Çentsov Azərbaycandan Nə İstəyir?

Yazarlar 14:39 19.10.2024

    Ötən günlərdə Ukraynanın Aİ-dəki səfiri Vsevolod Çentsovun “Politico” portalına müsahibəsi gündəm olmuşdu. Belə ki, Çentsov müsahibəsində Avropa deleqasiyasını Azərbaycanda keçiriləcək COP29 sammitini boykot etməyə çağırmışdı. Bu çağırışın səbəbi kimi isə Azərbaycanın adıçəkilən sammitə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də dəvət olunması göstərmişdi. 

        Birincisi, bu gözlənti olduqca eqosentrikdir. Avropanın enerji tələbatını nəzərə alsaq, İran, Rusiya kimi nəhəng enerji ixracatçılarıyla əməkdaşlıqdan məhrum olan region üçün sırf  Çentsovun və Kiyevin “nazıyla oynamaq üçün” həm ixracatçı, həm də tranzit ölkə kimi dünyada önəmli yer tutan Azərbaycanla belə xırda məsələyə görə münasibətini sərtləşdirməyini gözləmək adekvat deyil.  Azərbaycanın Avropayla əməkdaşlıq portfoliosu kifayət qədər genişdir və bəzi xırda nüanslar istisna olmaqla iki tərəf arasında problem yoxdur.

         Dünyada iqlim dəyişikliyinin, ekoloji problemlərin müzakirəsi ən azı Ukrayna-Rusiya  münaqişəsinin həll olunması qədər  vacib məsələdir. Bu sammitdə iştirakı sabotaj etməyin nə qədər adekvat olduğunu oxucuların ixtiyarına  buraxıram. Yəni, belə çıxır ki,  Ukraynanın Rusiyayla münaqişədə istədiyini əldə eləməyi dünyanı məhvə sürükləyən qlobal ekoloji problemlərdən daha vacibdir? Belə görünür ki, Çentsovun eqosentrizmi sərhəd tanımır.

         İkincisi, Azərbaycandan Rusiyaya qarşı düşmənlik gözləmək də adekvat deyil. İstər coğrafi, istərsədə regional- siyasi reallıqları nəzərə alsaq, Azərbaycanın Rusiya ilə sıx münasibət qurmamaq üçün nəinki səbəbi yoxdur, hətta bir çox məsələdə Rusiya ilə anlaşmaq Azərbaycan üçün vacib məsələdir. Ukrayna Azərbaycan üçün dost ölkədir, amma bu o demək deyil ki, Azərbaycan öz maraqlarını, prinsiplərini kənara qoyub Ukraynanın kaprizləri ilə hərəkət etməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma  nə onun qorunmasına görə məsuliyyət daşımır, nə də “günahkarların cəzalandırılmasını” öz üzərinə götürməyib.

        Üçüncüsü, Ukrayna Azərbaycan üçün dost ölkə olduğu kimi Azərbaycan da Ukrayna üçün dost ölkə olmalıdır. Amma razılaşarsınız ki, dost ölkədə keçirilən tədbiri belə xırda məsələyə görə sabotaj etmək o qədər də dostyana hərəkət deyil.  Rəsmi Bakı Ukrayna-Rusiya arasında davam edən mövqeyini kifayət qədər aydın formada ifadə edib, Dəfələrlə Ukraynaya Humanitar Yardım göndərib, hətta müxtəlif platformalarda münaqişənin həll olunması üçün öz vasitəçiliyini belə təklif edib. Ukraynanın Azərbaycandan “Rusiya ilə münasibətləri sərtləşdirmək, onu diplomatik əlaqə imkanından məhrum etmək” gözləntisi həm Rəsmi Bakının özünü görmək istədiyi neytral vasitəçi roluna uyğun deyil, həm də regional faktorları nəzərə alaraq diplomatik nöqteyi-nəzərdən adekvat deyil. Azərbaycan diplomatik münasibətlərini Ukrayna və ya digər qüvvələrin gözləntisi yox, öz geosiyasi vizyonuna əsasən qurur. Bunu anlamaq elə də çətin olmamalıdır. 

  Xülasə, Çentsovun çağırışı Ukrayna-Azərbaycan münasibətləri nöqteyi nəzərdən uyğunsuz, subyektin diplomat olduğunu nəzərə alsaq, məsuliyyətsiz çağırışdır. Rəsmi Kiyev nəzərə almalıdır ki, diplomatın işi xidmət etdiyi dövlətə dostlar qazandırmaqdır...

Şahlar Ruhi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
Hamısı