Myanmada silahlı qruplaşma tərəfindən girov götürülən 40 taylandlı turist azad edilib.
Bununla bağlı razılıq hökumətin silahlılarla apardığı danışıqlar nəticəsində əldə olunub. Detallar barədə açıqlama verilmir.
Qeyd edək ki, turistləri girov götürən şəxslər hökumətdən daha öncə həbs edilmiş 1 nəfər silahdaşlarını azad etməyi tələb edirdilər.