nəhayət dəqiqləşdirilməsi prinsipial əhəmiyyət kəsb edir. Bizim üçün “Dağlıq Qaraba” münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir”.

Mirzoyanın cavabındansa belə aydın olur ki, Azərbaycan ordusu Xankəndinə daxil olmadan, qondarma rejim “gorbagor” olmadan  Ermənistanla heç bir sülh müqaviləsi imzalana bilməz.

Yekunda, qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycan Xankəndinə qayıtmaq üçün çox münbit bir şəraitdədir. Belə olduğu təqdirdə isə Qarabağdakı ermənilərin qarşısında iki seçim şansı qalır: Ya “şələ-şülələri”ni yığışdırıb getmək, ya da üç rəngli Azərbaycan bayrağını öpmək.

Nicat İsmayılov

“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub
19:27 14.05.2024
Lənkəranda itkin düşdüyü hesab edilən qadının meyiti tapılıb
19:14 14.05.2024
Azərbaycan və Sinqapur parlament sədrləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər
19:00 14.05.2024
Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
18:55 14.05.2024
Azərbaycanda maliyyə-lizinq şirkətinin istiqrazlarının ilk tranşı listinqə daxil edilib
18:34 14.05.2024
Muxtar Babayev BMT-nin dayanıqlı enerji üzrə xüsusi nümayəndəsi ilə görüşüb
18:26 14.05.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:19 14.05.2024
AK nümayəndəsi: İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək
18:10 14.05.2024
Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR
18:00 14.05.2024
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
Rusiya “Zvartnots” hava limanında sərhəd-keçid məntəqəsini bağlayacaq
17:50 14.05.2024
Yağıntılı hava bu tarixə qədər davam edəcək
Yağıntılı hava bu tarixə qədər davam edəcək
17:40 14.05.2024
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
Azərbaycanla sülh müqaviləsi imzalanmasının vaxtı çatıb
17:30 14.05.2024
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
17:24 14.05.2024
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
Naxçıvana leysan yağdı - Küçələri su basdı. - VİDEO
17:17 14.05.2024
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
Avropa İttifaqı İrana qarşı sanksiyalarını genişləndirib
17:15 14.05.2024
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
Azərbaycanda bu Akademiyanın adı dəyişdirildi
17:00 14.05.2024
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib
16:45 14.05.2024
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
Xankəndidə daha bir iclas: Əhalinin qayıdışı müzakirə edildi
16:35 14.05.2024
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
Natiq Mehdi qətlə yetirilib - İş yoldaşı tutuldu
16:32 14.05.2024
Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
15:50 14.05.2024
Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
15:30 14.05.2024
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
15:24 14.05.2024
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
15:15 14.05.2024
“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video
15:00 14.05.2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
14:50 14.05.2024
Ukraynadan dünyaya XƏBƏRDARLIQ
14:45 14.05.2024
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
14:36 14.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
14:28 14.05.2024
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
14:15 14.05.2024
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
14:00 14.05.2024
Bakıda həbsdə olan Qukasyanla bağlı YENİ QƏRAR
13:55 14.05.2024
Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:45 14.05.2024
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
13:22 14.05.2024
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
13:17 14.05.2024
Hamısı