Yeni dəhliz Azərbaycana hansı iqtisadi dividentlər vəd edə bilər? İlqar Vəlizadədən ŞƏRH

Analitika 18:00 03.08.2022
Avrasiyanın Qərb və Şərq ölkələrini birləşdirən yeni dəhliz layihəsi irəli sürülüb.  
 
Belə ki, avqustun 2 –də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkiyə, Azərbaycan və Özbəkistanın Xarici işlər, İqtisadiyyat və Nəqliyyat nazirlərinin iştirak etdiyi rəsmi görüşdə Özbəkistan rəsmiləri nəhəng  regionlararası kommunikasiya barədə fikir səsləndiriblər. 
 
Onların təşəbbüsünə əsasən “Türkiyə-Qafqaz-Mərkəzi Asiya-Əfqanistan-Cənubi Asiya”dan ibarət multimodel dəhlizin formalaşması nəzərdə tutula bilər. 
 
Görünən budur ki, üçtərəfli görüşdə hər bir ölkəyə iqtisadi qazanclar gətirə biləcək, ən əsası regionlarda yeni bazarların yaranmasına imkanlar yaradan nəqliyyat infrastrukturların qurulması önəmli müzakirə predmeti olub.
 
Multimodel dəhlizin əhəmiyyəti barədə danışan politoloq İlqar Vəlizadə Ednews - a müsahibəsində bildirib ki, Azərbaycan qonşu və dost ölkələrin regionun inkişafına yönələn təşəbbüslərini hər zaman yüksək qiymətləndirib.
 
 “Azərbaycan bütöv regionun inkişafına istiqamətlənən bütün multimodel dəhlizlərdən yararlanmaq niyyətindədir. Əlbəttə ki, qonşu və dost ölkələrin təklifləri bizim ölkəni çox maraqlandırır. Ona görə ki, Azərbaycan həmin ölkələr ilə münasibətlərin inkişafına təkan verir,  digər tərəfdən isə regionlararası sıx bağlantıların yaranmasına  imkanlar yaradır. Daşkəndin irəli sürdüyü təşəbbüs çox vacib bir ideyadır. Qeyd edim ki, vaxtı ilə Azərbaycanın dəstəklədiyi “Lazuri dəhlizi” ilə bağlı layihə var idi, yəni o təklif müəyyən dərəcədə Özbəkistanın təşəbbüsü ilə üst-üstə düşürdü. Düşünürəm ki, yeni geosiyasi və geoiqtisadi vəziyyət həmin ideyanın reallaşmasına, belə desək, Lazuri dəhlizinin bərpasına şərait yarada bilər. Eyni zamanda burada riskli amilləri də nəzərə almaq lazımdır.  Xüsusilə, Əfqanistanda hazırki siyasi və iqtisadi vəziyyət bunu sübut edir. Amma istəklər var, bu istəklər regionda böyük oyunçular tərəfindən dəstəklənir. Hesab edirəm ki, bu təşəbbüsün özünü doğrultması mümkün ola bilər”. 
 
Multimodel dəhlizin Cənubi Qafqazı və Mərkəzi və Cənubi Asiya ilə  birləşdircəcəyini deyən İ.Vəlizadə hesab edib ki, bu dəhliz hər iki regiona iqtisadi faydalar gətirəcək. 
 
“Həmin dəhlizin reallaşması ilk növbədə Avrasiyada üç böyük regionu, yəni Cənubi Asiyanı, Mərkəzi Asiyanı və Qafqaz, Türkiyə daxil olmaqla Qərbi və Cənubi-Qərbi Asiyanı birləşdirir. Həmin üç regionda, elə Hindistanı da götürsək, demək olar ki, təqribən iki milyarddan çox insan yaşayır. Bu, əlbəttə ki, böyük iqtisadi nəticələrə səbəb ola bilər. Hər üç region dinamik inkişaf edən regionlar sırasına daxildir. Dünyada iqtisadi böhranın tüğyan etməsinə baxmayaraq, makro iqtisadi göstəricilər göstərir ki,  hər üç region nəzərə çarpacaq qədər potensiala malikdir. Regionlararası kommunikasiyaların – yol nəqliyyat infrastruklarının qurulması geniş iqtisadi tərəqqiyə və ticarətin inkişafına təkan verə bilər. Ona görə ki, bu üç region müxtəlif ölçülü bazarlarla səciyyələnir. Türkiyə, Pakistan, Hindistan,  Mərkəzi Asiya və Qafqazda bazarların özünə məxsus xüsusiyyətləri var.  Bu bazarlar arasında qarşılıqlı münasibətlərin qurulması, ticarət dövriyyəsinin artması həm regionların iqtisadi potensialını tamamlayır, həm də yeni ümumi bazarların yaranmasına imkanlar yaradır.  Yalnız bu çərçivədə Asiya ölkələri bir-biri ilə malların ixrac və idxal edilməsində müsbət addımlar ata bilər”. 
 
Sonda politoloq qeyd edib ki, Çinin və digər siyasi güc mərkəzlərin – Avropa İttifaqının, Rusiyanın bu dəhlizə qoşulmaq imkanları var. Onun sözlərinə görə, bu məsələdə Çin rəhbərliyinin layihələri xüsusi önəm daşıyır. 
 
“Çinə gəldikdə isə bu ölkə Cənubi Qafqazda və Mərkəzi Asiyada müxtəlif nəqliyyat infrastrukturları ilə bağlı layihələr həyata keçirir, investisiyalar yatırır. Rəsmi Pekin Asiya ölkələrini Çinə birləşdirən səmərəli yollar üzərində işləməyi, Asiyanın müxtəlif bölgələrində logistik mərkəzləri açmağı özü üçün priotet hesab edir, ona görə ki, bütün bunlar nəhəng ölkənin iqtisadi qüdrətinin və ticarət dövriyyəsinin artmasına xidmət edir. Əlbəttə, bu kimi kommunikasiya layihələrindən və logistik şəbəkələrdən təkcə Çin yox, həmçinin Azərbaycan və regionun digər ölkələri də faydalanacaq. Nəzərə almaq olar ki, gələcəkdə Azərbaycanın öz malları Mərkəzi Asiya və Çin vasitəsi ilə Sakit okeanın sahillərinə çatdırıla bilər”.
 
Yunis Abdullayev
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO

Xəbər xətti

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Hamısı