Rusiyadan gələn nüvə təhlükəsi: “Ən son məqamda yeri gələrsə...”

Analitika 16:07 08.12.2022

Rusiya nüvə ilə bağlı hansı fikirdədir?

Dünya nüvə aresenalına çevrilə bilərmi?

Bu suallar hazırda Ukrayna-Rusiya müharibəsi fonunda ən prioritet gündəm mövzusu kimi müzakirə edilir. Çünki dünya amansız nüvə təhlükəsi ilə burun-burunadır.

Bu arada, İnsan Haqları Şurasında çıxış edən Rusiya prezidenti Vladimir Putin, nüvə müharibəsi perspektivinin "yaxın" olduğu barədə xəbərdarlıq edib. Buna baxmayaraq, nüvə zərbəsi endirməyə hər an hazır olduğunu bildirən Putin, bu qərarda həm də həvəssiz olduğunu deyib.

Onun sözlərinə görə, nüvə silahı Kremlin Ukraynaya qarşı davam edən işğalında Qərbin müdaxiləsinə qarşı çəkindirici amildir. Lakin Kreml rəhbəri nüvə müharibəsi təhlükəsinin “çox yaxın” olduğunu təkrarən əlavə edib.

Putinin çıxışı zamanı iştirakçılardan biri ondan nüvə hücumunu dayandırmağı xahiş etdikdə o, belə deyib: 

“Nüvə müharibəsi təhlükəsi baxımından haqlısınız, lakin bu təhlükə getdikcə qaçılmaz olur”.

Əslində Vladimir Putin bununla hər kəsi düşündürən suala həm "hə", həm də "yox" cavabı verməklə ətrafı intizarda saxlamağa çalışır. O, həmçinin Rusiyanın yeri gələrsə dəli-qanlı olduğunu ifadə etməklə yanaşı, həm də bir növ nəzərləri üzərindən kənarlaşdırmağa çalışır.

Beləliklə, Rusiyanın heç bir halda nüvə silahından istifadə etməyəcəyi istisna edilə bilməz. Çünki Putin Rusiyanın nüvə doktrinasının “xəbərdarlıq” konsepsiyasına əsaslandığını desə də, o, həmçinin ölkəsinə adi silahlı hücum və ya dövlətin "mövcudluğunu" təhdid edən nüvə hücumu qarşılığında nüvəyə əl atacağını vurğulayıb.

Rusiyanı yoldan çıxara bilən səbəb

Əslində Rusiyanın düşdüyü vəziyyət cəngəllikdə yaralı bir şikarın təkləndiyi ana bənzəyir. Xüsusilə Putin düşdüyü vəziyyətdən heç də məmnun deyil. Bu ona geri addım atmağa şans buraxmır. Tək çıxış yolu sonadək irəli addım atmaqdır. Necə deyərlər, “sağa baxsan bığ, sola baxsan saqqal” misalı kimi. İndi onu Ukraynanın silahlı təzyiqlərindən daha çox Qərbin, xüsusən də Böyük Britaniyanın davamlı dəstəyi özündən çıxarır. Bu səbəbdən də müharibə boyu Putin dəfələrlə bu silahlardan istifadə etməyə hazır olduğunu xatırladıb və Rusiyanın öz ərazisini qorumaq zərurəti yarandığı halda “bütün mümkün vasitələrdən” istifadə etməyə hazır olduğunu bildirib. Hətta o, nüvə qılıncının qınına qoyulması ilə bağlı Böyük Britaniyanın tənqidi fikirlərini rədd edərək, Mühafizəkar partiya lideri olan, keçmiş baş nazir Liz Trasa söz vurub.

Analitik olaraq Rusiyanın nüvədən istifadə edib etməyəcəyini başqa bir formada da səciyyələndirmək olar: Rusiya Suriyada mülki əhalinin mövcud olduğu yerdə kimyəvi və fosfor tipli raket silahlarından istifadə etdimi? 

Rusiya II Qarabağ müharibəsində kaset tipli raketlərdən dinc əhaliyə qarşı istifadə etdimi? Nəhayət, Rusiya uzun polimikalardan sonra Ukrayna qarşı hücum etdimi? Cavablara gəlincə, gələcəklə bağlı ssenarini aydın təsəvvür etmək olur. 

Beləliklə, nəticələr bunu göstərir ki, Rusiya üçün qırmızı xətt anlayışı çoxdan bitib.

Columnist

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
Hamısı