Sülh prosesində Qərb və Rusiyanın vasitəçilik təşəbbüsü Kim nə məqsəd güdür?

Analitika 17:00 28.10.2022
Rusiya Prezidenti Vladimir Putin bir daha Rusiyanın Cənubi Qafqazda yeganə söz sahibi olduğunu nümayiş etdirib. 
 
Valdai Beynəlxalq Diskussiya Klubunun növbəti plenar görüşündə Azərbaycan və Ermənistan arasında sülh prosesinə münasibət bildirən Prezident Vladimir Putin qeyd edib ki, sülh müqaviləsində Azərbaycan və erməni xalqının maraqları nəzərə alınmalıdır.
 
“Əgər Ermənistan rəhbərliyi və xalqı hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantı seçmək lazımdır, başa düşüdüyüm qədər bu Vaşinqtonun planıdır”, – deyə Putin bildirib. 
 
İlk növbədə qeyd etmək lazımdır ki, Brüssel və Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə vasitəçilik təşəbbüsünü öz əlinə almağa çalışması Moskvada dərin narahatçılıq yaradıb. Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatları bunu aydın sübut edir. 
 
Rusiya liderinin bu açıqlaması bir çox məqamlardan xəbərdar edir. Doğrusunu desək, Putin üstüörtülü şəkildə demək istəyir ki, Bakı və İrəvan arasında sülh prosesi ABŞ-ın təklifidir. Bu təklifin arxasında əsas məqsəd regiondan Rusiyanı sıxışdırıb çıxartmaqdır. Putin, həmçinin erməni xalqına mesaj ötürür ki, Moskva Paşinyan hakimiyyətinin hər addımından xəbərdardır və heç vaxt Ermənistanın itirilməsi ilə razı olmayacaq. 
 
Ümumiyyətlə, Putini daha yaxşı başa düşmək üçün Qərb və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik təşəbbüsündə fərqləri nəzərdən keçirmək lazımdır. 
 
Bu fərqlər nədir? 
 
Rəsmi Brüssel və Vaşinqton hesab edir ki,Bakı və İrəvan arasında ilk növbədə sülh müqaviləsi imzalanmalıdır, müqavilədən sonra hər iki tərəfin sərhədlərinin delimitasiyası və regional kommunikasiyalar məsələsini həll etmək olar. 
 
Moskva isə bunun əksini düşünür. Onların fikrincə, ilk növbədə Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiyası həll edilməli, regional kommunikasiyalar açılmalıdır, sülh müqaviləsi isə qeyri-müəyyən gələcəyə saxlanılmalıdır. 
 
Qərb nəyə görə ilk növbədə sülh müqaviləsinin imzalanmasını təklif edir?  
 
Qərbin sülh təşəbbüsünü regionda barışığın və sabitliyin bərqərarı kimi qiymətləndirmək bir az sadəlövlük olardı. Vaşinqtonun və Brüsselin sülh missiyasının arxasında ilkin priotet Ermənistanı siyasi, iqtisadi və hərbi cəhətdən Rusiyadan qopartmaqdır. Onsuz da bu ölkədə son ildə Qərbin maliyyəsi hesabına QHT-lər və digər siyasi təşkilatlar daha aktiv fəaliyyət göstərir. Qərb xəttini təmsil edən Paşinyanın məxməri inqilab yolu ilə hakimiyyətə gəlməsində Qərbin rolu danılmazdır. Avropa İttifaqı və ABŞ bu ölkənin siyasi və iqtisadi sisteminin Qərb standartlarına uyğunlaşması üçün külli miqdar maliyyə yatırır. 
 
İlkin olaraq sülh müqaviləsinin imzalanması Ermənistanın Qərbin ağuşuna tam düşməsi anlamına gəlir. Bundan sonra İrəvan əvvəlkindən fərqli olaraq asta-asta yox, daha sürətli şəkildə Avropaya və ABŞ-a tərəf gedəcək. Çünki ölkəsinin Türkiyə ilə sərhədləri açılacaq, NATO-nu öz ərazisinə dəvət edə biləcək və sonda Rusiyanın Gümrüdən hərbi bazasının çıxmasına zəmin yaranacaq. Ermənistanın bütün iqtisadi obyetləri Qərb şirkətlərinin əlinə düşəcək. 
 
Daha sonra isə, yəni 2025-ci ildə Azərbaycan və Ermənistanın razılığı ilə Rusiya sülhməramlıların Qarabağı tərk edəcək. Bu da Qərbə növbəti böyük divident qazandıracaq. 
 
Rusiya nə məqsəd güdür?
 
Moskva qətiyyətlə sülh müaviləsinin imzalanmasını qeyri-müəyyən gələcəyə saxlamaq istəyir. 
 
Cənubi Qafqazda son otuz ildə baş verən prosesləri dərindən nəzərdən keçirsək görərik ki, Qarabağ münaqişəsinin alovlanmasına şərait yaradan və onun həll yollarına maneçilik törədən elə Rusiyanın özüdür. Moskvanın bu münaqişədə geosiyasi məqsədi Ermənistanı və Azərbaycanı öz əlində saxlamaq və regionda öz təsir rıçaqlarını qorumaq idi. Eyni zamanda münaqişənin qızğın vaxtlarında Kreml bəzən Ermənistanın, bəzən də Azərbaycanın tərəfində dururdu. 
 
Rəsmi Moskva hesab edir ki, əgər Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanarsa, Ermənistan hakimiyyəti rəsmi sənəddə Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyarsa, onda sülhməramlıların Qarabağda qalmasına ehtiyac olmayacaq. Bölgədə təhlükəsizliyi bundan sonra biləvasitə Azərbaycan ordusu təmin edəcək. Bu həm də, Rusiyanın regionda mövqeyinə ciddi zərbə vura bilər. 
 
Lakin Kreml öz şərtləri daxilində sülh müqaviləsinin imzalanmasına şərait yarada bilər. Bəzi ekspertlərin fikrincə, Rusiya Qarabağı tam olaraq Azərbaycanın tərkibində qəbul etsə də, bölgədə rus sülhməramlılarını uzun müddət qalmasını istəyir. Belə olduğu təqdirdə isə Qarabağda öz qoşunlarını saxlayan Rusiya lazım olan anda regionda Azərbaycana qarşı separatçılıq meyillərinin oyanmasını təsir mexanizmi olaraq saxlayacaq. Bundan başqa lazım olan anda orada yaşayan erməniləri qarşıdurmaya sövq edəcək. Bu da istənilən anda rəsmi Bakı üzərində təzyiq imkanlarının saxlanılmasına imkan yarada biləcək.
 
Sonda qeyd edim ki, sülh müqaviləsinin kimin vasitəçiliyi ilə imzalanmasından asılı olmayaraq, Azərbaycanın maraqları üstün tutulmalı, regionda mütləq sülh və sabitlik bərpa olunmalıdır.
 
Yunis Abdullayev 
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı