Şimali Makedoniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi

Yazarlar 13:31 12.03.2025

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri Azərbaycanla Balkan regionu arasında münasibətlərin inkişafını yenidən gündəmə gətirdi. Balkanlar tarixən vacib və dünyanın ən dinamik regionlardan biri olub. Bu bölgə quru və dəniz geosiyasəti nəzəriyyələrinə daxildir və olduqca strateji coğrafiyada yerləşir. Şərqdən Qara dəniz, cənubdan Egey və İon dənizi, qərbdən Adriatik dənizi və şimaldan Mərkəzi Avropa ilə əhatə olunub. İkinci Dünya Müharibəsindən sonra Balkanlarda sərhədlər və bəzi ölkələrin torpaqları əhəmiyyətli dərəcədə dəyişdi. Bu mənada Cənubi Qafqazla Balkan regionu arasında oxşarlıqlar mövcuddur. Azərbaycan da müstəqillik əldə etdikdən sonra Balkan ölkələri ilə yüksək səviyyəli münasibətlər qurub. Belə ki, Serbiya, Bosniya, Albaniya, Xorvatiya, Makedoniya və Bolqarıstanla çox sıx, səmərəli əlaqələr mövcuddur. Prezident İlham Əliyevin bu ölkələrə çoxsaylı səfərləri baş tutub. Davos forumu çərçivəsində dövlət başçımızın Balkan ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər effektiv nəticələr verməkdədir.


Şimali Makedoniyaya gəlincə, ölkələrimiz arasında diplomatik münasibətlər 30 il əvvəl qurulub. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Prezidenti 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir. Bu ölkə eyni zamanda ötən il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin iqlim konfransı – COP29-da da təmsil olundu və Prezident İlham Əliyevin konfrans çərçivəsində makedoniyalı həmkarı Qordana Silyanovska-Davkova ilə görüşü oldu.


Budəfəki səfər zamanı isə gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi. Cənab Prezident bir daha bəyan etdi ki, rəsmi Bakı və Skopye  ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparır. Dinamik xarakter alan siyasi dialoq iqtisadi əməkdaşlığa da təsir etməkdədir. Belə ki, qarşılıqlı səfərlər iqtisadi sahədə də dinamikanı təmin edəcək. Tərəflər bu dinamikanın artırılmasında maraqlıdır.  Xüsusilə enerji sahəsində əməkdaşlıq prioritet təşkil edir. Belə ki, ötən ilin sonunda Azərbaycan qazı Şimali Makedoniyanın bazarına çatdırılıb. Prezidentlərin bəyanatından aydın oldu ki, gələcəkdə lazım olan həcmdə qaz təchizatının artırılması da mümkündür. Bu kontekstdə Azərbaycan Prezidenti diqqəti 3 il əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinə yönəltdi. Azərbaycan qazının bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin etdiyini vurğuladı.


“Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir” – bu fikirləri isə Makedoniya Prezidenti səsləndirdi. İki ölkə arasında imzalanan əməkdaşlığa dair bəyannamənin isə qaz təchizatı ilə yanaşı iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar yaratdığını söyləməyə əsas verir.


Qeyd etmək yerinə düşər ki,  2022-ci il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Bu əməkdaşlıq coğrafiyasının genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyin artdığını göstərir.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
Hamısı