Pakistan-Azərbaycan müttəfiqliyinə xələl gələ bilərmi? “İmran Xan hələ devrilməyib!”

Analitika 17:50 05.04.2022

Ötən gün Pakistan Baş naziri İmran Xanın istefa verməsi geniş müzakirələrə səbəb olub. Pakistanda müxalifət artıq iqtidarın devrildiyini elan edib. Lakin bu istefa qərarı tamamilə hüquqi bir prosedurdan ibarətdir.

Belə ki, mart ayında Pakistan parlamenti hökumətə qarşı etimad səsverməsini keçirməyə 161 müsbət səslə nail olub. Maraqlısı isə 161 səs verənlərin içində 13 millət vəkili İmran Xanın ittifaq qurduğu siyasi və öz partiyasından olublar.

Belə bir vəziyyətdə parlamentdə üstünlüyünü itirdiyi görən İmran Xan etimad səsverməsindən öncə prezident Arif Alviyə müraciət edərək parlamenti ləğv etməsini, ölkədə növbədənkənar seçkilərinə keçirilməsini istəyib. Sonda isə İmran xan öz istəyinə nail olub.

Qeyd edək ki, hazırda Pakistanda müxalifət parlamentin ləğv edilməsi qərarına etiraz olaraq Konsitutsiya Məhkəməsinə müraciət edib. Ehtimallara görə, məhkəmə müxalifətə rədd cavab verəcək. Çünki Pakistan siyasi tarixində iki dəfə eyni səbəbdən parlament ləğv edilib.

 Bu arada Pakistan konsitutsiyasına görə seçkilərə qədərki 90 gün ərzində ölkəni müxalifət partiyalarının da iştirakı ilə müvəqqəti koalissiya hökuməti idarə etməlidir. Mövcud Baş nazir isə müvəqqəti hökuməti və ya Baş naziri təyin edənə qədər ölkəni idarə edə bilər. Konsitutsiyanın 24-cü maddəsinə görə bu müddət 15 gündür.

 Lakin burada fors-major hallar da istisna edilməyib. Yəni, hazırkı şəraitdə İmran Xan müxalifətin formalaşdıracağı hökuməti yox, özünün quracağı yeni bir hökuməti təyin edə bilər. Bununla da 2 həftə sonra İmran Xan seçkilərə qədərki 75 gün ərzində ölkəni Gürcüstandakı İvanişvili kimi idarə edə bilər.

Pakistanın hərbi çevrilişlərin tez-tez baş verdiyi bir ölkə olduğunu nəzərə alsaq seçki öncəsi Xanın taleyinin ordu tərəfindən müəyyən edilə biləcəyi ehtimalı da yüksəkdir. Lakin İmran Xanın sonuncu mitinqində orduya tərəfsiz münasibətinə görə təşəkkür etməsi isə hələlik bir hərbi çevriliş riskinin olmadığını göstərir.

Bəs, seçkilərdə İmran Xan qalib gələ bilərmi?

Seçkilərdə İmran xanın qalib gəlmə ehtimalı yüksək qiymətləndirilir, çünki o, seçki propaqandasına indidən start verib.

Hazırda ölkənin ABŞ mənşəli bir çevriliş cəhdi ilə üz-üzə qaldığını iddia edən Xan Pakistandakı bütün anti-amerikalı qrupları ətrafında birləşdirməyə çalışır. 1996-cı ildən Pakistanın siyasi həyatında olan İmran Xan sünni və şiə qruplara bərabər məsafədə duran, status-kvoçu və balansı gözləyən bir lider kimi tanınıb. Təsadüfi deyil ki, o nəyinki ölkənin daxilində, hətta xaricində sünni Səudiyyə və şiə İranla bərabər səviyyədə əməkdaşlıq münasibətləri qurmağa nail olub. Belə olan vəziyyətdə İmran Xanın ölkəsinin ABŞ tərəfindən təhdid edildiyini bildirməsi və bütün vətəndaşları milli mübarizəyə qatılmağa çağırması anti-amerikaçı mövqeyi ilə seçilən şiə və sünni-sələfi qrupların dəstəyini qazanması ilə nəticələnə bilər. Bu isə seçkilərdə qələbə mənasına gəlir.

Yeri gəlmişkən İmran Xana qarşı formalaşmış “yumşaq çevriliş”in də ABŞ mənşəli olması istisna deyil. Çünki Xan öz ölkəsindəki hərbi aerodromları ABŞ dron və qırıcılarının üzünə bağlayıb. Üstəlik, ABŞ-ın rəqibi olan Çinlə, “qara siyahısı”nda olan İran və Rusiya ilə münasibətləri daha da genişləndirib. Digər tərəfdənsə Türkiyənin müttəfiqinə çevrilib. Vaşiqtonsa belə Pakistan görmək istəmir.

Burada bir sual da meydana çıxır. Pakistan ordusu və siyasi sistemi daxilində xüsusi nüfuza malik olan ABŞ seçkiyəqədərki dövrdə siyasi və iqtisadi manipuliyasiyalarla Xanı devirsə yeni formalaşacaq hökumətin Azərbaycan və Türkiyəyə münasibəti dəyişəcəkmi?

Pakistanlı politoloq, professor Mahmud ul Hasan EDNews-a eksklüziv açıqlamasında bu suala belə cavablandırıb:

“İndi ölkədə bir siyasi xaos hökm sürür. Ümid edirik ki, bu yaxın dövrdə sona çatacaq. Lakin mövcud iqtidarın devrilməsi ehtimalında belə mən rəsmi İslamabadın Azərbaycan və Türkiyə ilə müttəfiqlik münasibətlərinə xələl gətirəcəyinə inanmıram. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və onun Qarabağ uğrunda haqlı mübarizəsini daim dəstəkləyib. Hətta bu səbəbdən Ermənistanı tanımayıb və bu dövlətlər heç bir diplomatik əlaqələr qurmayıb. Bütün bunlar İmran Xandan əvvəlki hakimiyyətlər dövründə formalaşıb. Eyni qaydada Türkiyə Pakistan üçün strateji müttəfiqdir. Hər iki dövlətin bu müttəfiqlikdə böyük maraqları var. Türk və Pakistan xalqlarını birləşdirən ortaq dəyərlər var. Ona görə də mən münasibətlərin mənfi bir formada dəyişəcəyinə inanmıram”.

Nicat İsmayılov

 

“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
15:30 14.05.2024
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
15:24 14.05.2024
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
15:15 14.05.2024
“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video
15:00 14.05.2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
14:50 14.05.2024
Ukraynadan dünyaya XƏBƏRDARLIQ
14:45 14.05.2024
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
14:36 14.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
14:28 14.05.2024
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
14:15 14.05.2024
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
14:00 14.05.2024
Bakıda həbsdə olan Qukasyanla bağlı YENİ QƏRAR
13:55 14.05.2024
Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:45 14.05.2024
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
13:22 14.05.2024
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
13:17 14.05.2024
“Avropa dövlətləri neft idxalını azaltmağa çalışır” – Macar professorla MÜSAHİBƏ - VİDEO
13:15 14.05.2024
Ceyhun Bayramovun ATƏT sədri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
12:55 14.05.2024
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT
12:51 14.05.2024
Naxçıvan əhalisinin sayı açıqlandı
12:43 14.05.2024
Azərbaycanda bu şəxslərin maaşı ARTIB
12:31 14.05.2024
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
12:24 14.05.2024
DİN əhaliyə MÜRACİƏT EDIB
12:15 14.05.2024
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
12:00 14.05.2024
Nigar Arpadarai: COP29-a hazırlıq tam sürətlə gedir, bütün komanda səfərbərdir
11:52 14.05.2024
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
11:38 14.05.2024
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
11:33 14.05.2024
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
11:30 14.05.2024
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
11:17 14.05.2024
İlham Əliyev: "Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb"
11:13 14.05.2024
Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib
11:07 14.05.2024
“Trendyol Azərbaycan” daşıma qiymətlərini ARTIRDI - AÇIQLAMA
11:00 14.05.2024
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
10:59 14.05.2024
Azərbaycan XİN-dən İsrailə TƏBRİK
10:49 14.05.2024
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO
10:42 14.05.2024
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Hamısı