"Berlin Parisin səhvlərini təkrarlamamalıdır”

Yazarlar 11:39 04.04.2025

Almaniya Prezidentinin Azərbaycana səfəri bir çox maraqlı məqamlarla yadda qaldı. İlk növbədə məlum oldu ki, rəsmi Berlin Bakı ilə siyasi və iqtisadi dialoqun inkişaf etdirilməsində maraqlıdır. Almaniya həm də regionda dayanıqlı sülhün təmin olunması ilə bağlı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Doğrudur, Ştayenmayerin səfəri öncəsi qondarma Dağlıq Qarabağla bağlı böyük narazılıq yaradan siyasi səhv, eyni zamanda Almaniya televiziyasında qəzərli və təhrif olunmuş filmin təqdim olunması Berlinin sülhlə bağlı mövqeyində müəyyən tərəddüdlər yaradır. Amma Almaniya dövlət başçısı bu narazılıqlar fonunda Bakıda həm özünün, həm də ölkəsinin “Qarabağı Azərbaycanın ərazisi kimi” tanıdığını rəsmən elan və etiraf etdi. Rəsmi Berlin bu etirafla Azərbaycanla diktə dilində danışmağın mümkün olmadığını anlamış oldu. 

Görüşdə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur” mesajı həm Ermənistana, həm Almaniyaya, həm də bu məsələdə qərəzli mövqedə olan bütün qüvvələrə ünvanlanmışdı. Dövlət başçımız həmçinin sülhün şərtlərini bir daha bəyan etdi. Rəsmi Bakının mövqeyi dəyişməyib və bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Söhbət ATƏT-in Minsk qrupunun ləğvindən və Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu Ermənistanın Konstitusiyasında dəyişikliyin edilməsindən gedir. Cənab Prezident haqlı olaraq bəyan etdi ki, “əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi”. Bu mənada rəsmi Bakının mövqeyilə bağlı qaranlıq məqam yoxdur. F.V.Ştayenmayerin bəyanatlarından aydın oldu ki, Azərbaycanın sülhlə bağlı ədalətli mövqeyi Almaniya tərəfindən də qəbul olunur. Amma özünü Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyə nail olmağın tərəfdarı kimi təqdim edən Almaniya Ermənistana təsir imkanlarını nəzərdən keçirsə, daha məqsədəuyğun olar. Çünki Ermənistanın davranışları sülhə məcburetməni qaçılmaz edir. Fransanın timsalında öldürücü silahların verilməsi təbii ki, Ermənistanın sülh yox, müharibə haqqında düşünməsinə rəvac verir. Hesab edirəm ki, Berlin Parisin səhvlərini təkrarlamamalıdır.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı