Donald Trampın özü fenomen siyasətçidir. O, demokratik şəkildə ABŞ-ın prezidenti seçildikdən bəri anti-Trampçılar, eləcə də bəzi siyasi liderlər Trampın nə edəcəyini və ABŞ-ın xarici siyasətini necə yürüdəciyini müəyyən edə bilmirlər. Pessimist şəxslər Trampın mövcud status-kuonu aradan qaldıracağından və ABŞ-ın siyasətini dəyişəcəyindən qorxurlar. Lakin optimistlər hesab edilər ki, Tramp istədiyi kimi ölkəni idarə edə bilməz. Çünki Amerikada böyük institutlar fəaliyyət göstərir. Donald Tramp prezident postunu tutduqdan sonra həmin institutlar tərəfindən Amerikanın ənənəvi siyasi modelini və siyasi mədəniyyətini davam etdirməyə məcbur ediləcək.
Mediada Trampın Amerikanın xarici siyasətini necə icra edəcəyi barəsində müxtəlif xəbərlər dolaşır. Məsələn, Pakistan rəsmilərinin yaydığı məlumata görə, Tramp və Pakistan prezidenti arasında dostluq daşıqları olub. Tramp həmçinin, Fillipin prezidenti Dutertenin narkotik maddələrə qarşı apardığı mübarizəsini dəstəkləyir. Habulki, Amerika Fillipində mövcud demokratik və insan haqqları problemlərinə görə prezident Duterteyə xəbərdarlıq edib. Başqa maraqlı məqam isə ondan ibarətdir ki, Fillipin prezidenti Barak Obamanı təhqir etmişdi. Fillipin prezidenti hesab edir ki, Fillipin ilə Amerika arasında münasibətlərdə Tramp daha effektivdir, nəinki inidiki prezident Obama. Trampın Tayvan prezidenti ilə əlaqəsinin olması da ciddi məqamlardan biridir. Çünki rəsmi Çin Amerikanın Trampın prezidentlik dövründə Tayvanla bağlı nə siyasət yeridəcəyindən narahatdır.
Daxili siyasətə gəlincə isə, Donald Tramp seçki qabağı xeyli sosial və iqtisadi dəyişiklər edəcəyini bildirmişdi. Tramp Amerikanı yenidən böyük gücə çevirəcəyini, Sakit Okean Tərəfdaşlığını tərk edəcəyini və Çində fəaliyyət göstərən ABŞ şirkətlərini ölkəyə qaytaracağını söz verib. Digər vacib məsələ. O, milyonlarca Amerika vətəndaşını işlə təmin edəcəyi gücündə olduğunu açıqlayıb. Lakin Donald Trampın daxili siyasət haqqında fikirləri də xarici siyasət kimi böyük institutların maraqları ilə toqquşur. Trampın Twitter və digər sosial şəbəkələrdə izləyiciləriçoxdur. Gələcək prezident sosial şəbəkələrdə ictimai dəstək qazanmağa çalışır. Trampın siyasəti Amerika xalqı tərəfindən müsbət qarşılana bilər və ya Trampın Amerikanı idarə etməsi ölkə əhalisi tərəfindən layiq görülə bilər, ancaq böyük institutlar onun həm iqtisadi, həm siyasi islahatlarını effektiv hesab etmir. Tanınmış siyasi və iqtisadi analitiklər Trampın iqtisadi islahatarını bazar iqtisadiyyatına qarşı olduğunu və gələcəkdə dərin işsizlik yaradacağını hesab edirlər.
Bu məqalədə Trampın siyasətinin nə qədər düzgün və ya səhv olduğu qeyd olunmur. Burada prezident Trampın öz maraqları üçün Twitter sosial şəbəkəsindən necə alət kimi istifadə etməsindən bəhs edilir.
Linh TONG