İnsanların üzündə gizlənən qaranlıq şifrə - Oğuz Ayvaz yazır

Yazarlar 14:30 29.01.2024

Bəzən kitablarda yazılanlara inanmırıq. Orda göstərilən hadisələr bizə fantaziya kimi gəlir. Məsələn, Svayqın “Yad qadının məktubu”, “Amok” kimi novellarını oxuyanda düşünmüşdüm ki, heç vaxt bu cür olaylar həyatda baş vermir. Sonradan anladım ki, baxış məsələsi əsasdır.  Bəzən gözümüzün önündəki xırda bir hadisə bizi o inanmadığımız kitablar qarşısında utandırır. Çexovun təbirincə desək, hər hadisə bir hekayədir.

Mən məhəlləmizdən həmişə gəlib-keçən qatıq satanı heç tanımıram. Ancaq onunla söhbət etmək, danışmaq istəyir, onun dərdlərinə şərik olmaqla özümü unutmaq hər gün ürəyimdən keçir. 

O, səhərlər məhəlləyə gəlir. Əlində bir torba olur. Ağ saçlı, dişləri həddindən artıq böyük olan bu kişi qatıq satmaqla qəpik-quruş qazanır. O yeriyəndə ayaqlarını bir xeyli irəli uzadır, taytıya-taytıya əlindəki torbanı sürüyür. Topal olması onun heç vecinə deyil.

Onun gözlərində haradasa itirdiyi bir anın xatirəsi gizlənib. O güləndə belə kədərli gülür. Çox sevimli insandır. Qarabağda böyüyüb. Sonradan boya-başa gəldiyi yerləri tutmaları onun üzündəki ifadədən anlamaq olur ki, kişiyə çox təsir edib. İnsanın itirməyi çox pis bir hissdir. 

Onu görməyəndə elə bil həmin gün içimdə bir boşluq yaranır. Mən o boşluğa yuvarlanır, darıxıram. Çıxıb şəhəri dolaşmaq belə anlarda dadıma çatır. Qarşıma çıxan tanımadığım adamlarda da burdan çıxıb getmək istəyi var. Onların gözləri danışır. Onlar kədərlidirlər. Bakıdan uzaqlaşmaq üzlərinin hər qırışında apaydın üzə çıxır. 

Mən onları anlayıram. İnsanların üzünü oxumağı sonradan tək qalanda bacardım. Bütün insanların içinə bağlanmış dərd həmişə gözlərindəki ağırlıqdan bəlli olur. İnsanın kədərli olmasını duymaq mənim üçün çox asandır. Axı həm də elə insan yoxdur ki, o dərdsiz-qəmsiz olsun. 

Hamının içində sandığa bağlı misalı dərd var. Çoxusu dərdini paylaşır, çoxusu isə yox. Əslində dərd anlatmaq kədərli olmaq demək deyil. Elə insan var ki, susmağı ilə onun kədərini anlayırsan. Artıq danışmağa ehtiyac yoxdur.

Qatıq satan həmişə sakit görkəmi ilə məni kövrəldir. Onun danışması arada bir olur. Həmişə quru çörəkləri yığıb evinə aparır. Deyir ki, çörək Qurandan əvvəl nazil olub, gərək onu atmayasan. 

İnsanlar isə əvvəlki kimi deyil. Artıq heç kim heç kimi başa düşmək istəmir. Hər kəs bir-birinə düyünlənmiş ip kimi qırılıb bir-birindən ayrılıb. Əvvəlki isti söhbətlər, yaxınlıq, sevgi indi haradasa uzaqlarda itib-batıb. Qatıq satanı da üzən bəlkə də budur. 
Mən yenə insanları müşahidə etməkdə davam edirəm. Yeganə bacardığım iş bu və bir də yazmaqdır. Çox vaxt insanların içinə girmək, onlar kimi olmaq keçir ürəyimdən. 

Mən bilirəm ki, Tanrı insanları anlamaqda mənə istedad verib. Bir də onu bilirəm ki, heç vaxt insanlara verilən talelərə paxıllıq eləməmişəm. Öz taleyimi yaşamağı hamısından üstün tutmuşam. Axı mən duyğulu insanam və heç kimin mənim taleyimi yaşamağını istəmərəm...

İnsanların üzündə gizlənilən isə taleyimdəki qaranlığın şifrəli izahıdır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı