“Sumqayıt hadisələri ilə bağlı ölkəmizə qarşı irəli sürülən iddialar faktların saxtalaşdırılmasıdır”

Yazarlar 14:06 27.02.2025

1988-ci il azərbaycanlılara qarşı etnik təmizləmə və işğal siyasətinin ilk işartıları Sumqayıtda özünü göstərməyə başladı. Belə ki, məhz 1988-ci ildən etibarən dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı guya qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyası təbliğ olunurdu. Məqsəd isə aydın idi – keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesinə başlamaq. Beləliklə, erməni millətçiləri tərəfindən o vaxtkı Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkibində qala bilməməsinə dair məsələ qaldırıldı. 1988-ci il fevralında Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər həlak oldu, onlardan 26-sı milliyyətcə erməni idi.  Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısına çıxarılıb, bir nəfər - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunub.
Təbii ki, bu məkrli planın reallaşması üçün Sumqayıtın hədəf kimi seçilməsi təsadüfi deyildi.
Sənaye şəhəri olduğu üçün orada əsasən sadə fəhlələrin yaşaması, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlı qaçqınların məskunlaşması təxribatçılar üçün münbit şərait yaradırdı. Beləliklə, Azərbaycana qarşı təxribat aksiyasının məhz bu şəhərdə təşkil edilməsi qərara alınıb, Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Sumqayıt təxribatının planı hazırlanıb. Erməni xalqının nümayəndələrini qətlə yetirən isə cinayətkar qrupun rəhbəri, xüsusi xidmət orqanları tərəfindən təlimat almış Eduard Qriqoryan adlı şəxs idi. O, cəza çəkmək üçün Ermənistana göndərilsə də sonradan sərbəst buraxıldı. Təbii ki, 10 nəfərə yaxın ermənini öldürən bir qatilin Ermənistanda sərbəst buraxılması təsadüfi deyildi. Çünki Qriqoryan xüsusi tapşırıqları icra edirdi.
Məsələ burasındadır ki, Sumqayıtdan köçüb Ermənistana getmiş ermənilərin bir qismi də dindirmə zamanı azərbaycanlıların onları xilas etmələri barədə ifadələr veriblər. Amma erməni mətbuatı Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddiaları bu gün də davam etdirir. Ermənistan uzun illərdir, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir.
Halbuki bu, erməni millətçilərinin törətdiyi cinayət idi.
Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara ədalətli xüsuqi qiymət verilmədiyindən, əsl sifarişçi və təşkilatçılar məsuliyyətə cəlb olunmadığından  Ermənistan bu hadisədən öz xeyrinə istifadə etməyə çalışır.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı ilə 5 cinayət işinin icraatı təzələnərək bir icraatda birləşdirilib və yeni istintaq-əməliyyat qrupuna həvalə edilib. Hazırkı İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində də Sumqayıt hadisələrinin həqiqi mahiyyəti, yəni Azərbaycana qarşı qanlı təxribat olması tam sübuta yetirilib.
Sumqayıt hadisələri ilə bağlı ölkəmizə qarşı irəli sürülən iddialar tamamilə əsassızdır və bu, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
Hamısı