İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə yenidən qurulur.
“EDnews” xəbər verir ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda azad edilmiş bölgələrdə 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Həmin müəssisələrdə 21 təhsilverən 213 uşağın təlim-tərbiyəsi ilə məşğuldur.