Yazmağın sirri – Oğuz Ayvaz yazır...

Yazarlar 12:09 16.08.2024

Hardasa oxumuşdum, ya da elə özüm demişdim: böyük əsərlər bayağı əsərlərin sayəsində yaranır. Bayağı əsərlərin varlığı böyük əsərin ortaya çıxması üçün münbit şərait hazırlayır. İstəsəniz, bu fikir üçün intellektual bir misal da çəkim. Servantesin “Don Kixot” romanı. Servantes əl-əl gəzən və hamı tərəfindən oxunulan mənasız, bayağı cəngavərlik romanlarıyla lağ-lağı eləmək, onları ironiya hədəfinə gətirmək üçün qollarını çırmalayıb “Don Kixot”u yazdı və nəticədə özü də bilmədən dünyanın ən şah əsərini yazmış oldu. “Don Kixot” müəllifin məqsədindən bilmərə uzaqlaşdı (elə yaxşı eləyib uzaqlaşdı), bu dünyanı xilas etmək istəyən sadəlövh bir insanın ürək döyüntülərinə çevrildi və o ürək döyüntüləri XVI əsrdən üzü bəri hələ də eyni templə döyünməyindədir.

Frans Kafka boş zamanlarında detektiv romanlar oxuyur və deyirmiş ki, bu romanlar beynimin yaxşı işləməsi üçün əladır. Bir növ gimnastikaya bənzəyir bu: yaxşı bir əsər yazmaqdan ötrü əlinə keçən bütün ucuz romanları oxuyursan və bu sənə yazmaq üçün stimul verir. 

Mən böyük ədəbiyyatın qorxusundan yazmaqdan imtina etmiş, yaza bilməmiş o qədər istedadlı adam tanıyıram ki... Onlar nədən ehtiyat etdilər? Birdən yazdıqları Dostoyevskinin, Tolstoyun yazdıqlarından zəif olar, yaxud heç o həndəvərə yaxınlaşmaz. Səhvi elə lap başdan elədilər. Ədəbiyyat yarış deyil: biri o birindən güclü deyil, sadəcə estetik fərqlər var. Axı bura qol güləşi deyil. İçində yazmaq eşqi varsa və bu eşqin qarşısını heç nə kəsmirsə, o zaman böyük ədəbiyyatı çiyinlərində daşıyanlar vecinə olmayacaq, masanın arxasına keçəcəksən və yazacaqsan... 

Ümumiyyətlə, böyük ədəbiyyatı kim müəyyənləşdirir? Bəlkə sənin yazdığın nə vaxtsa böyük ədəbiyyat olacaq. Bunu kim təyin edə bilər ki? Yalnız sən. Sənin özün. Yazmağa könüllü olan qələm fədaisi. 

Kütləvilik və bayağılıq yazıçının həvəsə düşməsi və yazması üçün böyük stimuldur. Kütləvi və bayağı əsərləri birmənalı olaraq rədd etmək, onları heçə saymaq olmaz. Bir əsər kütləvi sevgi qazanıbsa, deməli, onun içində nəsə var. Sənətkar kütləvi əsərdə də bir cövhər tapar və o cövhərin sayəsində öz içində toz basmış hisləri oyada bilər. 

Bayağı əsər, bayağı video mənə olmazın güc, ilham verir. Bayağılığa aid hər xırda şey mənim içimdə inanılmaz yazmaq sevdası cücərdir. Əslində hər şey sadədir. Hər şeyi qarmaqarışıq edən və çıxılmaza gətirən bizik. Sadələri mürəkkəbləşdiririk. Halbuki mürəkəbbi sadələşdirməliyik. 

İnsan nə vaxt yaza bilir? O zaman ki, iddiası yoxdur, heç kimin qarşısında utanmır, böyük ədəbiyyatdan, böyük yazıçılardan qorxmur. İddiası aşıb-daşan, böyük ədəbiyyat yaradacağını bar-bar bağıran yazar heç vaxt yaza bilməz. Çünki o hikkə, o eqo onun içindəki azacıq istedadı da kürüyüb atacaq. 

Yazmaq xilas olmaqdır! Ağrılardan, hər gün gördüyün haqsızlıqlardan və s. Əslində özün üçün yaratdığın balaca bir dünyadır. Elə bil ki, səni bir adam oxuyur, vəssalam. Deməli, o adam üçün yazmağa dəyər. Sən o adam üçün yazırsan. Bu dünyada bircə sənsən, bir də o. Məncə, elə də çətin deyil, hə? Əlinə qələm götürürsən və ilk cümləni yazırsan. Heç nə düşünmədən, heç bir iddia olmadan. Sadəcə yazmaq. Xilas olmaq üçün. Yaşamaq üçün. Öz ömrünü kağızın üstündə yaşamaq üçün. 

Yazıçılıq təmənnasızlıq və iddiasızlıq sənətidir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı